Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2335/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh ondan 3000 manat pul alaraq oğlunu metropolitendə maşinist vəzifəsinə işə düzəltməyi öz öhdəsini götürmüşdür. Həmin pulu Xətai rayon ərazisində yerləşən “Kapital Bank” filialından götürərək elə bankın qarşısında cavabdehə vermişdir. Lakin cavabdeh onu aldatmış, nə oğlunu işə düzəltmiş, nə də ki, ona verdiyi pulu geri qaytarmamışdır. Bununla bağlı şikayət ərizəsi ilə polisə müraciət etmişdir.Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcud olsa da polis orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 oktyabr 2017-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda cavabdehin ondan 3000 manat pulu alması faktı barədə etirafı mövcuddur. Lakin bu vaxta qədər dəfələrlə məhkəməyə müraciət etməsinə baxmayaraq hələ də cavabdehdən 3000 manat məbləğində pulu ala bilmir. Hal-hazırda həmin pulun cavabdehdən alınıb ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara Cavabdeh 3000 manat pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izhatında bildirdi ki, iddiaçı ona 2940 manat pul verib, həmin pulu da, o qaytarmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin müstəntiqi polis mayoru Elnur Əsədovun 19 oktyabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı Cavabdeh Şrəli oğlu verdiyi izahatında bildirmişdir ki, 2015- ci ilin iyun ayında Bakı-Xarkov qatarında bələdçi işləyən İddiaçı ilə tanış olmuş, tanışlıqdan sonra münasibətləri yaxın olmuş, mütəmadi olaraq görüşmüşlər.2015 ci ilin sentyabr ayında dostu Nicata məxsus «Toyota-Prado» markalı avtomobili idarə edərkən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş,avtomobili təmir etdirmək üçün imkanı olmadığından maddi sıxıntılar keçirməyə başlamış, bu zaman Şeydaya hadisə barədə danışmış və bankdan kredit götürmək istədiyini bildirmişdir. Şeyda öz adına kredit götürə biləcəyini söyləmiş, bu məqsədlə 2015-ci ilin sentyabr ayının sonlarında Şeyda öz adına bankdan 3 il müddətinə ayda 120 manat ödəniş etməklə 3000 manat kredit götürmüş və komisyon xərcləri çıxıldıqdan sonra 2940 manat pulu şəxsən ona vermişdir.Bundan sonra o mütəmadi olaraq hər ay krediti ödəməyə başlamış, təxminən 5-6 ay normal ödənişlər etdikdən sonra maddi sıxıntıları olduğundan kredit ödənişlərində müddət pozuntuları yaranmış, lakin 5-10 gün gecikmə olsa da sonradan tərəfindən kredit ödənilmişdir.Bu günədək kredit tərəfindən ödənilmiş, banka 1000 manat civarında boc qalmışdır.Təxminən bir il əvvəl Şeyda iiə aralarında olan yaxın münasibətlərə son qoymaq qərarına gəlmiş və artıq Şeyda ilə görüşlərdən yayınmağa başlamışdır.Bu zəmində aralarında narazılıq yaranmış, Şeyda polis orqanına şikayət edərək ondan guya 3000 manat puliu oğlunu işə düzətmək məqsədilə alması barədə yalan məlumat vermişdir.O,həqiqətən Şeydadan 2940 manat pulu almışdır.Lakin qeyd etdiyi kimi Şeydanın oğlunu işə düzəltmək barədə danışıq olmamışdır.Bir də ki, o pulu götürən ərəfədə Şeydanın oğlu əsgəri xidmətə çağırılmışdı, o yalnız bu ilin aprel ayında əsgərlikdən qayıtmışdır, ona görə də o Şeydanın oğlunu heç cür işə düzəldə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. İddiaçı şifahi borc müqaviləsinin şərtlərinə əsasən razılaşdırılmış məbləğdə pulu, yəni 2940 manatı Cavabdeh vermişdir. Cavabdeh İddiaçı 2940 manat pul alması onun təhqiqat zamanı verdiyi izahatla sübuta yetirilir. Cavabdeh təhqiqat zamanı verdiyi izahatında iddiaçı tərəfindən götürülmüş krediti aylıq ödənişlərlə onun tərəfindən ödənildiyini,ödənilməmiş cəmi 1000 manat kredit borcunun qaldığını bildirsə də bu xüsusiyətlər işin faktiki halları ilə öz təsdiqini tapmır. Beləliklə, Cavabdeh iddiaçıdan 2940 manat pul aldığını etiraf etdiyindən pulun qaytarılmasını sübutetmə yükü onun üzərinə düşür. Lakin cavabdeh məhkəməyə gəlməmiş və öz sübutlarını təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, 2940 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2940 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2940 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2335/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2335/2021
14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver