Məhkəmə qərarları › İş №2(007)-231/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-231/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-231/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququn itirilmiş hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququn itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 13 saylı evin, 5 B saylı mənzili onun xüsusi mülkiyyətindədir. O, həmin mənzilli 09 iyun 2015-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasında Cavabdeh1 almışdır. Sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Cavabdeh1 mənzili satandan sonra öhdəsinə götürmüşdür ki, 6 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 4 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, cavabdehlər və yetkinlik yaşına çatmayan uşağı qeydiyyatda qalıblar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Qeyd edilənlərə əsasən iddianı təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çalmayan uşaqları X16, X4, X5, X6, X12, X7, X8 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 13 saylı evin, 5B saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 ilə İddiaçı arasında 09 iyun 2015-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanaraq reyestrdə 4Ə-273 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 29000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2015-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2015-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçının adına qeydiyyata alınmışdır; - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, X9, xx.xx.2012-cü il təvəllüdlü X27, xx.xx.2008-ci il təvəllüdlü X17, Cavabdeh1, xx.xx.2014-cü il təvəllüdlü X13, Cavabdeh6, xx.xx.2012-ci il təvəllüdlü X18, xx.xx.2016-cı il təvəllüdlü X19, Cavabdeh4, X1, Cavabdeh5, xx.xx.2008-ci il təvəllüdlü X25, xx.xx.2009-cu il təvəllüdlü X20, xx.xx.2005-ci il təvəllüdlü X21, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyatdadırlar; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh6 xx.xx.2005-ci il tarixdən ünvan 3 ünvanında, xx.xx.2009-cu il tarixdən ünvan 4eydiyyatdadır; - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və bağışlanmasına etiraz etmir. Əmlak və digər iddia tələbi yoxdur. Alğı-satqı müqaviləsində göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh3 Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və bağışlanmasına etiraz etmir. Əmlak və digər iddia tələbi yoxdur. Alğı-satqı müqaviləsində göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh5 Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və bağışlanmasına etiraz etmir. Əmlak və digər iddia tələbi yoxdur. Alğı-satqı müqaviləsində göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh4 Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və bağışlanmasına etiraz etmir. Əmlak və digər iddia tələbi yoxdur. Alğı-satqı müqaviləsində göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh1 09 iyun 2015-ci il tarixdə İddiaçı ilə daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alğı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçının mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 28 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakini olan cavabdehlər Cavabdeh1 və X10 mənzildən köçsələr də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 09 iyun 2015-ci il tarixdə bağladığı daşınmaz əmlakın alğı-satqısına dair müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Hazırda mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, keçmiş mülkiyyətçinin ailə üzvləri alğı-satqı müqaviləsi əsasında öhdəlik götürmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Bununla yanaşı, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 mənzilin satılmasına etiraz etməmələri barədə notarial qaydada ərizə vermişlər. Hansı ki, alğı-satqı müqaviləsinin bağlanmasından dərhal sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdehlər həmin vaxtdan mənzildə yaşamamışlar. Cavabdehlərin hal-hazıradək mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə iddiaçı tələbinin Cavabdeh6 ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh xx.xx.2009-cu il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır və iddiaçı mənzili alarkən cavabdeh həmin ünvanda qeydiyyatda olmuşdur. Bu səbəbdən də, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqularını məhdulaşdırır. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. MM-in: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 yetkinlik yaşına çatmamış övladları olan xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016cı il təvəllüdlü X6, Cavabdeh2 yetkinlik yaşına çatmamış övladları olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X16, Cavabdeh3 yetkinlik yaşına çatmamış övladları olan xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X12 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və onların yetkinlik yaşına çalmayan ailə üzvləri xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X12. xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və onların yetkinlik yaşına çalmayan ailə üzvləri xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X12 xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar