Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2247/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə elektrik enerjisinin istehlakına görə **********D0002 saylı sayğacda A270993469M273344 saylı abunə kodu üzrə hesablanmış 220.43 (iki yüz iyirmi manat qırx üç) qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətində olmuş, daha sonra bağışlama müqaviləsi əsasında oğlu X3 bağışlamış və mənzil xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən oğlu X2 adına tam mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Mənzilə dair bağışlama müqaviləsi bağlanmazdan onunla "xxxx" ASC arasında elektrik enerjisinin istehlakına görə müqavilə bağlanmış və müqaviləyə əsasən **********D0002 saylı sayğac quraşdırılmışdır. Sayğacda A270993469M273344 saylı abunə kodu verilmişdir. Mənzil onun mülkiyyətində olduğu dövrdə daimi istehlak olmuş elektrik enerjisinə görə ödənişləri vaxtlı-vaxtında ödəmiş və heç bir borcu qalmamışdır. Lakin mənzili bağışlama müqaviləsi əsasında oğluna bağışladıqdan sonra oğlu X1 öz adına rəsmiləşdirmək istədikdə, 2001-2002-ci illər ərzində 220.43 manat borcun yarandığı bildirilmişdir. O, "xxxx" ASC-nə müraciət edərək, elektrik enerjisinin istehlakına yaranmış borcun silinməsini və yeni mülkiyyətçi ilə müqavilə bağlanaraq, sayğacın onun adına dəyişdirilməsini xahiş etsə də borcun silinməsi təmin edilməmişdir. Cavabdeh “Azərişıq" ASC ünvan 1 ünvanında yerləşən mənzildə **********D0002 saylı sayğac quraşdırılmışdır. Sayğacda A270993469M273344 saylı abunə kodu üzrə hesablanmış borcun tələb edilməyən borclar qrafasına aid olduğundan, borcun silinməsi təmin edilməlidir. Göründüyü kimi ona münasibətdə qanunverciliyin bu tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfə borcun silinməsi və elektrik enerjisinə görə yeni sayğacın quraşdırılması üçün rəsmi şəkildə müraciət etsələr də, onlar bu barədə yalnız məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Bunun özü bir daha sübut edir ki, mübahisəni məhkəmədən kənar şəkildə, aralarında həll etmək, razılaşmaq mümkün deyil. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, borc məbləği "xxxx" MMC-nin dövründə yaranıb. Hazırda borc və bununla bağlı akt yoxdur, istehlakçı cərimə də olunmamışdır. Borc tələb olunmayandır. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi X2 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - X2 "xxxx" ASC-yə ünvanlandığı pretenziyadan görünür ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 220.43 manat borcun silinməsini və həmin evə elektrik enerjisinin verilməsinə dair onunla yeni müqavilə bağlanmasını xahiş etmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixdə 220.43 manat məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Abonent saldosundan görünür ki, saldo iddiaçının adınadır və xx.xx.2011-ci il tarixdə "xxxx" MMC tərəfindən 220.43 manat borc hesablanmışdır. Borc tələb olunmayan borc olsa da "xxxx" Açıq Səhmdar Cəmiyyəti mənzilin mülkiyyətçisi ilə qeyd olunan borca görə müqavilə bağlamaqdan imtina edir. Hazırda iddiaçı "xxxx" MMC tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, abonent saldosundan göründüyü kimi borcu "xxxx" MMC hesablamışdır. İddiaçı cavabdeh qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətini qoymaqda haqlıdır. Belə ki, "xxxx" MMC-nin hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinə hesablanmış borcla əlaqədar akt tərtib edilməmişdir. Həmçinin hesablanmış borc məbləğinin nəyin əsasında hesablanması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi kimi iddiaçı cərimələnməmiş və vaxtlı-vaxtında borcunu ödəmişdir. Qeyd olunan borc isə tələb olunmayan borcdur. Borcla bağlı akt da tərtib edilməmişdir. Odur ki, "xxxx" MMC tərəfindən əsassız hesablanmış borc silinməlidir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən əsassız hesablanmış borc silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə iddiaçıya 220.43 manat borc hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hesablanmış 220.43 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC tərəfindən İddiaçı **********D0002 abonent kodu üzrə xx.xx.2011-ci il tarixdə hesablanmış 220.43 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən İddiaçı **********D0002 abonent kodu üzrə xx.xx.2011-ci il tarixdə hesablanmış 220.43 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2247/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2247/2023
03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver