Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2350/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair Açar sözlər: (borc, pul tələbi və s.) X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan onu aldadaraq aldığı 4000 ( dörd min ) manat, polisdə saxlanılmaması üçün ödədiyi 300 (üç yüz) manat, cavabdeh onun pul vəsaitindən istifadə etdiyi üçün Bank Uçot dərəcəsinə uyğun olaraq 500 manat, vəkilə ödədiyi 300 (üç yüz) manat və dövlət rüsumu kimi ödədiyi 65 manat pulunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdehdən 2000 manat borcun, polisdə saxlanılmaması üçün onun adından ödədiyi 300 manat borcun, cavabdeh onun pul vəsaitindən istifadə etdiyi üçün bank uçot dərəcəsinə uyğun olaraq 500 manat, vəkilə ödədiyi 300 (üç yüz) manat pulun və dövlət rüsumunun əvəzi qismində 65 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onu cavabdeh X1 ilə ümumi tanışları Abbasov Ataş tanış etmişdir və bildirmişdir ki, o, Dövlət Sosial Müdafiə Fondunda işləyir və bəzi məsələlərin həllində insanlara kömək edə bilir. O zaman onun xəstəliyi ilə əlaqədar ona təyin edilmiş əlilliyinin bərpa edilməsi üçün cavabdehə müraciət edərək əlilliyinin bərpa edilməsinə kömək etməsini xahş etmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, işlədiyi qurumda yüksək vəzifəli şəxslərlə, o cümlədən Azərbaycan Rcspublikasnın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyi ilə ünsiyyətdə olduğunu bildirmişdir. Ona görə də o, xəstəliyi ilə əlaqədar bəzi sənədləri cavabdehə təqdim etmişdir. Bir müddət sonra cavabdeh Sədaqət ona bildirmişdir ki, onun xəstəliyinin bərpa edilməsi üçün ona 6000 (altı min) manat manat pul verməlidir. Ona görə o, 1-2 ay müddətində qohumlardan topladığı 4000 manat pulu toplayaraq 2022-ci ili may ayının sonu və iyun ayında iki dəfəyə ona vermişdir və 2000 manat pulu isə onun əlilliyim bərpa ediləndən sonra veriləcəyini bildirmişdir. Lakin iki il müddətində cavabdeh nə onun əlilliyini bərpa etdirməmiş, nə də ondan aldığı pulu qaytaramamışdır. O, dəfələrlə cavabdehlə üzbə-üz görüşərək pulunu qaytarılmasını tələb etməyinə baxmayaraq, lakin cavabdeh onu aldadaraq pulunu qaytaramamışdır. Eyni zamanda o, Cavabdeh çox saylı telefon zəngləri ilə pulunun qaytarılmasını tələb etməyinə baxmayaraq, nəticəsi olmamışdır. Sonuncu dəfə zəngində isə cavabdehin oğlu onu pis söyüşlərlə söyərək təhqir etmişdir. Ona görə o, bir daha Cavabdeh zəng etməkdən çəkinir. Qeyd edir ki, bir müddət əvvəl ona məlum olmuşdur ki, Mətanət ondan başqa digər şəxslərdən hansısa məqsədlə pul alıb qaytaramadığı üçün, onu Yasamal rayon Polis İdarəsində saxlamışlar. Həmin vaxtı Mətanətin polis idarəsindən saxlanılmaması üçün, o, Mətanətin razılığı ilə borclu olduğu şəxsə 300 (üç yüz) manat pul ödəyərək Mətanəti Polis İdarəsindən buraxdırmışdır və o zaman Mətanət ona bildirmişdir ki, tezliklə ona olan bütün borclarını qaytaracaqdır. Lakin sonradan Cavabdeh pulunu tələb etdikdə cavabdeh bugünsabaha salaraq uzatmış və pulunu qaytaramamışdır. Qeyd edir ki, onun telefonunda bütün danışıq zəngləri yazılır. O bu barədə cavabdehə bildirmişdir ki, cavabdehin ona olan borcunu qaytarılması üçün onların arasında olan bütün danışıqların səs yazıları yazılır. Cavabdeh ona yenə bildirmişdir ki, ona olan borcunu qısa müddətdə ödəyəcəkdir. Cavabdeh artıq iki ildir ki, onu aldadır, pulunu qaytaramır. Qohumlardan aldığı pulu bu vaxta kimi qaytara bilmir. Cavabdeh onun pensiyasının bərpa edilməsi üçün onun aldadıb pulunu almışdır. Ona görə hesab edir ki, Cavabdeh məhkəmə vasitəsi ilə ona olan 4300 manat pul alınıb qaytarılmalıdır. Cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində o, həm maddi, həm də mənəvi zərər çəkmişdir. Cavabdeh ona vurmuş olduğu maddi və mənəvi zərəri ödəməlidir. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 65 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskin içində, Cavabdeh ilə İddiaçı dialoqunu əks etdirən 03 ədəd səs yazısı vardır. xx.xx.2025-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh 4000 manat borcun 2000 manatını İddiaçı ödəmişdir və hər iki tərəf bunu imzaları ilə təsdiq etmişlər. Həmçinin cavabdeh yerdə qalan 2000 manat borcunu 1 il ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüş, iddiaçı isə buna etiraz etmədiyini bildirmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən 2000 manat ödəniş edilmişdir. O, pensiya düzəltmək üçün cavabdehlə danışmışdır. 6000 manata razılaşmışlar. İlkin 4000 manat verilmişdir, qalan 2000 manatı isə pensiya düzələndən sonra hissə-hissə pensiyadan ödəyəcəkdi. Sonradan elə olmuşdur ki, Mətanətin polisdə işi olmuşdur, gedib 300 manat verərək onu polisdən çıxarmışdır. Hər dəfə qaytaracağını demişdir. Lakin nə pensiya düzədilmişdir, nə də pul geri qaytarılmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tələbini qismən qəbul edib bildirdi ki, o, iddiaçını 2021-ci ilin oktyabr ayından tanımışdır. Pulu ona noyabr və dekabr aylarında vermişdir. Aralarında iş söhbəti olmamışdır. Pis vəziyyətdə olduğuna görə borc almışdır. O, də ona kömək edəcəyini demişdir. Lakin borcunu qaytara bilməmişdir. İki oğlu hərbi xidmətə getmişdir, maddi imkanı olmamışdır. Dializ xəstəsi anası olmuşdur. 4000 manat borc almışdır, 600 manat pulu geri qaytarmışdır. Yasamal polisdə onu saxlayan olmamışdır, o, orada olmamışdır. 2021-ci il sentyabr ayında tanış olmuşlar, noyabr ayında bir qismin, dekabr ayında da bir qismini vermişdir. Onun 2016-cı ildən 2021-ci ilə qədər onsuz pensiyası olmuşdur. Pulu ona borc kimi vermişdir, amma o, onun müqabilində kömək edə biləcəyini demişdir. 5 iyun tarixində o, Azada zəng edib, görüşərək, məhkəməyə qədər barışıq etmələrini demişdir. Bir qismini indi ödəməyə hazırdır.Tərəfindən 2000 manat ödəniş edildiyi üçün, iddiaçı da 300 manatı güzəştə getdiyini bildirmişdir. Qalan 2000 manat borcu hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh 4000 manat pul borc qismində verilmişdir. Məhkəmə prosesinin gedişi zamanı cavabdeh tərəfindən həmin borcun 2000 manat hissəsi iddiaçıya ödənilmiş və bu tərəflərin imzası ilə təsdiq edilməklə yazılı qəbz formasında məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 2000 manat borcun cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdehin başqa şəxsə borcu olduğundan onu polis bölməsinə dəvət etmişlər və həmin şəxsə 300 manat borcu iddiaçı cavabdehin əvəzinə ödəmişdir. Məkhəmə iclası zamanı verdiyi izahatında cavabdeh göstərmişdir ki, “300 manat borcu iddiaçı ona güzəşt edir”. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 300 manat pulun da cavabdehdən tutulması hissəsində əsaslıdır. Məhkəmə iddia tələbinin borcun ödənilmədiyi vaxt üçün bank uçot dərəcəsinə uyğun olaraq 500 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cü maddəsinin tələblərinə əsasən, tələb edilən məbləğ ağlabatan olduğundan cavabdehdən tutulmalıdır. Mülki qanunvericiliyə görə, borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı idda ərizəsinin verilməsi üçün məhkəməyə müraciət edərkən 65 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə hüquqi xidmət göstərilməsi üçün ödənilmiş pulun cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı hüquqi xidmət göstərilməsi üçün etdiyi ödənişi təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2300 (iki min üç yüz) manat məbləğində borc pul, bank uçot dərəcəsinə uyğun olaraq 500 manat pul və 65 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2300 (iki min üç yüz) manat borc pul, bank uçot dərəcəsinə uyğun olaraq 500 manat vəsait və 65 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2350/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2350/2025
18.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver