Məhkəmə qərarları › İş №2(007)-2507/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2507/2021

10.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2507/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Mirzəyeva Zerfira Asəf qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Mirzəyeva Zerfira Asəf qızına hədiyyə edilmiş 620 manat dəyərində komplektin, 750 manat dəyərində nişan üzüyünün, 130 manat dəyərində bir ədəd üzüyün, 160 manat dəyərində bir ədəd üzüyün, 770 manat dəyərində mobil telefonun dəyərinin və ya naturada alınması, cavabdehlərdən müştərək qaydada 1000 manat dəyərində xonça pulunun, 700 manat dəyərində restoran pulunun alınıb ona verilmməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbini 700 manat dəyərində restoran pulunun alınıb ona verilməsi hissəsində azaltmışdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Mirzəyeva Zerfira Asəf qızının oğlu ilə ailə qurmasını istədiyindən, 04 fevral 2020-ci il tarixdə Bakı şəhərində yerləşən “Təbrik” restoranında nişan mərasimi keçirmişdir. Həmin restoranda keçirilən mərasimə görə 700 manat məbləğində pul ödəmişdir. Bundan başqa, gəlinə yəni cavabdehə 1000 manat dəyərində xonça düzəltdirmişdir. Nişan mərasimində gəlinə 620 manat dəyərində 1 ədəd komplekt-sırğa, üzük, klon, 750 manat dəyərində nişan üzüyü, 130 manat dəyərində bir ədəd üzük və 160 manat dəyərində bir ədəd üzük hədiyyə edilmişdir. Bununla bərabər gəlinə 770 manat dəyərində mobil telefon almışlar. Lakin qısa zaman ərzində gəlini olacaq Cavabdeh1 nişanı qaytarıb qohum olmaqdan imtina etmişdir. Cavabdeh nişandan imtina etdikdən sonra atası Cavabdeh2 qızına hədiyyə edilmiş qızıl əşyaları, telefonun pulunu, xonçaların dəyərini və restorana ödənilən pulu qaytaracağını vəd etsə də, nə əşyaları, nə də onların dəyərini ödəməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçini o bildirdi ki, o, Zerfiraya dörd dəst idman paltarı aparmış, qaytardığı paltarların hamısını cavabdeh Zerfira geyinib köhnəltmişdir. İddiaçı onları aparıb tullamışdır. Xonçada paltarlardan əlavə şirniyyat və nişan üçün digər ləvazimatlar da olmuşdur. Digər oğlu cavabdeh Zerfiraya təcavüz etməmişdir. “Samsung Galaxy” A-51 markalı mobil telefonu 770 manata almışlar. Oğluna cavabdehlər tərəfindən alınana üzük onlardadır. Qaytarmamışlar. Qeyd olunanlara əsasən bildirdi ki, onun qızıl əşyaları, mobil telofonu və ya onların dəyəri, həmçinin xonça pulu ona qaytarılmalıdır. Cavabdeh1 iddianı qismən etiraf edərək bildirdi ki, iddiaçının oğlu Emillə ailə qurmaq niyyəti olduğundan, aralarında nişan mərasimi keçirilmiş və iddiaçı ilə yanaşı onun ailəsi də nişan mərasimində xərc çəkmişdir. Lakin nişan mərasimindən sonra iddiaçının digər oğlu icazəsiz onun otağına daxil olaraq ona təcavüz etmək istədiyindən və nişanlısı Emil onunla maraqlanmadığından, nişanı qaytarmaq qərarına gəlmişdir. Həmin vaxt əsəbləri pozulduğundan mobil telefonu yerə vurub sındırmışdır. İddiaçı tərəf ona 2000 manata yaxın qızıl gətirmişlər. Həmin qızıl-zinət əşyalarından 1 ədəd komplekt-sırğa, üzük, klon, nişan üzüyüyünü və digər üzüyü 400-500 manata sataraq özünün müalicəsinə xərcləmişdir. 130 manatlıq alyans üzük isə hazırda ondadır. İddiaçının xonçada gətirdiyi geyim əşyalarını və digər əşyaları isə iddiaçı onların evinə gələrək paltar dolabından götürüb aparmışdır. Xonça pulunu qaytarmağı qəbul etmir. Nişana onlar da xərc çəkmişdir. Onlar da oğlana qızıl üzük almışdır. Onu iddiaçı tərəf qaytarmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 İddiaçı oğlu Emil Məmmədov ilə ailə qurmaq niyyəti olduğundan, aralarında nişan mərasimi keçirilmiş, hər iki tərərf nişan mərasiminə xərc çəkmişdir. Cavabdehə 620 manat dəyərində 1 ədəd komplekt-sırğa, üzük, klon, 750 manat dəyərində nişan üzüyü, 130 manat dəyərində bir ədəd üzük və 160 manat dəyərində bir ədəd üzük, bir ədəd “Samsung Galaxy” A-51 markalı mobil telefon hədiyyə edilmişdir. Sonradan tərəflərin münasibətləri pozulduğundan, ailə qurmaq niyyətləri baş tutmamış, Cavabdeh1 ona hədiyyə edilmiş əşyaları qaytarmaqdan imtina etmişdir. Nişan mərasimi zamanı iddiaçı tərəfindən gətirilmiş paltarlar ona qaytarılmışdır. Hazırda İddiaçı əşyaların və ya onların pulunun ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin: 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, Mirzəyeva Zenfira Asəf qızı məhkəmə iclasında iddiaçı tərəfin ona 2000 manata yaxın qızıl gətirməsini 1 ədəd komplekt-sırğa, üzük, klonun, nişan üzüyünün 1 ədəd digər üzüyü satıb şəxsi ehtiyaclarına sərf etdiyini, 770 manat dəyərində bir ədəd mobil telefonu isə yerə vurub sındırdığını, 130 manat dəyərində bir ədəd üzüyün isə hazırda onda olmasını etiraf etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, tərəflər arasısında gələcəkdə bağalnmasını niyyət etdikləri nikahın bağlanılması baş tutmadığından eləcə də cavabdeh 620 manat dəyərində 1 ədəd komplekt-sırğa, üzük, klon, 750 manat dəyərində nişan üzüyü və 160 manat dəyərində üzüyünü satıb şəxsi ehtiyaclarına sərf etdiyini, 130 manat dəyərində bir ədəd üzüyün onda olmasını, 770 manat dəyərində bir ədəd mobil telefonu isə yerə vurub sındırdığını etiraf etdiyindən, həmin əşyalar onun tərəfindən qaytarılmalı bu mümükün olmadıqda isə onların dəyəri onun tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan əşyalar Cavabdeh1 gələcəkdə nikah bağlamaq niyyəti ilə verildiyindən və nikahın bağlanılması ilə bağlı tərəflərin sövdələşməsi baş tutmadığından bu əşyaları iddiaçı onun valideyinləri Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlı olmamışdır. Ona görə də iddia tələbi onlara münasibətdə təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin 1000 manat dəyərində xonça pulunun qaytarılması hissəsi ilə bağlı xüsusi ilə vurğulayır ki, tərəflərin izahatları ilə təsdiq olunur ki, xonçada gətirilmiş paltarlarlar iddiaçıya qayrarılmışdır. Digər tərəfdən cavabdeh tərəf də nişanla bağlı xərclər çəkmişdir ki, bu halda iddia tələbinin bu hissəsinə qiymət verilərkən nəzərə alınmalı və iddia tələbi bu hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 620 manat dəyərində 1 ədəd qızıl komplekt (sırğa, üzük, klon), 750 manat dəyərində bir ədəd qızıl nişan üzüyü, qızıl 130 manat dəyərində bir ədəd üzük və 160 manat dəyərində bir ədəd qızıl üzük, bir ədəd “Samsung Galaxy” A-51 markalı mobil telefon, bu mümükün olmadıqda isə onların dəyəri İddiaçı xeyrinə tutulmalı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 620 manat dəyərində 1 ədəd qızıl komplekti (sırğa, üzük, klon), 750 manat dəyərində bir ədəd qızıl nişan üzüyü, 130 manat dəyərində bir ədəd qızıl üzük və 160 manat dəyərində bir ədəd qızıl üzük, bir ədəd “Samsung Galaxy” A-51 markalı mobil telefon, bu mümükün olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar