Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2309/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1,Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin, 61 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilli o, 20 sentyabr 2011-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasında X3 almışdır. Sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 noyabr 2011-ci il tarixli, ******* nömrəli çıxarış almışdır. X5 mənzili satandan sonra öhdəsinə götürüb ki, 2 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. Bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin “Asan” 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, cavabdehlər və yetkinlik yaşına çatmayan uşaq qeydiyyatda qalıblar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.Qeyd edilənlərə əsasən Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin, 61 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qnunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Alqı-satqı müqaviləsindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin, 61 saylı mənzili 40000 manata X1. ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin, 61 saylı mənzilinə İddiaçı mülkiyyət hüququ xx.xx.2011-ci il tarixində qeydiyyardan keçmişdir. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 53200004 saylı arayışdan görünür ki,cavabdehlər Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin, 61 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin, 61 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına xx.xx.2011-ci il tarixdə tam pay haqqı ilə qeydiyyata alınmışdır.Cavabdehlər həmin mənzildə qeydiyyatda olsalar da orada yaşamırlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin, 61 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə `Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin, 61 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2309/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2309/2022
29.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver