Məhkəmə qərarları › İş №2(007)-2430/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2430/2021

16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2430/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh X9 vəkili və nümayəndəsi Vəkil, İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh X10 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X10 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış sahəsinin təqdim edilməsinə görə cavabdehin ondan səhvən aldığı 6563,70 (altı min beş yüz altmış üç manat yetmiş qəpik) manat məbləğində tutulmuş sadələşdirilmiş verginin ünvan 2riat kontorunun notariusu X7 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 may 2016-cı il tarixdə mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanda yerləşən 5 otaqlı fərdi yaşayış evinin və 0,5894 ha torpaq sahəsinin X1 barədə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı həmin ünvanda 5 ildən artıq qeydiyyatda olmasına baxmayaraq cavabdeh ünvan 2riat kontorunun notariusu X13 yaşayış sahəsinin təqdim edilməsinə görə ondan səhvən 6563,70 (altı min beş yüz altmış üç manat yetmiş qəpik) manat məbləğində sadələşdirilmiş vergi tutmuşdur. Həmin məbləğin ona qaytarılmasını və tərəfindən əldə olunması üçün dəfələrlə cavabdeh xüsusi notarius X10 müraciətlər etsə də, o, müxtəlif bahənələrlə ondan artıq aldığı 6563,70 manatı geri qaytarmır. Məhkəməyə müraciət etməyini tövsiyyə edir. Dəfələrlə aidiyyəti qurumlara yazılı müraciətlər etmiş, lakin müraciətləri müsbət həllini tapmamışdır. Həmin ünvanda 5 ildən artıq qeydiyyatda olmağına baxmayaraq yaşayış evinin satışına görə ondan sadələşdirilmiş vergi tutulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məkəmə iclasında cavabdeh X9 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etirazını bildirdi və qeyd etdi ki, təmsil etdiyi şəxs əməliyyatların aparıldığı zaman Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına riayət etmiş, alınan dövlət rüsumu isə dövlət büdcəsinə ödənilmişdir. Həmin vəsait onun depozit hesabına vergi orqanı tərəfindən qaytarılmadığı üçün onun qaytarılması mümkün olmamışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən 3cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti yazılı vəsatət verərək iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunan idda ərizəsinə əsasən, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, ev 10 ünvanında yerləşən 5 otaqlı fərdi yaşayış evini və 0,5894 ha torpaq sahəsini X3 təqdim etməsi barədə alqı-satqı müqaviləsi 30 saylı notariat ofisininin xüsusi notariusu X13 (VÖEN **********) tərəfindən təsdiq edilmişdir. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir. Qanunvericiliyin qeyd olunan normasına əsasən, iddia ərizəsində qeyd olunan əməliyyat üzrə notarius tərəfindən tutulmuş və dövlət büdcəsinə ödənilmiş sadələşdirilmiş vergi məbləğinin geri qaytarılması tələbi üzrə İddiaçı 30 saylı notariat ofisinə qarşı iddia verməsi düzgün deyil. Hətta məhkəmə qərarına əsasən, iddia tələbi üzrə qaytarılması tələb olunan məbləğin İddiaçı qaytarılması öhdəliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsa belə, həmin qərarın icrası mümkün olmayacaq. Ona görə ki, mübahisələndirilən məbləğ İddiaçı tərəfindən yox, 30 saylı notariat ofisininin xüsusi notariusu X13 tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmin məbləğin dövlət büdcəsindən qaytarılmasını X13 tələb edə bilər. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Məhkəmə iclasında mübahisə predmet barəsində müstəqil tələblər irəli süməyən 3cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X11 vəsatətin məzmununa uyğun izahat verərək onun təmin edilməsinin xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmet barəsində müstəqil tələblər irəli süməyən 3-cü şəxs Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin, eyni zamanda işdə iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən 3-cü şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daxili İşlər Nazirliyinin 31.08.2021-ci il tarixli, ******* saylı “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı 04.03.2009-cu il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. - 20.05.2016-cı il tarixli AN ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”ndən görünür ki, İddiaçı 20 may 2016-cı il tarixdə mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanda yerləşən 5 otaqlı fərdi yaşayış evinin və 0,5894 ha torpaq sahəsinin X1 barədə alqı-satqı müqaviləsinə əsasən satmışdır. - 20.05.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, X13 tərəfindən həmin tarixli alqı-satqı müqaviləsi üzrə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (benefisiar: X4) 6563,70 manat sadələşdirilmiş vergi köçürülmüşdür. - ünvan 2riat kontorunun xüsusi notariusu Əli Əliyevin İddiaçı ünvanlanmış 15.02.2017-ci il tarixli məktubundan görünür ki, İddiaçı 5 ildən artıq qeydiyyatda olduğu evinin satışına görə ondan 6563,70 manat sadələşdirilmiş verginin tutulması həmin vəsaitin qaytarılması üçün müvafiq vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. - Ədliyyə Nazirliyinin İddiaçı ünvanlanmış 01.03.2017-ci il tarixli məktubundan görünür ki, Nazirlik tərəfindən Vergilər Nazirliyinə verilmiş sorğuya 28.01.2016-cı il tarixli cavabla fiziki şəxsin 5 ildən artıq qeydiyyatda olduğu daşınmaz əmlakı təqdim etməsinə görə verginin tutulmaması, bununla bağlı artıq ödənilmiş vəsaitin qaytarılması üçün müvafiq vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. - İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanmış 24.10.2018-ci il tarixli notarial ərizəsindən görünür ki, 20.05.2016-cı il tarixli AN ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” rəsmiləşdirilərkən ünvan 2riat kontorunun xüsusi notariusu Əli Əliyevin səhvən ondan 6563,70 manat sadələşdirilmiş verginin tutulması və bu vəsaitin ona qaytarılması üçün həmin vəsaitin notariusun depozit hesabına köçürülməsi xahiş edilmişdir. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin ünvan 2riat kontorunun xüsusi notariusu Əli Əliyevə onun 04.01.2019-cu il tarixli məktubuna cavab olaraq göndərilmiş məktubun surətindən görünür ki, şəxsi hesab vərəqəsində 05.12.2018ci il tarixə olan 13209,92 manat artıq ödəmənin 6721,23 manatı gələcək dövrün vergi öhdəliklərinə aid edildiyindən şəxsi hesab vərəqəsində cari tarixə 6488,69 manat artıq ödəmə məbləğinin olduğu, 6563,70 manat artıq ödəmənin olmadığı bu səbəbdən də müraciətin icrasının mümkün olmaması qeyd edilmişdir. - Ədliyyə Nazirliyinin İddiaçı ünvanlanmış 03.05.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2riat kontorunun xüsusi notariusu Əli Əliyevin müraciətinə baxılaraq nəzərdə tutulmuş məbləğin hazıradək onun depozit hesabına daxil olmamasını, bununla bağlı aidiyyəti vergi orqanına, eləcə də məhkəməyə müraciət edə bilmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 04.03.2009-cu il tarixdən qeydiyyatda olduğu mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 5 ünvanda yerləşən 5 otaqlı fərdi yaşayış evini və 0,5894 ha torpaq sahəsini 20 may 2016-cı il tarixdə X2. Həmin əməliyyata görə ondan ünvan 2riat kontorunun xüsusi notariusu Əli Əliyev tərəfindən səhvən 6563,70 manat məbləğində sadələşdirilmiş vergi tutularaq dövlət büdcəsinə köçürülmüşdür. Artıq ödəmənin qaytarılması ilə bağlı iddiaçı və cavabdeh tərəfindən vergi orqanına müraciətlər olunmuş, lakin həmin vəsaitin qaytarılmasının mümkün olmaması şəxsi hesab vərəqəsində 05.12.2018-ci il tarixə olan 13209,92 manat artıq ödəmənin 6721,23 manatı gələcək dövrün vergi öhdəliklərinə aid edilməsi, şəxsi hesab vərəqəsində cari tarixə 6488,69 manat artıq ödəmə məbləğinin olması, 6563,70 manat artıq ödəmənin olmaması səbəbindən də müraciətin icrasının mümkün olmaması bildirilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya artıq tutulmuş vəsaitin onun depozit hesabına qaytarılmaması əsas gətirilərək vəsaitin qaytarılmasından imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırki münasibətə onun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına uyğun olaraq qiymət verilməlidir. Belə ki, 1 yanvar 2016-cı il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsinin 102.1.9 -cu maddəsi ləğv edilmiş, Vergi Məcəlləsinin ödəmə mənbəyində vergini tutmağa borclu olan şəxslərın sadalandığı 150.1.9-cu maddəsinə aşağıdakı məzmunda dəyişiklik edilmişdir: - “150.1.9. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə qanunvericilik aratıq ödənilmiş verginin qaytarılmasının xüsusi prosedurunu müəyyən etmişdir. Bu prosedura əməl edildikdən sonra və artıq ödəmənin mövcud olduğu təqdirdə onun qaytarılmasının mümükünlüyünü nəzərdə tutulmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı beş ildən artıq qeydiyyatda olduğu əmlakının təqdim edilməsinə görə ondan səhvən tutulmuş vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılması təmin edilməlidir. Belə ki, fiziki şəxs olan iddiaçı vergi sahəsində xüsusi biliyə sahib olmaya və belə əməliyyata görə ondan həmin vəsaitin tutulmasını bilməyə bilər. Əks təqdirdə bu, hər bir əməliyyat aparan fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınmaqla vergi hesablamalı olmasına şərait yarada bilər. Ona görə də əməliyyatın aparıldığı vaxt qüvvədə olan qanunverici fiziki şəxsin əmlakını özgəninkiləşdirərkən vergiyə cəlb ediləcəyi halda belə bir vəsaitin tutulması vəzifəsini həmin əməliyyatı həyata keçirən notarusa həvalə etmişdir. Qeyd olunan vəsaitin səhvən tutulması halında isə onun qaytarılmasının qanunvericilikdə xüsusi proseduru da müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə X5 arasında bağlanmış 20 may 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə sadələşdirilmiş vergi qismində səhvən tutulmuş 6563,70 manat artıq ödənilən vəsait cavabdeh ünvan 2riat kontorunun notariusu X13 tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdeh X7 İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X7 20 may 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 6563,70 manat vəsait İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan iddiaçı tərəfindın ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X7 İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar