Məhkəmə qərarları › İş №2(007)-2227/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2227/2023

04.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2227/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Yusifova Ülkər Bayram qzının sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı Şıxseyid oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı Şıxseyid oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 120 manat məbləğində pulun tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Belə olan halda, məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə baxış iclasına gəlmədiklərindən, İddiaçı Şıxseyid oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, onların məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv oluna bilməsi tərəflərə izah edilməlidir. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən ("xxxx" KB ASC, VÖEN: **********, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********82, büdcə təsnifat kodu: 142211, tarix: xx.xx.2023, saat: 13:44:29) görünür ki, İddiaçı Şıxseyid oğlu hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Şıxseyid oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Şıxseyid oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi bахılmаmış sахlаnılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı Şıxseyid oğlu tərəfindən ödənillmiş 120 manat ("xxxx" KB ASC, VÖEN: **********, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********82, büdcə təsnifat kodu: 142211, tarix: xx.xx.2023, saat: 13:44:29) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar