Məhkəmə qərarları › İş №2(105)-725/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-725/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Borc müqaviləsi üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-725/2023 19.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, vəkili Vəkil3 və Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli məktubuna əsasən, X2 tikinti işlərinin aparılmasına dair Memarlıq və Şəhərsala idarəsi tərəfindən heç bir icazə sənədi verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, No ******* saylı çıxarışa əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində icarədə olan 0.1220 ha torpaq sahəsində yerləşən binanın 1ci və 2-ci mərtəbəsində 1086,56 kv.m ümumi, 1034,26 kv.m əsas, 52.3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, No ******* saylı çıxarışa əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 292, 2 nömrəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsi 110.4 kv.m sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2-292 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-nin iddiaçıya, 10%-nin isə cavabdehə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məkhəməsinin xx.xx.2009-cu il tarilxi qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2-292 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı birgə mülkiyyətdən pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-nin iddiaçıya, 10%-nin isə cavabdehə verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2009-cu il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X6r. Sumqayıt şəhər X10 Rəyasət Heyətinin 30.10.992-ci il tarixli qərarına əsasən, Sumqayıt şəhər X10 torpaq komissiyasının 29 oktyabr 1992-ci il tarixli, 7No-li protokoluna əsasən "xxxx" kiçik müəssisəsinə Azərbaycan milli xalq musiqi əlatləri hazırlanmasını və təmirini təminedən bina tikmək üçün 42-ci məhəllədə 1220 kv. torpaq sahəsi ayrılmışdır. Qeydiyyat Vəsiqəsinin surətinə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 10, Koroğlu küçəsindən "xxxx" kiçik müəssisəsi üçün pay ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3869 nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mütəxəssis rəyinə əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən dağılmış qeyri-yaşayış binasının hazırki texniki vəziyyəti qəzalıdır. Lakin həmin binanın 237 kv.m sahəsinin sökülməsinin ümumi binanın davamlılığına və onun sonradan dağılmasına təsiri olub- olmamasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəsissləri müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azkommunlahiyə” KLİ-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırki texniki vəziyyəti qəzalıdır. Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12x13m hissədən boşluqlu yığma dəmir-beton örtük tavaları çardaqda qanunsuz “yenidən qurma” işləri aparılarkən yükdaşıyan dəmir beton konstruksiyalara tirlərə müdaxilə nəticəsində uçmuş mərtəbəarası örtük tavalarının üzərinə düşüb həmin dəmir-beton konştruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardağ hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməz. Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməz. Dağıntılara səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidən qurma” işlərinin qalıqları aydın aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından asılı olmayaraq “yenidən-qurma” işləri aparan şəxslər tikinti norma və qaydalarının kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma dəmir-beton boşluqlu tavalar və digər dəmirbeton konstruksiyalar uçub dağılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/864 nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyriyaşayış binasının hazırkı texniki vəziyyəti qəzalıdır. Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12x13m hissədən boşluqlu yığma dəmir-beton örtük tavaları çardaqda qanunsuz “yenidən qurma” işləri aparılarkən yükdaşıyan dəmir beton konstruksiyalara tirlərə müdaxilə nəticəsində uçmuş mərtəbəarası örtük tavalarının üzərinə düşüb həmin dəmir-beton konstruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardağ hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməz. Həmin qeyri- yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməz. Dağıntılara səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidən qurma” işlərinin qalıqları aydın aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından aslı olmayaraq “yenidən-qurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma dəmir beton boşluqlu tavalar və digər dəmir beton konstruksiyalar uçub dağılmışdır. “Yeni Dövr” qiymətləndirmə mərkəzinin rəyinə əsasən, İddiaçı məxsus Sumqayıt şəhəri, məhəllə 42 Koroğlu prospektində yerləşən ümumi sahəsi 1086,56 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 705000 (yeddi yüz beş min) manat və likvid dəyəri 634500 (altı yüz otuz dörd min beş yüz) manat müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.0.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC-yə qarşı İddiaçı və "Ülvi-85" firması mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2010-cu il tarixli icra vərəqəsi üzrə sifariş edilmiş hərracın nəticələrinin etibarsız hesab olunmasını və hərracın yenidən keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli, 2(005)- 4194/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1847/2010-cu il tarixli icra vərəqəsi üzrə sifariş edilmiş hərracın nəticələri etibarsız hesab edilmişdir. Üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli, 2(005)-4194/2017 nömrəli qətnaməsi üçüncü şəxs İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayit Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunə əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi DTİ və MHQ tərəfindən İddiaçı Cəlaf oğlunun adına xx.xx.2000-ci il tarixli, 295 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan vətəndaşın idarəyə müraciəti və müraciətinə əlavə edilmiş qeydiyyat vəsiqəsi, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007- ci il tarixli, 51 saylı icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə olmaqla qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 3 saylı döviət notariat kontorunun təsdiq etdiyi xx.xx.2009-cu il tarixli, 3M/25 reyestr nömrəli 200 saylı ipoteka müqaviləsinə əsasən sözügedən qeyri- yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəsi dövlət reyestrindən yüklülük çıxarışı verilmişdir. "xxxx" ASC-nin xx.xx.2010-cu il tarixli məktubu əsasında mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi, yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. "Bakı Hərrac Mərkəzi' MMC-nin xx.xx.2021 -ci il tarixli hərracın yekunları barədə protokoluna və xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında sözgedən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Sumqayit Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Sumqayıt şəhəri, 16-cı məhəllə 42/3, mənzil 21 və 29 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh oğlunun adına respublika üzrə hazırda qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2280/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı və maraqlı tərəf X14 Kreditlər Şöbəsinə qarşı binanın qəzalı vəziyyətinin aradan qaldırılması, bərpası və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 (iki yüz min ) və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri yaşayış binasının, 90% ibarət hissəsi qeyri-yaşayış sahəsi kimi onun, qalan 10% hissəsi isə yaşayış sahəsi kimi Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Qeyri-yaşayış binasının paylara bölünməsi Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 1990-cı il tarixli qərarına əsasən aparılmışdır. Onun hüququ xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bildirir ki, qeyri-yaşayış binası 2 mərtəbədən ibarətdir. Bu binanın 2-ci mərtəbəsinin 110.84 kvadrat metrdən sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh ona məlumat vermədən qeyri-yaşayış sahəsinin öz payına düşən sahənin üstünə düşən çardaq hissədən başlayaraq onun mülkiyyətində olan sahəyə qədərki hissədə tikinti işləri başlamış və onun çardağa girişini məhdudlaşdırmışdır. Belə ki, o, beton paneli deşərək binanın çardaq hissəyə çıxış açmış, beton dayaq hissələri kəsərək çardaq hissədə kirayənəşin yerləşdirmək məqsədilə otaq, hamam və sanitar qovşağı quraşdırmağa başlamışdır. Orada pəncərə açmış, kanalizasiya xətləri çəkmiş, kondisioner quraşdırmış və s. Bununla da çardaqda əlavə tikinti işləri aparan cavabdeh binaya əlavə yüklənmə vermiş və ona aid 14 metr uzunluğu olan 150 kv.metrdən ibarət ikinci mərtəbənin tavan panelləri 1-ci mərtəbəyə düşmüşdür. 1-ci mərtəbənin tavan panelləri də öz növbəsində yüklənmə nəticəsində birinci mərtəbənin döşəməsinə düşmüşdür. Qalan təxminən 170 kvadrat metrlik hissə dağıntı və yüklənmə nəticəsində deformasiyaya uğrayaraq yararsız hala düşmüşdür. Binanın texniki vəziyyətini nəzərə almayaraq aparılmış tikinti işləri nəticəsində qeyd etdiyi dağıntı baş vermiş binanın damına çıxış isə təmamilə qapanmışdır. Bina qəzalı vəziyyət almışdır. Bildirir ki, qəzalı vəziyyət haqqında məlumat aldıqdan dərhal sonra o, Sumqayıt şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Nazirliyinə müraciət etmişdir. Sumqayıt şəhər icra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli cavab məktubunda ona bildirilmişdir ki, Cavabdeh oğluna qeyd edilən ünvanda yerləşən tikilidə tikinti-quraşdırma işlərinin aparılmasına hər hansı bir icazə sənədi verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2020-ci il tarixli məktubunda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binada təmir və yenidənqurma işlərinin aparılmasının müşahidə edildiyi, həmin işlərə müvafiq icazə sənədləri verilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, binanın 90%-dən ibarət hissəsinə mülkiyyət hüququ üzrə sahiblik edən şəxsə məlumat vermədən, razılaşdırmadan özbaşına tikinti-quraşdırma işləri aparan cavabdeh müvafiq dövlət qurumlarının da razılığı olmadan özbaşına olaraq tikintiquraşdırma işləri aparmaqla mülkiyyətinə qəsd etmiş, ona maddi və mənəvi zərər vurmuşdur. Bildirir ki, 2008-ci ildə onun mülkiyyətində olan daşınmaz əmlak kredit götürmək məqsədilə girov qoyulan zaman qiymətləndirmə aparılmış və qiymət 750.000- 780.000 manat müəyyən edilmişdir ki, indiki qiymətlərlə bu qiymət ******* manat edir. Nəzərə alınsa ki, cavabdeh tərəfindən aparılmış rekonstruksiya işləri nəticəsində binanın təxminən 1/5 hissəsi yararsız hala düşmüşdür. Hesab edir ki, ona 20000 manatdan artıq maddi zərər vurulmuşdur. Həmçinin, əlavə olaraq bildirir ki, onun mülkiyyətində olan sahənin 1-ci mərtəbəsində dağıntı altında qalan mal və materiallar olmuşdur ki, indi onla tam yararasız vəziyyətdədir. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmalıdır. Göründüyü kimi cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Və bu zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Rəşad Qoşqarlı) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər başqa şəxsə vurulmalıdır. Digər şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər arasında səbəbli əlaqə və borclunun təqsiri aiddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin mülkiyyət hüququ iş materiallarında olan məhkəmə aktları və rəsmi reyestrdən qeydiyyatdan keçmiş sənədlərə əsasən müəyyən edilir ki, iddia tələbi əsassız olmaqla iş materialları, tərəflərin izahatları ilə öz təsdiqini tapmır. Belə ki, İddiaçı mübahisə etdiyi binanın qəzalı vəziyyətə düşməsi Cavabdeh qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsi məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.2, 1097.1, 1115, 152, 157, 140, 146.2, Mülki Prosessual Məcəllənin 14.2, 124.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-21/2022 saylı qətnaməsinin ləğv edilməsini iddia ərisəzinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: xx.xx.2022-ci il tarixdə məhkəmə iclası zamanı cavabdeh özü şəxsən etiraf etmişdir ki, bəli yuxarıda öz hissəsində və mansarda təmir işləri aparır. Həmçinin özünün gətirdiyi ustalarda bunu etiraf etmiş və bildirmişdilr ki, həmin vaxtı evdə təmir işləri aparıblar. Lakin binanın sökülməsinə dağılmasına yönələn işlər görməyiblər. Bu ifadələr hamısı məhkəmə iclasının protokolunda mövcuddur və audio video yazılışlarda mövcuddur. Lakin nədənsə məhkəmə axırıncı iclasda bunları yaddan çıxartmış və məhkəmə qərarında bunlar haqda qeydlər etməmişdir. Halbuki, Ədlliyyə Nazirliyinin ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli 10/864 saylı rəyinə əsasən görünür ki, əmlakın dağılması məhz yuxarı mərtəbədə və mansarda aparılan və tikinti normalarına riayət edilməyən təmir şləri ilə əlaqədardır. Məhkəmə isə nədənsə əmlakın kimin tərəfindən dağıdılmasına sübut olmadığına əsaslanaraq iddianı təmin etməmişdir. Həmçinin ziyanın nədən ibarət olmasını müəyyən edə bilmədiyini yazmışdır. Əsas kimi isə ekspertin sonuncu dəfə rəy verməməsi də olmuşdur. Məhkəmə əslində bu rəyi alıb ziyanın nədən ibarət olmasını birmənalı müəyyənləşdirməli idi. İddiaçı kimi İddiaçı ziyanın miqdarının nədən ibarət olmasını əsaslandırmış və bununla bağlı yazılı ərizə və izahatlarda vermişdir. Hətta sübutlar belə təqdim edilmişdir. Sonuncu iclasdan əvvəl məhkəmə "xxxx" ASC-nin üçüncü şəxs kimi işə cəlb etmişdir. Bununla bağlı bildirək ki, hazırda əmlak Kapital Bankın mülkiyyətindədir. Ancaq əmlak bankın mülkiyyətinə xx.xx.2021-ci il tarixli hərac protokoluna əsasən keçirilmişdir. Belə ki, əmlak məhz cavabdeh tərəfindən yararsız vəziyyətə gətirildikdən sonra xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 355.000 manat qiymətləndirilmiş və 226312 manata Bank tərəfindən alınmışdır. Halbuki, əvvəlki qiymətləndirilmələrdə əmlak 780.000 manat olmuşdur. Bundan əvvəldə əmlak bir neçə dəfə yararsız vəziyyət salınmadan qiymətləndirilmişdir. Qiymət daha yuxarı olmuşdur. Lakin cavabdehin qanunsuz tikinti aparması və tikinti normalarına riayət etmədən etməsi əmlak iddiaçının mülkiyyətində olanda etməsi ona vurulmuş ziyandır. Təqdim etdiyi hərrac protokolundan və qiymətləndirmə rəylərindən görünür ki, əmlak cavabdeh tərəfindən yararsız vəziyyətə salınmadan əvvəl 800.000 manat civarında olmuşdur. Lakin məhkəmə ziyanın nədən və hardan qaynaqlandığını müəyyən edə bilməyib yazıb qətnaməsini əsaslandırmamışdır. Məhkəmə Ədliyyə Nazirliyinin rəyini ümumiyyətlə araşdırmamış və onun əsaslı və ya əsassız olmasını araşdırmamışdır. Məhkəmə iddiaçının və cavabdehin şahidlərinin izahatlarının və iddianın əsasları ilə bağlılığı ola-ola onu təkzib edən əsaslanma edə bilməmişdir. Məhkəmə sonuncu dəfə Ədliyyə Nazirliyinə göndərilən sualların cavablandırılmamasında maraqlı olmuş və icra olunmadan geri qaytarılan qərardadının səbəblərini aydınlaşdırmamış və yenidən ekspertizanın keçirilməsində maraqlı olmamışdır. Bunlar məhkəmənin birmənalı qərəzli işə baxdığına işarədir. Çünki işin halları, cavabdehin və şahidlərin izahatları, ekspert rəyi və yerində baxış hamısı iddianın təmin olunmasına əsas olduğu halda məhkəmə iddianın təmin edilməsinə guya sübut olmadığı qənaətinə gəlmişdir. Məhkəmə işə baxarkən ümimiyyətlə nə maddi hüquq normalarını nə də prosessual hüquq normalarını gözləməmişdir. Məhkəmə Mülki Məcəllənin 21 və1096-cı maddlərinə istinad etəsə də, iş materiallarında guya əmlakın dağılmasında heç kimin təqsirinin olmamasına əsaslanaraq qətnamə qəbul etmişdir. Halbuki iş materiallarında cavabdehin əmlakını təqsirli hərəkətləri nəticəsində dağılması öz təsdiqini tapır. Cavabdeh bütün iclaslarda evin guya yağış sularının axması üçün yer olmadığına əsaslanaraq əmlakın dağılmasını qeyd etməsi və onun etdiyi təmirin binanın sökülməsinə heç bir aidiyyatının olmamasını deməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə Ədliyyə Nazirliyinin rəyini ümumiyyətlə araşdırmamış və onun əsaslı və ya əsassız olmasını araşdırmamışdır. Məhkəmə iddiaçının və cavabdehin şahidlərinin izahatlarının və iddianın əsasları ilə bağlılığı ola ola onu təkzib edən əsaslanma edə bilməmişdir. Məhkəmə sonuncu dəfə Ədliyyə Nazirliyinə göndərilən sualların cavablandırılmamasında maraqlı olmuş və icra olunmadan geri qaytarılan qərardadının səbəblərini aydınlaşdırmamış və yenidən ekspertizanın keçirilməsində maraqlı olmamışdır. Məhkəmə özü qətnaməsində qeyd edir ki, tikinti təmir işləri qanunvericiliyə əsasən aparılması və Şəhərsalmadan icazə alınmalıdır. Lakin cavabdehin hansı əsasla və kimin icazəsi ilə beton panelləri özünün etiraf etdiyiki kimi deşməsi kəsməsini araşdırmamışdır. Məhkəmə təqdim edilən Sumqaytıt şəhər İcra hakimiyyətinin və Fövqəlada hallar nazirliyinin həmin binada təmir tikinti işlərinin aparılmasına icazə verməmələri barədə sənədlərə hüquqi qiymət vermədən iddianı rədd etmişdir. X1 və Natəvan Cəfərovanının izahatlarıına hüquqi qiymət verməmişdir. Onların evdə təmir işlərinin cavabdeh tərəfindən aparılması və cavabdehin İddiaçı hissəsində də və mansardada tikinti işləri aparması, evin beton panelinin dağıdılmasına heç bir hüquqi qiymət vermədən iddianı rədd etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini əsas götürərək işə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40- 2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 384.0.4. Apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırkı halda kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 21/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İşdən göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər İddiaçı (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında yaranmışdır. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaları, habelə hazırkı mübahisənin də qeyri-yaşayış sahəsi ilə bağlı olaraq məhz mülki mübahisə yox, sahibkarlıq fəaliyyətindən doğan kommersiya mübahisəsi olması işin faktiki halları ilə sübut olunmuşdur. Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki yuxarıda qeyd edilənlərə əsasən hazırkı mübahisənin həlli üçün o, ərazi yurisdiksiyası üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi rədd edilərkən məhkəmə mübahisənin kommersiya mübahisəsi olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Buna baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı iddia olmaması əsası ilə iddia ərizəsinin geri qaytarmaq əvəzinə iddia ərizəsini icraata qəbul edırək işə mahiyyəti üzrə baxmış, bununla da maddi və prosessual normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.4, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar