Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2288/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilə qaz sayğacının quraşdırılması barədə onunla cavabdeh "Azəriqaz" İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında onun mülkiyyətində olan evə Smart tipli qaz sayğacı quraşdırılmış və **********00000 saylı abunə kodu, G-G-4 markalı, 1002AQ**********9 nömrəli sayğac quraşdırılmışdır. Mənzilə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra, "Azəriqaz" İB-nə müraciət edərək, qaz sayğacının onun adına dəyişdirilməsini xahiş etsə də, ona guya xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilərək cərimə edilməyi bildirilmişdir. Bundan sonra, 2023-cü ilin yanvar ayında "Azəriqaz" İB-nə müraciət edərək, mənzilə qazın verilməsinin bərpa edilməsini xahiş etsə də, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildə xx.xx.2011-ci il tarixdə quraşdırılmış öncədən ödənişli G-4 markalı, 1002AQİ**********9 nömrəli sayğacın filəns birləşmələrinə vurulmuş plomb aşkar olunmadığı üçün təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilərək 403.20 AZN dəymiş ziyan hesablanmışdır. Eyni zamanda məktubda qeyd edilmişdir ki, istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə "Azəriqaz" İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 2808 kub.metr itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixinə hesabınızda 609,92 manat borc mövcuddur və tərəflərindən ödənilməlidir. O, 2023-cü ilin yanvar ayından Qaz istismar idarəsinin əməkdaşlarına qaz sayğacına hər hansı müdaxilə etmədiyini, əsassız hesablanmış borcun silinməsini xahiş etsə də, borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh "Azəriqaz" İB-nin əməkdaşları ona “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-ci il tarixli ******* saylı aktın yazıldığını və həmin akta əsasən hesablanmış 609,92 (altı yüz doquz manat doxsan iki qəpik) manat cərimə məbləği ödəməyini tələb etdilər. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Azəriqaz İB-nin sözügedən hərəkətləri ilə onun istehlakçı hüquqları kobud şəkildə pozularaq üzərinə qanunsuz və əsassız öhdəlik qoyulmuşdur və pozulmuş hüquqlarının müdafiəsinin yalnız məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir. Aşağıda sadalanan əsaslara görə Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı əsassız hesab edilərək ləğv edilməli və həmin akta əsasən hesablanmış 609,92 manat cərimə məbləği silinməlidir. 1-ci yuxarıda qeyd olunduğu kimi "Azəriqaz" İB-nin əməkdaşları "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktı qanunsuz və qərəzli tərtib edildiyini sübut edir. 2-ci onun abonent saldosundan da görünür ki, evində sərf olunan qazın sərfiyyatında heç bir dəyişiklik baş verməmişdir. Bu hal da bir daha təsdiq edir ki, mənim evimdə saycdan kənar qazdan istifadə olunmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh "Azəriqaz" İB tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə qarşı tərtib etdiyi xx.xx.2019-cu il tarixli ******* nömrəli aktının etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 609,92 (altı yüz doquz manat doxsan iki qəpik) manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək **********00000 saylı abonent hesabından (saldo) silinməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 403,20 manat borcun silinməsi və xx.xx.2019-cu il tarixli ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 280,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddianı qəbul etmir və hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacına əməkdaşları tərəfindən 2018-ci ilin mart ayında baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın yivli birləşmələrinə vurulmuş plomb qırılıb. Bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək fotoşəkilləri çəkilmiş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Bunun nəticəsində birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 403,20 manat məbləğində qaz sərfi müəyyən edilmişdir. Daha sonra 30.8.2019-cu il tarixində əməkdaşları tərəfindən həmin ünvanda sayğaca müdaxilə faktı, yəni istehlakçı tərəfindən sayğaca kənar təsir nəticəsində istifadə olunan qaz sərfiyyatının qeydə alınmadığı aşkar olunmuşdur. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Bunun da nəticəsində birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 280,80 manat məbləğində qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac evdən kənarda yerləşir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştiraklarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın qayka birləşməsinə vurulan plomb yoxdur. Sayğaca texniki baxış keçirilsin və plomb vurulsun. - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, mənzilin qaz xəttinin üzərində quraşdırılmış 1002AQ**********9 zavod nömrəli qaz sayğacı (sayğacın elektron tablosu sönüb) dəyişdirilərək yeni Etron G4 markalı, **********5498 saylı qaz sayğacı ilə əvəzlənmişdir. - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğaca elementi bitib, müvəqqəti element quraşdırıldı. xx.xx.2019-cu il tarixə elektron göstərici, 5126 m3 olmuşdur. xx.xx.2019-cu il tarixdə alarm1 rejimi aşkar olundu (yaddaş arxivində son tarix xx.xx.2019-cu il olmuşdur). Dəymiş ziyan hesablansın. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə xx.xx.2011-ci il tarixində quraşdırılmış öncədən ödənişli G-4 markalı 1002AQ**********9 nömrəli sayğacın filəns birləşmələrinə vurulmuş plomb aşkar olunmadığı üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib olunaraq 403,20 AZN dəymiş ziyan hesablanmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, istifadəsində olmuş öncədən ödənişli G-4 markalı **********8 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixində sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Arıtiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz" İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının aktına əsasən, sayğacın klapanı işlək deyil, xx.xx.2019-cu il tarixə elektron göstəricisi 5126 m3 olmuşdur, həmin tarixə ALARM-1 rejimi aşkar olundu rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan"nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə məqsədilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2019-ci il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 2808 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixə hesabında 609,92 AZN borc mövcuddur və tərəfindən ödənilməlidir. - Cavabdeh MSK-29/1700-01687 saylı aktından görünür ki, qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2019-cu il tarixdə aparılmış yoxlama zamanı Nizami rayonunda yerləşən qaz sayğacında müəyyən edilmişdir: Sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı, xx.xx.2019-cu il tarixə elektron göstəricisi 5126 m3 olmuşdur, həmin tarixə ALARM-1 rejimi aşkar olundu rəyi verilmişdir. yaddaş arxivində son tarix xx.xx.2019-cu il olmuşdur. Sayğacda qaz itkisi vardır; - Abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında İddiaçı adlı abonentə xx.xx.2022-ci il tarixdə Zenner G4T Smart markalı, **********334 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00000-dir. Abonentə 07/2018 tarixdə 403,20 manat, 11/2020 tarixdə 280,80 manat borc hesablanmış, borc üzrə 74,1 manat tutulma olmuş, qalıq borc 609,92 manat borc mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mənzildə xx.xx.2011-ci il tarixində quraşdırılmış öncədən ödənişli G-4 markalı 1002AQ**********9 nömrəli sayğacın filəns birləşmələrinə vurulmuş plomb aşkar olunmadığı üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib olunaraq 403,20 AZN dəymiş ziyan hesablanmışdır. xx.xx.2019-cu il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən mənzilin qaz xəttinin üzərində quraşdırılmış 1002AQ**********9 zavod nömrəli qaz sayğacı (sayğacın elektron tablosu sönüb) dəyişdirilərək yeni Etron G4 markalı, **********5498 saylı qaz sayğacı ilə əvəzlənmişdir. Daha sonra iddiaçının istifadəsində olmuş öncədən ödənişli G-4 markalı **********8 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixində sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “Azəriqaz" İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının aktına əsasən, sayğacın klapanı işlək deyil, xx.xx.2019-cu il tarixə elektron göstəricisi 5126 m3 olmuşdur, həmin tarixə ALARM-1 rejimi aşkar olundu rəyi verilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2019-ci il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 2808 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixə hesabında 609,92 AZN borc mövcuddur. Hazırda iddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 403,20 manat borcun silinməsi və xx.xx.2019-cu il tarixli ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 280,80 manat borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.7-ci bəndinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır; 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının sayğacı evdən kənarda, küçədə quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən və zədələnmədən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktları tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinin 1-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh yaranmış borcun əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz qüsurlu qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və hesab edir ki, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli ******* nömrəli aktlar üzrə İddiaçı borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanı üzrə (Abonent kodu: **********00000) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli ******* nömrəli aktlar ləğv edilsin, həmin aktlar əsasında hesablanmış uyğun olaraq 403,20 manat və 280,80 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanı üzrə (Abonent kodu: **********00000) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli ******* nömrəli aktlar ləğv edilsin, həmin aktlar əsasında hesablanmış uyğun olaraq 403,20 manat və 280,80 manat borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2288/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2288/2023
23.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver