Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2417/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılması və borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi poçt vasitəsilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi verilərkən qanunvericiliyin müvafiq tələblərinə riayət edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 27 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı qeyd olunan tarixdə ərizə ilə “xxxx” ASC-nə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 5 saylı evin 52 saylı mənzilinə dair onunla elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılmasını və 2008-ci ilin iyun ayından qalmış 936,62 manat borcun silinməsi barədə aidiyyəti struktura göstəriş verilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş “xxxx” ASC-nin İddiaçı ünvanladığı 04 fevral 2021-ci il tarixli, 0199/Ə-130/952 saylı məktubdan görünür ki, İddiaçı “xxxx” ASC-yə ünvanladığı müraciətə baxılaraq, **********50052 saylı abunə kodu üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqinin təhlil olunduğu, 04.11.2016-cı il tarixə sərf olunan elektrik enerjisinə görə yaranmış 938,62 manat debitor borcunun “xxxx” MMC dövrü ərzində sayğacla istifadə edildiyi, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyərinin olmasının müəyyənləşdirildiyi, qeyd olunan ünvanda 2009-cu ilə qədər elektrik enerjisinə ödənişin aparılmaması bildirilmişdir. Eyni zamanda, “xxxx” ASC tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş və enerji təchizatı müəəsisəsi ilə elektrik enerji istehlakçıları arasında hüquqi münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun sözügedən mənzilin alqı-satqısının həyata keçirilsə də, həmin Qaydaların 8.22-ci bəndinə görə arayış tələb edilməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Göründüyü kimi, İddiaçı “elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılması və borcun silinməsi” ilə bağlı “xxxx” ASC-nə müraciət etməli, daha sonra “xxxx” ASC-dən imtina məktubu aldığı halda onu inzibati qaydada mübahisələndirməli olduğu halda, bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır; 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.3-cü maddələrinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı qızının cavabdeh “xxxx” ASC-nə qarşı “elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2417/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2417/2021
08.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver