Məhkəmə qərarları › İş №2(007)-2291/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2291/2021

26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2291/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi X1 Qurbanovun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı su axıdılmasının qarşısı alınması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı su axıdılmasının qarşısı alınması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Q.Qarayev küçəsi,68 saylı evin 16-cı mənzili xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətimdə olmaqla həmin ünvanda yaşayır. Ona məxsus mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir.Həmin evin 2-ci mərtəbəsində olan 19 saylı mənzilin mülkiyyətçisi cavabdeh X2r,lakin mənzildə özü yaşamır.Xeyli müddətdir ki,mənzili kirəyə verib. Özü isə faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu,S.Cabbarov küçəsi,ev 2,mənzil 5-də yaşayır.Cavabdehin mülkiyyətində olan 19 saylı mənzildən xeyli müddətdir ki,onun yaşadığı mənzilə su və kanalizasiya artıqları axıdılaraq ona müxtəlif vaxtlarda ziyan dəyib. Dəfələrlə cavabdehə bu barədə məlumat versə də buna heç bir məhəl qoymayıb.Əksinə anası üstünə gələrək onunla köbud danışmış, hədə qorxu gəlmişdir.O,da söz-söhbətin davam etməsini istəmədiyi üçün məcbur olub bir neçə dəfə öz vəsaiti hesabına mənzilini təmir etdirmişdir. Cavabdeh isə bundan nəticə çıxarmaq əvəzinə eyni ilə ona zərər vurmaqda davam edir.Artıq onun yenidən mənzili təmir etmək imkanı yoxdur.Himayəsində yaşayan 93 yaşlı anası ilə öz mənzilində rahat, sakit yaşamaq hüquqları cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulub.Onun bu hərəkətləri barədə dəfələrlə Nizami RPİ-nin 25-ci PB-nə,120 saylı MKİS-nə və digər orqanlara müraciət etsə də cavabdehin qanuna zidd hərəkətlərinin qarşısı alınmayıb. Mənzilinə su və kanalizasiya artıqlarının mütəmadi olaraq axıdılması nəticəsində evində dözülməz vəziyyət yaranıb. Evdə zərərli iydən qoca anasının halı pisləşdiyi üçün onu məcbur olub başqa ünvanda yaşayan qardaşınım evinə qoymuşdur. 93 yaşlı anası məcbur olub həmişə yaşadığı və öz rahatlığını tapdığı mənzilində yaşamaqdan məhrum olub.Cavabdehin dəfələrlə ona vurduğu zərər nəticəsində mənzilində yaranan nəmişlik və pis qoxular yaşlı anasının və onun mənəvi psixioloji sarsıntılar keçirməilərinə səbəb olub. Demək olar ki əsəb xəstəsi olmuşlar.O,hər dəfə mənzilində yaranmış vəziyyətlə əlaqadar cavabdehi məlumatlandırsa da, o, heç nə olmayıb kimi məsələni həll etmir. Cavabdeh ona vurulan ziyanı aradan qaldırmasa vergi ödəmədən mənzildə qanunsuz kirayənişin saxlaması barədə vergiyə məlumat verəcəyini bildirdiyi üçün o,kirayənişinləri başa salb ki,kim soruşsa desinlər qohum evi kimi yaşayırlar. Guya kirayənişin deyillər.Ona görə də həmin məsələnin də araşdırılmasını istəyir. Cavabdehin qeyd edilən hərəkətinin qarşısının alınması üçün o, bir necə dəfə 120 saylı MKİS-nə də müraciət etmişəm.MKİS-nin əməkdaşları müraciətlərinə əsasən 19.03.2021-ci il tarixdə mənzilinə baxış keçirərək bu barədə cavabdehi məlumatlandırdılar. Yenə heç bir reaksiya verilmədi.MKİS-nin əməkdaşları tərəfindən baxış zamanı müəyyən edildi ki, həqiqətən Qara Qarayev prospekti ev 68,mənzil 19-dan mütəmadi olaraq onun yaşadığı 16-cı mənzilə su axıdılır və nəticədə mənzilinin giriş qapısının ətraf divarları, dəhlizin divarları,divar kağızları,hamam-tualetin tavan və divarları yararsız vəziyyətə düşüb. Cavabdehin mənzilindən onun mənzilimə mütəmadi olaraq su və kanalizasiya artqlarının axıdıİmasına qonşular da şahiddir və təsdiq edə bilərlər.Tərəfindən çəkilmiş mənzilin görüntüsünü əks etdirən foto şəkillərdən də görünür ki,qeyd edilən cəbəblərdən mənzili yararsız vəziyyətə düşüb. Cavabdeh qeyd edilən qanuna zidd hərəkətləri ilə onun və 93 yaşlı anasının Azərbaycan Respublikası Konstitutsiyası və qanunları ilə qorunan və müdafiə olaunan hüququnı pozub və pozmaqda davam edir. Cavabdehin qeyd edilən hərəkətlərinin qarşısının alınması və vurduğu zərərin ödənilməsinin təmin edilməsi üçün o,məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində mənzilinə vurduğu zərər 3000 manat,mənəvi zərər isə 2000 manat olmaqla cəmi 5000 manat təşkil edir. Hesab edirən ki,işin qeyd edilən halları məhkəmə tərəfindən tam obyektiv və hərtərəfli araşdırılaraq tələbi təmin edilməlidir.Qeyd olunlara əsasən Cavabdeh onun xeyrinə 3000 manat maddi zərərin,2000 manat mənəvi zərərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icasında İddiaçı iddianı müdafiə etdi,iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: ÖM seriyalı 247084 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri,Q.Qarayev küçəsi,68 saylı evin 16-cı mənzilə İddiaçı mülkiyyət hüququ 23.09.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri,Q.Qarayev küçəsi,68 saylı evin 16-cı mənzilinə həmin evin 19 saylı mənzilindən su sızma müəyyən olunmuşdur.Su sızma nəticəsində yaranməş qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 546 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Bakı şəhəri,Q.Qarayev küçəsi,68 saylı evin iddiaçıya məxsus olan 16-cı mənzilinə həmin evin 19 saylı mənzilindən su sızma müəyyən olunmuşdur.Su sızma nəticəsində yaranməş qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 546 manat təşkil edir. Qeyd olunanlara əsasən,eləcə də ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki,maddi ziyanın tələb olunması hissəsində iddia qismən,yəni, 546 manat hissədə təmin olunmalıdır. Mənəvi ziyanın tələb olunması hissəsində iddia təmin olunmamalıdır.Belə ki,iddiaçı ona mənəvi ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 546 manat tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertiza təhqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 546 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza təhqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar