Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2445/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Səfərov Abuzər Qulamhüseyn oğlunun və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı 2017-ci ilin may ayından başlayaraq 2018-ci ilin fevral ayınadək olan dövrdə, Bakı şəhərinin Sabunçu rayonu Ramana qəsəbəsində 2-ci sahə adlanan ərazidəki 555 saylı kafe ilə üzbə-üz sahədə yerləşən Cavabdeh2 3,5 sot həyətyanı torpaq sahəsində 3 (üç) otaqlı fərdi yaşayış evinin tikilərək yaşayış üçün tam yararlı vəziyyətə gətirməsi və həyətdəki qəzalı tikilinin sökülərək həyətin abadlaşdırılması ilə əlaqədar gördüyü təmir-tikinti və bərpa işlərinin müqabilində onunla razılaşdıqları 7000 (yeddi min) manat məbləğində zəhmət haqqını ödəməkdən Cavabdeh2 ilə Cavabdeh1 qanunsuz və əsassız imtina etmələri nəticəsində onun rahatlığının pozulmasını, sarsıntı, istirab, güclü həyəcan keçirməyini, maddi və mənəvi zərərə məruz qalmağını nəzərə alıb Cavabdeh2 ilə Cavabdeh1 7000 (yeddi min) manat pulun maddi ziyana görə alınması, mənəvi ziyana görə isə 3000 (üç min) manat, ümumilikdə 7000+3000=10 000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, o, təxminən 25-30 ildir ki, hərtərəfli ev tikintisi ilə bağlı usta işi ilə məşğuldur və hazırda Bakı şəhərində fəaliyyət göstərməklə Bakı şəhərinin kənd Əhmədli adlanan ərazisində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. Onun uzun müddətdir ki, tanıdığı Cavabdeh2 ilə onun xalası Cavabdeh1 onun ev tikintisi üzrə usta olduğunu bildikləri üçün 2017-ci ilin aprel-may ayında ondan xahiş etdilər ki, Elvinin Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindəki, 26-cı sahə (Şuşa qəs) adlanan ərazidə oradakı 555 saylı kafe ilə üzbə-üz, Mehmın adlı şəxsin fermasının yanındakı həyətdə qəzalı vəziyyətdə olan tikilini sökməli, həyəti, hasarı əla vəziyyətə gətirməli və həyətdəki tam tikilib qurtarmamış fərdi yaşayış evinin tikintisini başa çatdırıb, evin bütün otaqlarını, sanitar qovşaq otağını, mətbəxi, tavan, döşəmə və bütün işlərini görüb qurtarmalı və görüləcək işlərlə aqədar olaraq nə kimi təmir-tikinti mal-material lazım olacaqsa, cavabdehlər onu təmin edəcək və gördüyü işlərin müqabilində cavabdehlərlə razılaşdığı 7000 (yeddi min) manat pulu ona işi qurtaran gündən sonrakı bir ayın içərisində tam məbləğdə verəcəklər. Həmin həyətin və evin sahibi kimi Elvin özünü təqdim etsə də onun xalası Dürdanə Elvinlə bərabər onu əmin edirdi ki, o, işinə başlasın, işini görsün və Elvinlə birgə onun pulunu verəcəkdir. O, da cavabdehlərlə olan qohumluq münasibətinə, bir-birilərini uzun illərdir ki, tanıdıqlarına görə şifahi razılaşmalarına əsasən 2017-ci ilin may ayında qeyd etdiyi ərazidəki Cavabdeh2 məxsus həyətdə ev tikintisi üzrə usta kimi işinə başlamış və cavabdehlərlə razılaşdıqları işini 2018-ci ilin yanvar ayında tam qurtararaq gördüyü işini yuxarıda qeyd olunan ərazidəki daş hasara alınmış 3 (üç) otaqlı fərdi yaşayış evini, həyətdəki qəzalı vəziyyətdə olan tikilinin bütün söküntü, abadlıq işlərini, həyətə əkdiyi müxtəlif gül və meyvə ağaclarını, abad və gözəl bir həyətlə evi Cavabdeh2 təhvil vermişdir. Hal- hazırda həmin fərdi yaşayış evində Cavabdeh2 xalası Cavabdeh1 ilə birgə yaşayırlar. O, sözügedən ünvandakı 3 sot yarım (3.5 sot) torpaq sahəsi olan və tikdiyi üç otaqlı fərdi yaşayış evinin yerləşdiyi həyətdə mişar daşından tualet, mişar daşından bir ədəd quş damı da tikmiş, həyətin 14 metr uzunluğunda olan daş hasarının bir tərəfini suvaqlayaraq ağımtıl rənglə rənglənməsi, həyətin giriş darvazasının qoyulması, giriş darvazasından evin pilləkənlərinə qədər olan 14 metr uzunluğu, eni 4 metr, qalınlığı 40 sm olan beton təbəqənin tökülməsi, digər hissəyə metlax və tamet daşlarının döşənməsi, ölçüləri 5,5 x 3,4 m2; 3x3 m2; 3 x 3,4 m2 olan otaqların, evin içərisindəki sanitar-qovşaq otağının (hamam-tualetin) tavan, döşəmə, divarlarına müvafiq olaraq vurulan üzlükşpakilofka, oboy, rəng, metlax, kafel, divar kağızlarının yapışdırılaraq rənglənməsi, evin beton pilləkəninin qoyulması, suvaq işlərinin bütün otaqlara və həyətə, həyətdəki tikililərə elektrik xəttinin çəkilərək müvafiq avadanlıqların quraşdırılması, elektrik şitinin yığılaraq quraşdırılması, hamam - tualet və mətbəxə lazımi avadanlıq - aksesuarların quraşdırılması, evin zirzəmi hissəsinin və digər yerlərinin bütün tamamlanma işlərini görərək həm usta və həm də fəhlə kimi canı çıxaraq orada işləmiş və həmin o evi, həyəti yaşayış üçün tam yararlı və əla vəziyyətdə cavabdehə təhvil vermişdir. Həmin evdə ona santexnik işinin görülməsində Mikayıl adlı usta, kafel işlərinin görülməsində Seymur usta, elektrik işlərinin görülməsində isə Elsevər adlı usta köməklik göstərmişlər. Bundan əlavə həmin həyətdə olmuş, sökdüyü qəzalı tikili mişar daşından olub, 3 (üç) otaqlı idi və həmin tikilini sökəndən sonra söküntü materiallarının bir qismini kənara aparıb tökmüş, təxminən bir kamaz mişar daşını isə həyətin bir hissəsinə yığmışdır. Evin təmir - tikintisi ilə əlaqədar lazım olan mal materialları Elvin özü alıb ona vermiş, bəzən isə yaddan çıxan və çatışmayanları özü də alarmış. Cavabdeh2 hər 6-7 aydan bir Rusiyanın Rostov şəhərinə gedirdi və hər dəfə də ondan pulunu istəyəndə onu əmin edirdi ki, Rusiyadan qayıdıb gələndə onun pulunu verəcəkdir. Cavabdeh1 da Elvinin sözünə qüvvət verərək onu əmin edirdi ki, “arxayın ol, sənin pulunun hamısını tam məbləğində 7 (yeddi) min manat sənə veriləcək və pulun kəsilməyəcək...” O, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 gördüyü işə görə ona verməli olduqları 7000 (yeddi min) manat pulunu dəfələrlə tələb etməyinə baxmayaraq, onlar birləşib müxtəlif bəhanələrlə onun pulunu ödəməkdən yayınır, boyun qaçırır və bir neçə aydır ki, onu süründürürlər. Nəticədə, O, əsəbiləşir, stress keçirir səhətinə zərər dəyir və onu müalicə etdirmək məcburiyyətində qalmışdır. Eləcə də onlardan alacağı məbləğdən fayda - gəlir götürmək imkanından da məhrum olur. Bu isə qətiyyən yolverilməzdir, ədalətsizlikdir və heç bir haqqa- hüquqa da sığmır. Onun yuxarıda qeyd etdiklərini ərizəsində əlavə etdiyi sənədlər, fotoşəkillər, qonşular şahid qismində adalarını qeyd etdiyi şəxslər də təsdiq edir. Odur ki, həmin şəxslərin məhkəmə araşdırması zamanı məhkəməyə dəvət edilərək izahatlarının alınması daha doğru və məqsədə müvafiqdir. Ona vurulmuş maddi zərərin məbləğini 7000 manat pulu cavabdeh Elvin və Dürdanə İsgəndərovlara dəfələrlə müraciət edib, həmin pulun ödənilməsini xahiş etsə də, o hər dəfə ona çox saymazyana və rişxəndli cavablar verərək, ona pulu verməyəcəyini bildirmişdir. Onun müxtəlif jestlərlə etdiyi hərəkət və ifadələri isə onun heysiyyatına toxunmuş, stress, əsəb gərginliyi, mənəvi sarsıntı keçirməyinə və əzab çəkməyinə səbəb olmuşdur. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun, yəni İddiaçı 2017-ci ilin may ayından başlayaraq 2018-ci ilin fevral ayınadək olan dövrdə, Bakı şəhərinin Sabunçu rayonu Ramana qəsəbəsində 2-ci sahə adlanan ərazidəki 555 saylı kafe ilə üzbəüz sahədə yerləşən Cavabdeh2 3,5 sot həyətyanı torpaq sahəsində 3 (üç) otaqlı fərdi yaşayış evinin tikilərək yaşayış üçün tam yararlı vəziyyətə gətirməyi və həyətdəki qəzalı tikilinin sökülərək həyətin abadlaşdırılması ilə əlaqədar gördüyü təmir-tikinti və bərpa işlərinin müqabilində onunla razılaşdıqları 7000 (yeddi min) manat məbləğində zəhmət haqqını ödəməkdən Cavabdeh2 ilə X1 qanunsuz və əsassız imtina etmələri nəticəsində onun rahatlığının pozulmasını, sarsıntı, istirab, güclü həyəcan keçirməsini, maddi və mənəvi zərərə məruz qalmasını nəzərə alıb Cavabdeh2 6500 manat, Cavabdeh1 isə 500 (beş yüz) manat pulun maddi ziyana görə alınması, mənəvi ziyana görə isə onların hər birindən 1500 manat, ümumilikdə 7000+3000= 10000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh2 evində 2 il 7 ay qalmasına görə, aylıq kirayə haqqı minimum 150 manat olmaqla, cəmi 4650 (dörd min altı yüz əlli) manat tutulması; İddiaçı vurduğu mənəvi ziyana görə D.İsgəndərovuya 5000 (beş min) manat və Cavabdeh2 isə 2000 (iki min) manat pul ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmılar ki, iddiaçı evin yerləşdiyi yerin və evdə təmir aparılması haqqında bir sıra məlumatlar həqiqətə uyğun olsa da, lakin, bütün mal-material Cavabdeh2 tərəfindən alınmışdır. İlkin iddia ərizəsində qeyd edilən təmir zamanı iştirak edən ustalar pul müqabilində cəlb edilib və xidmət haqlarını da alıblar. Bu zaman belə bir məntiqi sual yaranır ki, əgər iddia ərizəsində qeyd edilən işləri İddiaçı görübsə, o zaman ona usta niyə lazım idi?! Bu da bir daha onu göstərir ki, konkret işlərin görülməsi üçün ixtisaslaşmış ustalar dəvət olunmuş və işlər onlar tərəfindən icra edilmişdir. Belə ki, iddia ərizəsində də göstərildiyi kimi evdə santexnik işinin görülməsində Mikayıl adlı usta, kafel işlərinin görülməsində Seymur usta, elektrik işlərinin görülməsində isə Elsevər adlı usta iştirak etmiş və gördüyü işə görə muzdlarını da almışlar. Ümumiyyətlə, evdə görülən işlərin həcmi bütövlükdə 4000 manatdan artıq deyildir. Belə ki, evin ümumi sahəsi 60 kv.m-dir və evin ümumi təmiri zamanı Cavabdeh2, onun dayısı Famil İsayev və oğlu Anar İsayev, habelə qonşu İsmayıl və digərləri də iştirak etmişdirlər. Lakin, İddiaçı həm öz rolunu, həm də görülən işlərin həcminə görə məbləği çox şişirtmişdir. Bunu müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza da keçirilə bilər. İddiaçı Elvinin doğma xalası Cavabdeh1 ilə 31.01.2008-ci ildən rəsmi ər-arvad münasibətlərindədirlər və hazırda boşanma işləri Nizami rayon Məhkəməsinin icraatındadır. Lakin, İddiaçı iddia ərizəsində Elvin və Dürdanə haqqında elə bəhs edir ki, sanki onlar uzaq qohumudurlar və aralarında heç bir münasibət yoxdur. Halbuki, Cavabdeh1 və İddiaçı 2017-ci ildən faktiki ayrılana kimi - 2020-ci ilin aprel ayının sonunadək birlikdə, Cavabdeh2 sahibliyində olan evdə yaşamışlar. Yəni, İddiaçı Cavabdeh1 və Cavabdeh2 ilə bir yerdə yaşayıb birgə təsərrüfat aparmışlar və bu zaman bir ailə kimi evin zəruri təmir işləri ilə də İddiaçı Cavabdeh2 kömək edib. Bu zaman hər hansı xidmət haqqı, muzd razılaşdırılmayıb və hansısa məbləğdən də söhbət getməyib. Hətta, Cavabdeh2 bu barədə 1-2 dəfə söz açanda. İddiaçı xətrinə dəyib və “o zaman mən də sənin evində qalıram, gərək sənə kirayə pulu verim”- deyə İddiaçı bildirmişdir. Ona görə də, bundan sonra Cavabdeh2 bu mövzuya bir də qayıtmayıb. Bütün evin dolanışıq xərclərini Cavabdeh2 çəkib. Çünki Cavabdeh2 daimi işi, maaşı vardır, İddiaçı heç bir gəliri, maaşı yoxdur, aldığı aylıq 80 manat da onun siqaretinə güclə çatır. İddiaçı arada-sırada fərdi işlərlə məşğul olub pul qazananda belə, onu öz birinci nikahdan olan uşaqlarına xərcləyib. Həyətdə inşa olunan quş damını İddiaçı evin tikinti materiallarından qalan artıq materiallar hesabına özü üçün tikib, çünki orada quş saxlayırdı. Bir ailə kimi yaşayıblar, İddiaçı hasardan yıxılıb ayağı sındığı zaman H.İsgəndərov 3 ay ona baxmış, qulluğunda durmuşdur. Mənəvi ziyan barədə - Cavabdeh2 heç vaxt İddiaçı pis söz deməmiş, pis münasibət göstərməmişdir. Aralarında həmişə isti münasibət olmuşdur. Amma, xalasından ayrılandan sonra, İddiaçı Cavabdeh2 müxtəlif vaxtlarda evini yandırmaq, ona nəsə qəsd etməklə hədələyib. Bu barədə həm mesajlar yazıb, həm zənglər edib. Bundan başqa, müxtəlif qurumlara Cavabdeh2 əsassız şikayətlər etməklə onu narahat etmiş, işlədiyi kollektivdə barəsində mənfi fikirlər yaratmağa çalışmışdır. İlkin iddia üzrə iddiaçı 3 ildən çoxdur ki, bunları bildiyi halda, indi iddia irəli sürərək işin faktiki hallarına dair yalan məlumatları iddia ərizəsində qeyd etməklə məhkəməni aldatmağa çalışır. Belə görünür ki, İddiaçı Cavabdeh1 boşanma barədə məhkəməyə müraciətindən sonra, onlardan - Cavabdeh1 və Cavabdeh2 “qisas almaq" məqsədilə bu addımı irəli sürmüşdür. Çünki, İddiaçı Cavabdeh1 birgə nikah dövründə əldə etdiyi heç bir birgə əmlak və əşyaları mövcud deyildir. Belə ki, Cavabdeh1 İddiaçı qarşı nikahın pozulması barədə iddia ərizəsi ilə 17.06.2020-ci il tarixində Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı isə Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə hazırki iddia ərizəsi ilə 24.08.2020-ci il tarixində Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, iddiaçı ilə cavabdchlər qarşılıqlı razılıq əsasında öz aralarında müəyyən əqdləri könüllü və sərbəst surətdə qarşılıqsız faktiki icra etmişlər. Bu zaman İddiaçı Cavabdeh2 evində kirayəçi kimi yaşamış və ona təmir işlərində kömək etmişdir. Odur ki, İddiaçı təmir işlərində köməklik etdiyinə görə pulu tələb edirsə, o zaman həmin evdə 2 il 7 ay qaldığını kirayə kimi nəzərə almalıdır və həmin ərazidə aylıq kirayə haqqı minimum 150 manatdan götürsələr, 4650 manat kirayə haqqı verməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd edir ki, santexnik və kafel işləri görürlər. Ən aşağı təmir işini 100 manata razılaşmışlar. Vəsaiti yarım qiyməti olub, 500 manatlıq işi 100 manat görürmüşlər. Müəyyən işlər var idi texnika girmirdi ora hamısı əl işləri idi, özü o işləri görmüşdür. O, öz zəhmətinin əvəzini istəyir. Cavabdeh Rusiyada olmuş, materialları özü almışdır. Elvin bir dəfə pul vermiş, sonra demişdir ki, Rusiyaya gedib gəldikdən sonra qalan pulu verəcəkdir. Lakin qayıtdıqdan sonra pulu ala bilməmişdir. Bununla bağlı Polis bölməsinə də müraciət etmişdir. Ona görə də, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Səfərov Abuzər Qulamhüseyn oğlu ilikn iddia tələbinin məzmununna uyğun izahat verərək onun təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia tələbini qəbul etmədiyinini bildirərək, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2017-ci il tarixdə Ramanaya köçmüşlər, orda özü tək işləməyib, orada qardaşı, qardaşının oğlu da, qonşusu da işləmişdir. Ona demişdir ki, əgər gedib orda işləyib pul barədə mübahisə edəcəksə əvvəldən gedib işləməsin. Ona demişdir ki, “sen araya dava salırsan istəmirsən mən kömək edim”. Elvin bunu cox istəyirdi, öz əmisi kimi baxırdı, ayağı qırılanda Elvin baxırdı Vaqifə, həyətində 12 ağacı var idi onu da yaman günə qoydu. Vqaiflə bu evdə bir yerdə yaşamışlar. Elvin Vaqifə demişdir ki ona gördüyü işlərə görə üç minə yaxın dəyərində maşın alıb verəcəkdir. Vaqif isə buna razılaşmışdır. O həmçinin bildirdi ki, Elvin və o İddiaçı 2000 manat ödəmə bilərlər. Ona görə də, ilkin iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Səfərov Abuzər Qulamhüseyn oğlu ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etmədiklərini bildirərək ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X3 şahid qismində ifadə verərək bildirmişdir ki, özü ustadır. Vaqiflə bir yerdə işləmişlər, onu bir usta kimi tanıyır. Evində işlər gedirdi, o, da onun evinə santexnik işi görəcəkdi. Zəhmət haqqını danışmamışlar. İmkanı zəif olduğu üçün pulu işi gördükdən sonra verəcəyini bildirmişdir. Santexnik işi görülməli idi, 3 otağa istilik sistemi çəkilməli idi. Həmin işə görə 600 manat pul verilməli idi. Kombi sistemi çəkilməli idi, santexnik işi və kanalizasiya olmalı idi. Ona pulu Vaqif verilməli idi, belə danışmışdılar. Çünki Vaqiflə münasibəti var idi. Sonda Vaqif ona 150 manat pul vermişdir. Xanımla danışıqları olmamışdır. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək göstərmişdir ki, 2004-cü ildən Vaqifi tanıyır, bir-biriləri ilə işlə bağlı müraciət edirdilər. Hər ikisi ustadır. O, əsas kafel ustasıdır, günlərin bir günü Vaqif ona demişdir ki, evində kafel işi var gəlib ona kömək edə bilər. Bir müddət sonra təxmini 10 gündən sonra görüşmüş, evə gəlmişlər. Kvadratı 10 manatdan aşağı işləmir, dayı dedi “8 manatdan işlə bir az vəziyyətim ağırdır, işin axırında hörmət edər.” Ümumi dedi ki, 8 manatdan vursun kv.m. 300 manat bibinin oğlu gətirib vermişdir. Qalanıda demişlər ki, imkan olanda verərlər. Hələ də ona borcu qalmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən yazılmış 17 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən JN-0052 saylı Dövlət aktı əsasında 1.21 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi və Gədəbəy rayonu Düzyurd kəndində yerləşən JN-155 E saylı şəhadətnamə əsasında 0.05 ha həyətyanı torpaq sahəsi və JN-155D saylı şəhadətnamə əsasında 0.13 ha həyətyanı torpaq sahələri Cavabdeh2 və onun digər ailə üzvlərinin adlarına qeyd edilmişdir. Azərbaycan Respublikasında Cavabdeh2 adına digər qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən yazılmış 30 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.13 ha torpaq sahəsinə dair JN 155D KOD 50515018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (ümumbirgə, yaşayış məntəqələrinin torpaqları); Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.05ha torpaq sahəsinə dair JN 155E KOD 50515018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (ümumbirgə, yaşayış məntəqələrinin torpaqları); Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 1.21 ha torpaq sahəsinə dair JN 0052 KOD 50515018 torpağa mülkiyyət hüququna dair dövlət aktı (ümumbirgə, kənd təsərrüfatı təyinatlı torpaqlar) haqqında məlumat mövcuddur. Cavabdeh1 adına digər ərazi İdarələrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 31.01.2008-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Hazırda tərəflərin münasibətləri pozulmuş Cavabdeh1 boşanma ilə bağlı Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 Cavabdeh2 xalasıdır. İddiaçı ilə Cavabdeh1 2017-ci ildən faktiki olaraq ayrılanadək, yəni 2020-ci ilin aprel ayının sonunadək Cavabdeh2 Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindəki, 26-cı sahə (Şuşa qəs) adlanan ərazidə yerləşən evində yaşamışlar. İddiaçı qəzalı vəziyyətdə olan tikilinin sökülərək fərdi evin tikilməsi və onun təmiri ilə bağlı işlərin aparılması ilə bağlı Cavabdeh2 və Cavabdeh1 ilə şifahi razılığa gəlmişlər. Tərəflər arasında qohumluq münasibəti olduğundan və onlar həmin evdə yaşadıqlarından onlar görüləcək işlərin əvəzində İddiaçı üç min manat dəyərində maşın alınaraq verəcəklərini vədd etmişlər. Hazırda ilkin iddiaçı ilkin iddia üzrə cavabdehlərdən konkret olaraq görüləcək işlərə görə ona cavabdehlərin 7000 manat ödəməli olmalarını sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ikin iddia tələbi Cavabdeh1 etiraf etdiyi məbləğdə təmin edilməli qalan hissədə rədd edilməməlidir. Digər tərəfdən qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 həqiqətən də İddiaçı ilə sözügedən evdə yaşaması üçün icarə haqqının tutulması barədə aralarında razılıq olmasını məhkəmədə əsaslandıra bilməmişlər. Məhkəmə iclasında şahid ifadələri ilə təsdiq olunmuşdur ki, həqiqətən də, Bakı şəhərinin Sabunçu rayonu Ramana qəsəbəsində 2-ci sahə adlanan ərazidəki Cavabdeh2 məxsus olan həyətyanı sahədə təmir tikinti işləri aparılmışdır. Həmin təmir işlərinin aparılmasında və onun təşkilində İddiaçı iştirak etmişdir. Məhkəmə onu da qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia tələbinin 2000 manat hissəsini etiraf etmişdir. Belə ki, o, məhkəmə iclasında verdiyi izahatında ilkin iddia üzrə iddiaçıya 2000 manat ödməyə razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi maddi ziyanla bağlı hissədə qismən, ilkin iddia üzrə Cavabdeh1 etiraf etdiyi həcmdə təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin “cavabdehlərdən mənəvi ziyana görə isə cavabdehlərin hər birindən 1500 manat olmaqla ümumilikdə 3000 (üç min) manat alınaraq ona ödənilməsi” hissəsində münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ. müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə bununla bağlı qeyd edir ki, ilkin iddia üzrə İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “İddiaçı Cavabdeh2 evində 2 il 7 ay qalmasına görə, aylıq kirayə haqqı minimum 150 manat olmaqla, cəmi 4650 (dörd min altı yüz əlli) manat tutulması” hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçılar qarşılıqlı iddia tələbinin əsası kimi məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin “İddiaçı vurduğu mənəvi ziyana görə D.İsgəndərovuya 5000 (beş min) manat və Cavabdeh2 isə 2000 (iki min) manat pul ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar özlərinə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh2 1500 manat, Cavabdeh1 500 manat tutularaq İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “İddiaçı Cavabdeh2 evində 2 il 7 ay qalmasına görə, aylıq kirayə haqqı minimum 150 manat olmaqla, cəmi 4650 (dörd min altı yüz əlli) manat və İddiaçı vurduğu mənəvi ziyana görə Cavabdeh1 5000 (beş min) manat və Cavabdeh2 isə 2000 (iki min) manat pul ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh2 1500 manat, Cavabdeh1 isə 500 manat tutularaq İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “İddiaçı Cavabdeh2 evində 2 il 7 ay qalmasına görə, aylıq kirayə haqqı minimum 150 manat olmaqla, cəmi 4650 (dörd min altı yüz əlli) manat və İddiaçı vurduğu mənəvi ziyana görə Cavabdeh1 5000 (beş min) manat və Cavabdeh2 isə 2000 (iki min) manat pul ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddi ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddaçılar Cavabdeh2 və Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2445/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2445/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver