Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2278/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İlk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh X2, İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair ilk iddia,iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı idda üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,o, cavabdehlərin hər ikisi ilə normal münasibətdə olduğundan, onların təklifi ilə birgə iş birliyi qurub, müəyyən qazanc əldə etmək məqsədilə 10000 manat pul vəsaitini vermiş, özünə məxsus “QAZ 33021” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı Qazel yük avtomobili ilə birgə işlədiyi zaman xidmət göstərmişdir. Nəticədə iki il müddətinə əldə olunan qazanc 100000 manat pul şəklində 1-ci Cavabdeh2 tərəfindən Yüsifə verilib. Həmin pulun yarı hissəsi ona verilməli idi. Bir müddət keçəndən sonra, cavabdehlərin bir-birinə münasibətləri dəyişmiş,aralarında mübahisələr yaranmışdır. Cavabdeh2 Yusifə verdiyi pulu geri istəyib, lakin Yusif tərəfindən pul xərcləndiyi üçün notariat orqanında borc müqavilələri tərtib edilib. Həmin pul Yusif tərəfindən qaytarılmadığından Kamran məhkəməyə müraciət edib və 53680 manat məbləğində pul vəsaitinin ondan, 38680 manatın isə Cavabdeh1 ona məlum olmayan vasitələrlə tutulmasına müvəffəq olub. Bildirir ki, onun çəkdiyi əziyyət və ortalığa qoyduğu pul müqabilində cavabdehlər tərəfindən əldə olunan qazanc şəklində ona heç bir qəpik də pul verilməyib. Məhkəmə tərəfindən tələb olunan pul məbləği Cavabdeh2 tam şəkildə ödənilsə də, yenidən həmin məbləği ondan istəməklə onu çətin bir vəziyyətə salıb. Pulunu və qazancını tələb etsə də, Cavabdeh2 Yusifə müraciət etdiyini, pulu ondan tələb etdiyini bildirib. Cavabdeh1 isə müxtəlif səbəblərdər bildirir ki, məhkəmə qərarı ilə kəsilmiş 53680 manat pulu o, ödəyib. Mübahisə etdiyi halda, onun tərəfindən döyülməyə, təhqir olunmağa məruz qalmışdır. Cavabdeh2 öz əlyazması ilə bildirib ki, pul Yusif tərəfindən ödənilib. Kamran isə təkrar olaraq ondan 35000 manat və 4500 manat avtomobilin satışından əldə olunan pul vəsaitini alıb. Hər iki cavabdeh tərəfindən aldandığı səbəbindən ona 39500 manat maddi ziyan vurulb. Eyni zamanda ondan əlavə olaraq pul vəsaitinin tələb olunmasını mülki dövriyyə qaydasında işlətsəydi,bir o qədər də əldən çıxan fayda şəklində mənfəət qazanardı. Polis orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmayıb. Məcbur olub məhkəməyə müraciət edir. Bununla yanaşı, cavabdehlərin hərəkətləri ucbatından 2018-ci ildən hal-hazıradək o, dəfələrlə, işini atıb polis orqanlarına getmişdir.Mənəvi cəhətdən sarsılmışdır.Bu yaşında ailədə, yaxınlarının,qonşularının, etibarlı yoldaşların yanında xəcalətli olmuşdur. Cavabdehlər tərəfindən aldadılması nəticəsində ona mənəvi zərər vurulub ki, bu zərər 25000 manat məbləğində cavabdehlər tərəfindən ödənilməlidir.Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 39500 manat vurulmuş maddi ziyanın,35000 manat əldən çıxmış faydanın 25000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarımasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair iddia vermiş, 01 iyul 2021-ci il tarixdə qarşılıqlı iddianın geri qaytarılması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia baxılmamış saxlanmışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh X6 ilk iddia tələbinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ilk iddianı qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05.11.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı Ələsgər oğluna qarşı borca görə 98680 ABŞ dolları,biznes layihəsinə görə 15000 ABŞ dolları,maddi ziyana görə 7750 ABŞ dolları olmaqla cəmi 121490 ABŞ dolları vəsaitin,10000 manat mənəvi zərərin və 60 manat dövlət rüsumunun cavabdehlərdən birgə tutulması barədə iddiası qismən təmin olunmuş, Cavabdeh1 borca görə 38680 manat, ödənilmiş dövlət rüsumuna görə 15 manat olmaqla cəmi 38695 manat,İddiaçı isə borca görə 53680 manat ödənilmiş dövlət rüsumuna görə 15 manat olmaqla cəmi 53695 manat pulun Cavabdeh2 xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh1 və onun vəkili Vəkil apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05.11.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.09.2018-ci il tarixli qərardadı ilə cavabdeh Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ilkin iddia üzrə İddiaçı Ələsgər oğlunn ilkin iddia üzrə Cavabdeh2 53695 manat borcunun olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Onun təqdim etdiyi sübutlar iddianın qismən və ya tam ödənilməsi üçün yetərli deyil. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2278/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2278/2021
01.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Borc müqaviləsi üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver