Məhkəmə qərarları › İş №2(007)-2274/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2274/2022

16.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2274/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, bina 5, 2524 məhəllə, 19 nömrəli mənzilə köçürülməsi, mediasiya xərci və dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Mina Məmmədova ilə 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan iki övladları doğulmuşdur. Nikahdan əvvəl o, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, bina 5, 2524 məhəllə, 19 nömrəli mənzili almışdır. Lakin, 2019-cu ilin sentyabr ayının 22də həmin mənzilini arvadı Mina Məmmədovaya bağışlamışdır. Cavabdeh Mina Məmmədova həmin evə çıxarış aldıqdan sonra onunla boşanmaya ərizə verib boşanmışdır. Onu isə evdən qovmuşdur. Bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış lakin, iddia tələbim rədd edilmişdir. Hazırda isə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmaq üçün mediasiya prosesi davam edir. Lakin, hazırda yaşamağa başqa yeri yoxdur. Dəfələrlə onu evə buraxmasını xahiş etsə də cavabdeh ona hədə-qorxu gələrək evə buraxmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(102)-4459/2021 saylı qərarı ilə, mübahisəli evin onun mülkiyyətində nikahdan əvvəl olması və onun tərəfindən cavabdehə bağışlanması müəyyən olunur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmiş və etirazda göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı, 04 iyun 2020 tarixli qətnaməsi tərəflər arasında 21 oktyabr 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2257 № ilə qeyd edilmiş nikahın pozulması, 25 iyul 2012-ci il təvəllüdlü X8 və 16 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək Mina Məmmədovanın himayəsində saxlanılmaları, 25 iyul 2012-ci il təvəllüdlü X4 və 16 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı 29 oktyabr 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Mina Məmmədovaya verilməsi qət edilmişdir. Bakı Səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2660/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə və 4 Saylı "ASAN Xidmət" Mərkəzinin notariat ofisinə qarşı İddiaçı ilə X6 arasında Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi bina 4, 2524 məhəllə, 19 nömrəli mənzilə dair 22 sentyabr 2019-cu il tarixli 4Ə-1365 nömrə ilə bağlanmış bağışlama müqaviləsinin və onun hüquqi nəticəsi olan X2 adına dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, mənzilin ilkin hüquqi vəziyyətə qaytarılması tələbinə dair iddiası rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-273212021 saylı, 01 mart 2021-ci qətnaməsi ilə İddiaçı Mətəlb oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2660/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Kollegiyasının 2(102)-4459/2021 saylı, 17 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı Mətəlb oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2732/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mübahisə edilən mənzil artıq uzun müddətdir ki, Cavabdeh tərəfindən satılmış, həmin mənzilin mülkiyyətçisi artıq başqa şəxsdir və həmin mənzilə dair Cavabdeh hər hansı hüquqi bağlılığı qalmamışdır. İddiaçı tərəfindən, ilk dəfə mənzilə dair mübahisə açılarkən yəni bağışlama müqaviləsinin ləğvi tələb edilərkən onun həmin mənzil ilə bağlılığı olması və orda yaşaması, bundan başqa cavabdeh tərəfindən qovulması ilə bağlı hər hansı məsələ iddia ərizəsində qaldırılmamışdır, həmçinin cavabdeh tərəfindən iddiaçının mübahisəli mənzildən qovulması halı olmamış, çünki iddiaçı özü mübahisəli mənzili tərk edərək yaşamaq məqsədi ilə başqa ünvan seçmişdir. İddiaçının yaşayış yeri mübahisə edilən ünvan yox ünvan 1nvanı olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir, əlavə olaraq bildirmişdir ki, mənzil nikahdan öncə alınmışdır, iddiaçının hazırda qalmağa yeri yoxdur ona görə iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 2 tam mülkiyyət hüququ ilə X3 məxsusdur. - Bakı şəhəri 52 saylı notariat ofisində 4Ə-1225 nömrə ilə reyestrdə qeyd edilmiş 06 sentyabr 2022-ci il tarixli, alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 150500 manata Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 2 ünvanında yerləşən mənzili Sultanova Hicran Mixadus qızına satmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 2 tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 2 tam mülkiyyət hüququ ilə Sultanova Hicran Mixadus qızına məxsusdur. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2660/2020 nömrəli 13 noyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Nümayəndə2 cavabdehlər X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə və 4 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2732/2021 nömrəli 01 mart 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 noyabr 2022-ci il tarixli 2(007)-2660/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 4459/2021 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2732/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 iyun 2022-ci il tarixli, MŞB/2-00946 saylı arayışdan görünür ki, X6 mediasiya sessiyasının keçirilməsində iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən ödənilmişdir. - 26 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı köçürülməsini xahiş etdiyi mənzili birgə nikah dövründə bağışlama müqaviləsinə əsasən X3 bağışlamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı, 04 iyun 2020 tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. 06 sentyabr 2022-ci il tarixdə sözügedən mənzili X7 150500 manata Sultanova Hicran Mixadus qızına satmışdır. Hazırda mənzil cavabdehin mülkiyyətində deyil. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 2524-cü məhəllə, ev 5, mənzil 19 (yeni qaydalarla: AZ1118, ünvan 2 tam mülkiyyət hüququ ilə Sultanova Hicran Mixadus qızının mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(007)-2660/2020 nömrəli 13 noyabr 2022-ci il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil olan mənzilə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. İş materiallarından və məhkəmə iclasında müəyyən olunduğu kimi iddiaçının köçürülməsini tələb etdiyi mənzil tam mülkiyyət hüququ ilə Sultanova Hicran Mixadus qızının mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar