Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2300/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti üzrə cavabdeh X6 ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1, ümumi sahəsi 83,15 kv.m olan 4 otaqlı mənzildə yaşayır. Əvvəlcə göstərilən mənzil dörd pay sahibinə məxsus olub: payın ¼ hissəsi xx.xx.2022-ci ildə vəfat etmiş həyat yoldaşı X8, payın ¼ hissəsi onun qardaşı X9, payın ¼ hissəsi onun qardaşı Cavabdeh Eyyub oğluna və payın ¼ hissəsi ərinin bacısı X4 məxsus olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 92/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə iddiaçı Cavabdehlər X11, X12 və X4 qarşı birgə paylı mülkiyyətdə olan Bakı şəhəri, M.X.Şərifli küçəsi, ev 84b, 41 saylı mənzildən payına düşən ¼ hissəsinin cavabdehlərdən alınaraq kompensasiya şəklində ona verilməsi haqqında haqqında təmin edilməsinə qərar verilmişdir. Məhkəmə qət etmişdir ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin ümumi mülkiyyətində ¼ pay müqabilində Cavabdeh 15000 manat pul kompensasiyası ödənilsin. İcra sənədinin icrası ilə əlaqədar X3 icra şöbəsinə gələrək bu məbləği könüllü şəkildə ödəməyə hazır olduğunu bildirmiş, Cavabdeh İcra şöbəsinə dəvət olunmuşdur. X3 icra sənədinə əsasən bu tədbir iştirakçılarının gözü qarşısında Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul kompensasiyası köçürmüşdür. Bu fakt məhkəmə icraçısı tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş aktla qeydə alınmışdır. Həmin fərdi mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli 1/3 hissədə qeydiyyata alınaraq müvafiq olaraq çıxarış verilmişdir. Mülkiyyətlərində olan, qeyd edilən ünvanda Cavabdeh adlı şəxs qeydiyyatdadır. Lakin həmin şəxs dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh könüllü olaraq mənzildən pasport qeydiyyatından çıxmaqdan boyun qaçırdığı üçün məhkəmə qaydasında istifadə höquqlarına xitam verilməklə mənzil qeydiyyatından çıxarılmalıdır. Onun xüsusi mülkinə aid olan daşınmaz əmlak üzərində əmlak hüququ olmayan şəxsinə əlavə yüklülüyündən iddiaçı olaraq tələbinin əsasında yüklülükdən qanunvericiliyin tələbinə uyğun olaraq azad edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, sözügedən mənzil paylı mülkiyyət olmuş, məhkəmə qərarı ilə mənzilin ümimi mülkiyyətdə ¼ pay müqabilində Cavabdeh Əyyuib oğluna 15000 manat pul kompensasiyası ödənilməsi qərar alınmışdır. Sonradan Cavabdeh Eyub oğlunun ünvan 2 ünvanında yerləşən 4 otaqlı mənzildə ¼ pay hüququna xitam verilməsi barədə qərar çıxarılmışdır. Bu qərarın icrasından sonra sözügüdən mənzil üzrə payın 1/3 hissəsi xx.xx.2022-ci ildə vəfat etmiş yoldaşı X8, payın 1/3 hissəsi ərinin qardaşı X9 və digər 1/3 hissəsi ərinin bacısı X4 məxsus olmuşdur. Tofiq o vaxtlar pulu almış, lakin indi mənzildn qeydiyyatdan çıxmır. O, həmçinin bildirdi ki, özünün xx.xx.2003-cü ildən sözügedən mənzildə yaşamasını, lakin orada qeydiyyatda olmamasını, Tofiq onun ora qeydiyyata düşməsinə imkan verməməsini, notarius qeydiyyatda Tofiqin qaldığı üçün ona vərəsəlik şəhadətnaməsi verməməsini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-92/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər X11, X12 və X4 qarşı ümumi paylı mülkiyyətdə olan payın əvəzinə kompensasiya verilməsi tələbi təmin edilmiş, ümumi paylı mülkiyyətdə olan ünvan 3-dən Cavabdeh ¼ payının əvəzinə, digər mülkiyyətçilər X11, X12 və X1 15000 manat kompensasiya müştərək qaydada alınaraq Cavabdeh verilməsi, Cavabdeh ünvan 3 ünvanında olan ¼ paylı mülkiyyət hüququna xitam verilməsi, kompensasiyanın ödənilməsi ilə Cavabdeh mübahisəli ünvanda olan ¼ ümumi paylı mülkiyyət hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixli akt ilə borclu X11 icra vərəqəsində göstərildiyi kimi 15000 manat kompensasiyanı akt iştirakçıları yanında Cavabdeh təhvil verildiyi müəyyən edilmişdir. Bu Cavabdeh ərizəsi ilə daha sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən həmin mənzilin 1/3 hissəsi X7 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış, X12 və X2 adına 1/3 hissədə isə açıq qalmışdır. X11 xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş koma səbəbindən vəfat etmişdir. X7 həyat yoldaşı Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli məktub ilə vəfat etmiş əri X5 miras qalmış əmlaklardan ona çatası miras payın qəbulu ilə bağlı müvafiq sənədləri əlavə etməklə notarial qaydada təsdiq olunmuş ərizə göndərməyi xahiş olunmuşdur. Məhkəmə hazırki mübahisə ilə bağlı ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. İddia ərizəsində İddiaçı iddia tələbini irəli sürərkən mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə X10 qarşı iddia qaldırmışdır. Lakin onun belə bir iddianı qaldırmasına əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddia ərizəsi ilə müraciət etmək hüququ hələ iddia etmək hüququna malik olmaq demək deyildir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh X6 ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırsa da, onun bu iddianı qaldırmaq hüququ yoxdur. Həmin mənzil ümumi paylı mülkiyyətdədir. X11, X12 və X2 həmin mənzildə 1/3 hissədə payı mövcud olmuş, iddiaçının həyat yoldaşı X11 adına xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra, mənzil onun adına mülkiyyət hüququ üzrə keçməmiş və ya X7 vərəsəsi olaraq onun adına vərəsəlik hüququ üzrə şəhadətnamə verilməmişdir. Göründüyü kimi, iddiaçı hazırda qeyd olunan mənzildə yaşasa da həmin ünvana onun hər hansı mülkiyyət hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində tam da sərbəst deyildirlər. Əgər iddiaçının iddia tələbini qaldırmaq üçün subyektiv hüququnun olması qəbuledilən olsa idi belə, ünvan 1 ünvanı ümumi paylı mülkiyyətdə olduğu üçün cavabdehin həmin ünvandan istifadə hüququna xitam verilməsi üçün digər paylı mülkiyyətçilərin razılığı tələb olunmalı idi. Hazırki halda isə iddiaçı məhkəməyə müraciət edərkən, onların razılığını almamış, həmin şəxslər tərəfindən də məhkəməyə cavabdehin istifadə hüququna xitam verilməsi və ya qeydiyyatdan çıxarılması barəddə iddia tələbi ilə müraciət edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mübahisə predmeti üzrə cavabdeh X6 ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mübahisə predmeti üzrə cavabdeh X6 ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2300/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2300/2022
22.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver