Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2370/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Yusifova Ülkər Bayram qzının sədrliyi, Məhkəmə iclas katibi X1 kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh və 108 nömrəli orta məktəbə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu 108 nömrəli məktəbdə 2021-2022-ci tədris ilində öhdəsində ixtisası üzrə 10 saat dərs yükü olduğu və həmin dərsləri tədris etdiyi halda onunla əmək müqaviləsi bağlamayan və bir tədris ili onu əmək müqaviləsiz işlədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018 ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş mövcud Qaydaların 4.8 bəndinə zidd olaraq BŞTİ-i tərəfindən direktor müavini kimi müddətli əmək müqaviləsinə xitam veriləndən sonra onu məktəbdə ixtisası üzrə müəllim vəzifəsində saxlamayan, bununla bağlı 19 iyun 2022-ci il tarixli müraciətinə “Vətəndaş müraciətləri haqqında qanuna” zidd olaraq cavab verməyən və müəllim vəzifəsində saxlanılmadığı ilə bağlı mövcüd təlimatın 4.8 bəndinə əsasən heç bir qanunamüvafiq tədbir görməyən, ona maddi və mənəvi ziyan vuran, onun və ailə üzvlərinin sarsıntı keçirməsinə, etdiyi ədalətsizliklərə və qanunsuzluqlara görə səhhətindəki problemlərin yaranmasına və uzun müddət müalicə almağına səbəb olan, onu 3 ay işsiz saxlayan və buna görə də bir tədris ili minimum dərs saatıyla işləməyinə səbəb olan Cavabdeh ona maddi ziyana görə 20000 (iyirmi min) manat, mənəvi ziyana görə 30000 (otuz min) manat məbləğində təzminat (kompensasiya) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu rayonu 108 nömrəli məktəbi cavabdeh, Bakı Şəhəri üzrə Təhsil İdarəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.
İşdə iştirak edən şəxslər:
3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarına gəlməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir.
5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.
8. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı:
“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin hazırlıq iclasına gəlmədiyindən və Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, proses isə çəkişmə prinsipinin təmin edilməsi yolu ilə həyata keçirilməli olduğundan, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh və 108 nömrəli orta məktəbə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, onun məhkəmə iclasında iştirak etməməsinin və bu barədə məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv oluna bilməsi izah edilməlidir.
Nəticə:
10. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh və 108 saylı orta məktəbə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh və 108 nömrəli orta məktəbə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə qərardadın ləğvi barədə vəsatət vermək hüququnun olması izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər
Sədrlik edən: Ülkər Yusifova