Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2407/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı olan “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 9/10 saylı evin, 6 saylı mənzilindən, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, giriş 32, M1 və M2 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 9/10 saylı evin, 6 saylı mənzili, yeni yadalarla: ünvan 1 onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o, Bakı şəhəri 50 saylı notariat ofisinin 24 aprel 2024-cü il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 30 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən X6 öhdəsinə götürmüşdür ki, 3 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqdır. O, bu günə kimi onların qeydiyyatdan çıxdıqlarını düşünsə də, lakin Asan 4 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, cavabdehlər qeydiyyatda qalıblar. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları onun yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırır.
İş materialları :
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 9/10, 6 nömrəli mənzil, yeni qaydalarla: AZ1060, ünvan 1 İddiaçı mülkiyyətindədir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1951ci il təvəllüdlü Cavabdeh3 və Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 9/10, 6 nömrəli mənzil, yeni qaydalarla: AZ1060, ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyatdadırlar.
5. ünvan 2 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, ünvan 3-da qeydiyyatda olan X6 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 40/2, mənzil 1də qeydiyyatda olan İddiaçı ünvan 3-da yerləşən mənzili satmışdır. Həmin müqavilənin 13cü bəndinə əsasən satıcı X6 xx.xx.2024-cü il tarixənədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
6. Bakı şəhəri 50 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmiş 4Ə-666 reyestr nömrəli “alqı-satqı müqaviləsi”nə dair notariat işində saxlanılan sənədlərin təsdiq olunmuş surətləri iş materiallarına əlavə edilmişdir.
7. “Elektron Notariat “ X1 çıxarışdan görünür ki, Cavabdeh2 Gerogiyevna qeydiyyatda olduğu X5 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdısinə götürmüşdür.
7. Cavabdeh3 tərəfindən notariat 50 saylı notariat ofisinə verilmiş xx.xx.2022-ci il tarixli, **********802 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsindən yerləşən 9/10 saylı evin 6 nömrəli mənzilinın özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə və ipotekaya qoyulmasına etiraz etməmiş, razı olduğunu bildirmişdir.
8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
9. İş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, xx.xx.1979-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2013-cü il tarixdən Krasnodar vilayətində qeydiyyatdadır.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
12. İddiaçı ilə X6 arasında xx.xx.2024-cu il tarixində daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanılmış və həmin alqı-satqı müqaviləsi əsasında iddiaçı Bakı şəhəri, Məhsəti küçəsi, ev 9/10, mənzil 6-da yerləşən mənzilə mülkiyyət hüququ əldə etmişdir.
13. Mənzil satıldığı zaman cavabdehlər mənzilin satılmasına etiraz etməmiş və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
14. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən qeydiyyatdan çıxmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
16. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun :
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu :
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Məhkəmənin mövqeyi :
21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
22. Hazırda İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbini X6 ilə bağlanmış 24 aprel 2024-cü il tarixli AN- İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin mənzildən qeydiyyatdan çıxmamaları ilə əsaslandırmışdır.
23. Məhkəmə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququnun itirilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilməsindən söhbət gedə bilməz.
24. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, 9/10 saylı evin 6 saylı mənzili 24 aprel 2024-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X6 tərəfindən İddiaçı satılmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanan zaman həmin mənzildə qeydiyyatda olan mülkiyyətçinin ailə üzvləri olan-qızı Cavabdeh2 və dayısı Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsindən yerləşən 9/10 saylı mənzilin satılmasına etirazı olmadığını bildirərək alqı-satqı müqaviləsində göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
25. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, 24 aprel 2024-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi üzrə satıcı X2rdaşı olan digər Cavabdeh1 isə Rusiya Federasiyasının vətəndaşlığını alaraq uzun müddətdir ki orada yaşayır.
26. Belə ki, qeyd edilən hallar həm məhkəmə iclasında tədqiq edilmiş sənəd, həmçinin X4 məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir.
27. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətçi X4 ailə üzvləri kimi mübahisəli mənzilə istifadə hüququ mövcud olmuşdur.
28. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
29. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsi çıxış edir.
30. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
31. Maddənin məzmunu ona əsas verir ki, mənzil ilə bağlı istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina edərək mülkiyyət hüquqularını digər şəxsə keçməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədən irəli gələn öhdəliyi olduğu halda həmin yaşayış yerinə istifadə hüququda itirilmiş sayılır.
32. İşin faktiki hallarından görünür ki, cavabdehlərin qeydiyyatda olduğu mübahisəli mənzil iddiaçıya satılmış və cavabdehlər öz üzərinə həmin mənzildən qeydiyyatdan çıxacağına dair öhdəlik götürmüşdür.
33. Həmçinin Cavabdeh1 isə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək uzun müddətdir ki, orada yaşayır. Bu isə onu deməyə əsasən verir ki, Cavabdeh1 yaşayış sahəsinə olan ehtiyacı təmin edilmişdir və yaşayış sahəsinə olan ehtiyacını təmin etmək üçün hazırki mübahisə predmeti olan mənzilə ehtiyacı yoxdur.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
35. Bu mənada vurğulamaq lazımdır ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 9/10, 6 saylı mənzildə, yeni qaydalarla ünvan 1 saylı mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam və istifadə hüququnu məhdudlaşdırır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir.
36. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququna xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır.
37. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən, cavabdehlərin də alqı-satqı müqaviləsi üzrə həmin mənzilə ilə bağlı qeydiyyatdan çıxacağına dair müqavilə öhdəliyi götürdüyündən, həmçinin cavabdehlərin ölkə xaricində olması, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehlərin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.
38. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
Nəticə :
39. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 9/10, 6 saylı mənzildən, yeni qaydalarla ünvan 1 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 9/10, 6 saylı mənzildən, yeni qaydalarla ünvan 1 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3, yeni qaydalarla ünvan 1 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva