Məhkəmə qərarları › İş №2(007)-2345/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2345/2022

13.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2345/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı X1 cavabdeh Nizami rayon İcra Şöbəsinə qarşı “icranın dayandırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X2 cavabdeh Nizami rayon İcra Şöbəsinə qarşı “icranın dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci il tarixində "xxxx" ASCdən götürdüyü 21.000 dollar məbləğində krediti tam ödəməyini nəzərə alaraq, Nizami rayon İcra Şöbəsi tərəfindən yaşadığı Bakı şəhəri, nizami rayonu, C.Naxçıvanski küçəsi, 55,6 saylı mənzildən çıxarılmağı barədə qərarın icrasının dayandırılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 17.1.4-cü madəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Yuxarıda qeyd edilən qanunvericilik müddəlarını əsas götürürərək, məhkəmə qeyd edir ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda iş üzrə icra sənədinin icraatının dayandırılması icra məmurunun səlahiyyətinə aiddir və məhkəmə tərəfindən tənzimlənmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində əks olunan hallar üzrə icraatın dayandırılması icra məmurunun səlahiyyətlərinə aid olduğundan ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin bildirirəm ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-191/2022 saylı qərardadı ilə ərizəçi X1 “icra tədbirlərinin dayandırılması” barədə ərizəsi icraatın dayandırılması icra məmurunun səlahiyyətlərinə aid olduğundan və iş üzrə əhəmiyyət kəsb edən və sübutedici sənəd və məlumatlar işə əlavə edilmədiyindən geri qaytarılmış, ərizədə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, “icra sənədinin icraatının dayandırılması” barədə ərizə ilə Cavabdehnə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməsi qərara alınmışdır. Belə olan halda, hesab edirəm ki, qeyd olunan məsələ məhkəmənin səalhiyyətinə aid olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdeh Nizami rayon İcra Şöbəsinə qarşı “icranın dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar