Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2237/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X12 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 65-ci kmdə Cavabdeh idarə etdiyi “Lada 21214” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən onun idarə etdiyi “Mitsibushi Mirage” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər qızı X8 və oğlu X9 xəsarət almışdır. Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, Cavabdeh və onun izahatı da alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Məhkəmə-kimya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1570/K saylı rəyinə əsasən, qanında heç bir etil spirti aşkar edilməmişdir. Avtomobili xx.xx.2023-cü il tarixli 6069 saylı kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, illik faizi 23% olmaqla 8600 (səkkiz min altı yüz) manat məbləğində kreditlə əldə etmişdi. Qəzadan sonra avtomobili idarə etmədiyi halda bu günədək hər ay lizinqə 333 (üç yüz otuz üç) manat məbləğində pul ödəyir. Online işlərdə işləyərək çox çətinliklə ödəniş edir. Avtomobil təmir olunmadığına görə qəzaya düşdüyü vaxtdan bu günədək istifadə olunmamışdır. Avtomobil olmadığına görə taksidən istifadə etməli olur, buna da maddi imkanı çatmır. Qeyd edir ki, övladları X8 və oğlu X9 qəza baş verərkən həm xəsarət almışlar həm də psixoloji sarsıntı keçirmişlər. Belə ki, MTE və PA birliyi hüquqi şəxsin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 75 saylı rəyə əsasən, oğlu X3 bədəni üzərində qarnın ön divarının yumşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. Həmin xəsarət qəza baş verən zaman bərk küt əşyanın təsirindən yaranmışdır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə MТЕ və PA birliyi hüquqi şəxsin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 76 saylı rəyə əsasən, qızı X4 bədəni üzərində sol ayaq pəncəsinin yumşaq ayaq-baldır oynağının gərilməsi aşkar olunmuşdur. Həmin xəsarət də qəza baş verən zaman bərk küt əşyanın təsirindən vararmışdır. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı Təhmuraz Səmədov tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmaqla onun idarə etdiyi “Mitsibushi Mirage” ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona və övladlarına ehtiyatsızlıqdan dərəcələrinin təyin edilməməsi barədə xx.xx.2024-cü il tarixli Cinayət işi başlanılmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər X2-Psixiatr Komissiyasının xx.xx.2024cü il tarixli, 105-712 saylı protokoluna əsasən, oğlu X5 xx.xx.2024-cü ildə baş vermiş qəza ilə əlaqədar qorxu yaranmış, həmin qorxu onun həyat şəraitini çətinləşdirmiş, gecələr sidik qaçırma halları, iştahı azalma və yuxu problemi yaranmışdır. Qəzadan sonra müstəqil ekspertin rəyinə görə avtomobilin təmiri üçün tələb olunan xərclərin cəmi 7155 (yeddi min yüz əlli beş) manat məbləğində müəyyən olunmuşdur. Lakin 5000 (beş min) manat məbləğində sığorta ödənişi olunmuşdur ki, həmin məbləğin 4330 (dörd min üç yüz otuz) manatını avtomobilin sıradan çıxmış ehtiyyat hissələrinə xərcləmişdir. Avtomobilin təmiri üçün cavabdehə müraciət etdikdə isə ona “Get hara istəyirsən şikayət elə, əlindən gələni elə, heç kimdən qorxmuram” deyə cavab verir. Yuxarıda qeyd etdiklərinə əsasən bildirmək istəyir ki, Cavabdeh Nləcməddinoviç ona ümumilikdə 6000 (altı min) manat məbləğində ziyan vurmuşdur. Bu səbəbdən 6000 (altı min) manat məbləğində pulun və dövlət rüsumu qismində ödədiyi 80 (səksən) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11:20 radələrində idarə etdiyi «Lada 21214» markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 65-ci km ilə hərəkət edərkən «Mitsubushi Mirage» markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vuraraq toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mitsubushi Mirage» markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər dərəcəsi təyin olunmayan xəsarət almışlar. İddiaçı ona qarşı irəli sürdüyü iddia ərizəsinə etiraz edərək bildirir ki, «Mitsubushi Mirage» markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil arxa tərəfindən vurulmuş və dəymiş ziyan isə şişirdilərək sığorta şirkəti tərəfindən yüksək göstərilmişdir. Həmin avtomaşının bazar qiyməti 11.000 manat təşkil edir, sığorta isə 7155 manat dəymiş ziyanı qeyd etmişdir. Lakin dəymiş ziyanda 5.000 manatı sığorta şirkəti İddiaçı ödəmişdir. O, özü həmin avtomobili təmir etdirmək istəmiş və maşın ustaları təmirə görə ondan 2000 manat pul tələb etdilər, lakin iddiaçı onunla razılaşmayaraq sığorta şirkəti tərəfindən ödənilməsini tələb etmişdir. Bütün bunlara baxmayaraq sığorta şirkəti iddiaçıya avtomobilə dəymiş ziyanla bağlı 5000 manat pul ödəmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onun özündə olan qiymət onların “Mega sığortası”nın təyin etdiyi məbləğdir. Mega sığorta özü təxminən 7000 manat hesablayıb. Sığorta ona 5000 manat ödədi, amma maşını təmirə götürməkdən imtina etdi. O, iddia tələbində iki ay lizinqə ödədiyi pulu və təmir xərcini istəyir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaya etirazını müdafiə edib izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi sənədlərdə həm təmir xərclərinin qiyməti, həm də ehtiyat hissələrinin qiymətləri görünür. Bütün ehtiyat hissələrinin orginal variantının maksimal qiymətidir. Xanımın tələbi ilə razı deyil. Sığorta ona pul ödəyib. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - DİN Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İT Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilmişdir. - İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və etibarnamədən görünür ki, “MİTSUBİSHİ MİRAGE” markalı 77AM465 dövlət nömrə nişanlı avtomobil "xxxx" BOKT MMC-nin mülkiyyətindədir. Həmin avtomobili idarə etmək üçün İddiaçı etibarnamə verilmişdir (Sürücülük vəsiqəsi BD610960, kateqoriya B1, B, xx.xx.2023-cü ildə verilmişdir). - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və etibarnamədən görünür ki, “LADA NİVA" markalı 77CK221 dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir, həmin nəqliyyat vasitəsinə dair Cavabdeh etibarnamə verilmişdir. - "xxxx" BOKT MMC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024 tarixdə Bakı-Quba yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “PSG FİNANS BOKT MMC”-nə məxsus “MİTSUBİSHİ MİRAGE” markalı 77AM465 dövlət nömrə nişanlı avtomobilə “LADA NİVA" markalı 77CK221 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən 5000 azn maddi zərər vurulmuşdur (Müstəqil ekspertin rəyinə görə 7155 azn təşkil edir). Baş vermiş sığorta hadisəsində əmlaka dəymiş 5000 AZN sığorta ödənişi məbləği ilə razıdırlar, gələcəkdə “Meqa Sığorta" ASC-nə qarşı heç bir iddiaları olmayacaq. - Məhkəməyə ödəniş cədvəli sübut qismində təqdim edilmişdir. - “Auto Colors” Avtoservis tərəfindən verilmiş xərclər siyahısından görünür ki, “MİTSUBİSHİ MİRAGE” markalı 77AM465 dövlət nömrə nişanlı avtomobilin təmiri üçün tələb olunan xərc cəmi 7155 manat təşkil edir. - İddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli 4330 manat dəyərində ehtiyat hissələrinin alınmasını təsdiq edən satış çeki təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə 80 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7027-8/2418 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “AUTO COLORS” Avtoservis tərəfindən tərtib edilmiş qüsur aktında 2013-cü il buraxılışlı “MİTSUBİSHİ MİRAGE” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 6335 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələri qiyməti 3310 manat, təmir-bərpa işlərinin qiyməti 3025 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən 65-ci kmdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Lada 21214” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı etibarnamə əsasında idarə etdiyi “Mitsibushi Mirage” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə ilə bağlı aparılmış araşdırma nəticəsində, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilmişdir. İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı hadisə ilə bağlı, sığorta şirkəti tərəfindən 5.000 manat zərərin ödənildiyini, qalan zərərin isə ödənilmədiyini bildirməklə, cavabdehdən 6000 manat ziyanın ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Mitsibushi Mirage” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin rəyi ilə avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 6335 manat olduğu müəyyən edilmişdir. İddiaçıya dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 6000 manat kimi göstərmişdir. Ekspertiza rəyi ilə isə həmin məbləğ 6335 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 6335 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə dəymiş ziyanın 5000 manat hissəsinin sığorta şirkəti tərəfindən ödənilməsi nəzərə alınmaqla, qalan 1335 manat hissəsi pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 80 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 50 manat hissəsi iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 50 manatın 30 manat hissəsi iddiaçıdan, 20 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1335 manat pul və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 30 manat hissəsi İddiaçı, qalan 20 manat hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X7, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1335 manat pul və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi alınaraq, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 30 manat hissəsi İddiaçı, qalan 20 manat hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X7, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2237/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2237/2024
18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver