Məhkəmə qərarları › İş №2(007)-2219/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2219/2021

22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2219/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı qıznın cavabdeh Nizami Rayon İcra Şöbəsinə və “xxxx” MMC-nə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı İddiaçı cavabdeh Nizami Rayon İcra Şöbəsinə və “xxxx” MMC-nə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia tələbinin adı və mahiyyəti icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi ilə bağlıdır və belə olan halda tələbə iddia icraatı qaydasında baxıla bilməz. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Beləliklə, məhkəmə ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlir ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Eyni zamanda iddiaçıya izah edilsin ki, tələb etdiyi məsələ ilə bağlı “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən şikayətlə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı qıznın cavabdeh Nizami Rayon İcra Şöbəsinə və “xxxx” MMC-nə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi ilə bağlı “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən şikayətlə ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar