Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2289/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı əsl olmayan cavabdehin- X1 əsl cavabdehlə- Cavabdeh ələ əvəzlənməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 saylı evin, 78 saylı mənzili 07 may 2018-ci il tarixdən onun mülkiyyətindədir. Mənzil bahalı tikinti materialları ilə təmir olunub. Cavabdehin mənzilindən davamlı su axını nəticəsində mətbəxin tavan hissəsi, qonaq otağı (divar kağızı) və mətbəx mebeli yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq 84 saylı MİS-nə müraciət etmişlər, oradan məsul şəxslər gəlib baxış keçirmişlər və 29 mart 2021-ci il tarixdə akt tərtib olunmuşdur. Yararsız vəziyyətə düşən mətbəx mebeliniə 1800 manat, mətbəxin və otağın təmirinə isə 1000 manat məbləğində pul tələb olunur. Cavabdehin təqsiri ucbatından ona 2800 manat maddi ziyan dəyib. Mənəvi zərər isə heç bir meyyar ilə ölçülə bilməsə də, 1000 manat məbləğində qiymətləndir. Belə ki, cavabdeh tərəfindən hüquqlarım kobud surətdə pozulduğu üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarı gəlmişdir.Qeyd olunanlara əsasən vurulmuş maddi və mənəvi zrərə görə Cavabdeh onun xeyrinə 2800 manat maddi ziyanın,1000 manat mənəvi ziyanın tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh X4 iddanı qəbul etmədi və izahat verərək göstərdi ki, iddia tələbi tamamilə əsassızdır. Onun mənzilindən iddiaçının mənzilinə su axıdılmayıb. Ekspert onun mənzilinə baxış keçirmədən rəy yazıb ki, qarşı tərəfə ziyan vurulub. Onun mənzilinə baxılmadan bunu müəyyən etmək mümkünsüzdür. Buna görə də, xahiş edir ki, iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: RX seriyalı,1303949 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 saylı evin, 78 saylı mənzili 07 may 2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. 84 Saylı MİS-dən verilmiş 251 saylı,02.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 saylı evin, 80 saylı mənzilində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 saylı evin, 80 saylı mənzilindən həmin evin 78 saylı mənzilinə su axıdılmış,nəticədə mənzilin yaşayış otağı və mətbəx tikililərinə ziyan vurulmuşdur.Dəymiş ziyanın ardan qaldırılması üçün 1334.0 manat tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 saylı evin, 80 saylı mənzilindən həmin evin İddiaçı mülkiyyətində olan 78 saylı mənzilinə su axıdılmış, nəticədə mənzilin yaşayış otağı və mətbəx tikililərinə ziyan vurulmuşdur. Ekspert rəyi ilə müəyyən edilmişdir ki,dəymiş ziyanın ardan qaldırılması üçün 1334.0 manat tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1334.0 manat tutulmalıdır. Məhkəmə iddianın mənəvi zaiyanla bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbini əsaslandıran hansı bir sübut təqdim etməmişdir. Ona görə də mənəvi ziyanın tələb olunması hissəsində iddia təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddia qismən təmin edilsin. X3 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1334.0 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2289/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2289/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver