Məhkəmə qərarları › İş №2(007)-2378/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2378/2021

06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2378/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdeh «Eltravel» Aviabiletlərin Satışı üzrə Səyahət Agentliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh «Eltravel» Aviabiletlərin Satışı üzrə Səyahət Agentliyinə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı dövlət rüsumunun ödənilməsinə dair qəbzi iddia ərizəsinə əlavə etmədən məhkəməyə müraciət etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, cavabdeh «Eltravel» Aviabiletlərin Satışı üzrə Səyahət Agentliyinin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonudur. Göründüyü kimi cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Nərimanov rayonu olduğu halda iddia Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilmişdir. Belə olan halda həmin iddia ərizəsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakim işi icraata qəbul edərkən aidiyyət qaydalarına iddiaçı tərəfindən riayət olunmasını yoxlamalı, aidiyyət qaydalarına riayət edilmədiyini müəyyən etdiyi halda iddia ərizəsini geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilmədiyindən və dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilmədiyindən hazırkı ərizənin icraata qəbul edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh «Eltravel» Aviabiletlərin Satışı üzrə Səyahət Agentliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar