Məhkəmə qərarları › İş №2(007)-2272/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2272/2025

16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2272/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdeh “Cavabdeha” qarşı “zərərçəkmiş şəxsin ölümünə görə vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Cavabdeha” qarşı “zərərçəkmiş şəxsin ölümünə görə vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçinin xeyrinə 1600 manat məbləğində pul, 46 manat məbləğində dövlət rüsumu alınmasını, “CavabdehN” vəzifəli şəxsləri, həkim-kardioloq X1 barəsində Azərbaycan Respublikası MPM-in 265-ci maddəsinə əsasən xüsusi qərardad verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 149.2.2. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əməl etməmiş, tələbin yönəldildiyi cavadehin eyniləşdirmə məlumatlarını (VÖEN) qeyd etməmişdir. Hazırda iddiaçı iddia ərizəsində cavabdeh kimi “Cavabdeh”ını, onun ünvanını isə Bakı şəhəri, Yasamal rayonu, İnşaatşılar prospekti 8-10 kimi göstərərək, öz yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraicət etmişdir. Belə ki, MPM-in 36.6-ci maddəsinə xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə iddiaçının seçməsinə görə aidiyyət mümkündür, lakin bu halda iddia yanlız ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Hazırda iş üzrə isə qeyd edilən hallar müəyyən edilməmişdir. İddia ərizəsinin məzmunundan ziyan vuran və ziyan vurma yerinin Cavabdehı kimi göstərildiyi müəyyən edilmişdir. Belə olan halda, hazırkı tələbə ərazi aidiyyətinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.3-cü maddələrinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Cavabdeha” qarşı “zərərçəkmiş şəxsin ölümünə görə vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar