Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2529/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X10, X6, X1 və X3 nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiası üzrə cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili- Vəkil2 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “əlavə yaşayış sahəsi verilməklə mənzilin sökülməsi” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X10, X6, X13, X2, X7, X1, X4 və X3 cavabdehlər Cavabdeh1, İddiaçı MTK-ya və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair iddiaları ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “əlavə yaşayış sahəsi verilməklə mənzilin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanda ümumi sahəsi 50.0 kv.m olan mənzilnə görə İddiaçı MTK tərəfindən ona 50 kv.m + əlavə 100% tam təmirli əlavə yaşayış sahəsi verilməklə mənzilin sökülməsi, yeni mənzil cavabdehə təhvil verilənədək mülkiyyətçiyə İddiaçı MTK tərəfindən aylıq 450 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MTK-nın sədri E.İsmailov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 27, 8 saylı mənzilin Cavabdeh1 və Cavabdeh2 hər birinin ½ hissədə paylı mülkiyyətində olduğunu bildirmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə paylı mülkiyyətində olan ünvan 1 ünvanda ümumi sahəsi 50.0 kv.m olan mənzilinə görə İddiaçı MTK tərəfindən onlara 50 kv.m + əlavə 100% tam təmirli əlavə yaşayış sahəsi verilməklə mənzilin sökülməsi, yeni mənzil cavabdehlərə təhvil verilənədək hər iki paylı mülkiyyətçiyə birlikdə İddiaçı MTK tərəfindən aylıq 450 manat kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı və xx.xx.2018-ci tarixli 154 saylı sərəncamlarına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi İddiaçı MTK-nin istifadəsinə verilib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu “Karayev City" MTK-nın adına rəsmiləşdirilib İddiaçı MTK həmin sərəncamların icrası ilə əlaqədar mühüm işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən 20% artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. İddiaçı MTK bütün mülkiyyətçilərə onlara dövlət qeydiyyatından keçmiş mülkiyyət sənədlərində (çıxarışlarda) göstərilən yaşayış sahəsindən 20% artıq yaşayış sahəsi olan tam təmirli mənzillər tikib verməyi, yeni mənzillər təhvil veriənədək həmin sakinlərin kirayə xərclərini ödəməyi təklif etmişdir. Təəssüf ki, cavabdeh şirkətin gördüyü təqdirəlayiq işlərin başa çatdırılmasına, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamlarının icra olunmasına maneçilik törədir. Belə ki, o, özünə mülkiyyət hüququ əsasında məxsus olan mənzildə özbaşına yenidənqurma işləri aparmışdır. Müvafiq icra hakimiyyəti orqanının rəsmi razılığı olmadan, həmin orqanlara məlumat vermədən mənzilini genişləndirmişdir. Bundan sui-istifadə edərək İddiaçı MTKdən hazırkı mənzillərindən dəfələrlə artıq yaşayış sahəsi olan mənzil tələb edir. Əgər şirkət həmin tələbləri yerinə yetirərsə nəinki gəlir əldə edə bilər, hətta ziyanla işləyər. Məhz bu səbəbdən şirkət cavabdehin istifadəsində olan özbaşına tikililərin sökülməsi ilə əlaqədar qanunla müəyyən olunan tədbirlər görülməsi üçün Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti həmin müraciətə 14 iyul 2023-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən qeyd etdiyiniz ünvanda istifadənizə verilmiş torpaq sahəsində yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi müvafiq qurumlarla razılaşdırılmış layihələrə əsasında həmin tikililərdə yaşayan sakinlərlə bağlanmış müqavilələrə uyğun olaraq qarşılılı razılaşma ilə həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, qaldırdığınız məsələnin həlli üçün məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur.Xahiş edirik nəzərə alasınız”. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməklə qanunsuz tikililərin ləğvinə nail olmaq əvəzinə həmin maddə ilə həm də maraqlı şəxslərin bu cür hüququnun olmasını xatırlamaqla kifayətlənmişdir. Cavabdehin istifacəsində olan mənzil və həmin ünvanda apardığı özbaşına tikililər Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı və xx.xx.2018-ci tarixli 154 saylı sərəncamlarına əsasən “Karayev City" MTK-nə yüksəkmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Məhz qeyd olunan səbəblərə görə İddiaçı MTK-nin həmin qanunsuz tikililərin heç bir kompensasiya ödənilmədən sökülməsi barədə iddia qaldırmaq hüququ vardır. Buna baxmayaraq İddiaçı MTK humanizm və ədalət prinsiplərini əsas tutaraq, eləcə də həmin tikililərin uzun müddət ərzində sakinlərin istifadəsində olduqlarını nəzərə alaraq qeyd olunan qanunsuz tikililərə görə onların real bazar dəyəri nəzərə alınmaqla kompensasiya ödəməyə hazırdır. Bundan başqa, mülkiyyətlərində olan qanuni yaşayış sahəsinə görə həmin ərazidə tikiləcək yüksəkmərtəbəli yaşayış binasında onlara məxsus sahənin (çıxarışa əsasən) həcmi+100% əlavə yaşayış sahəsini tikib tam təmirli vəziyyətdə onların istifadəsinə vermək fikrindədir. Xatırladır ki, indiyə qədər Bakı şəhərində heç bir tikinti şirkəti sakinlərə bu cür güzəştli və humanist təklif irəli sürməmişdir. Şirkətdə olan məlumata görə bir qayda olaraq 20% əlavə sahə təklif olunur. Yuxarıda göstərilən təkliflər ərazidə yaşayan və onunla müqavilə bağlamayan cavabdehə rəsmi məktublar göndərilmişdir. Lakin o, bu məktublara hər hansı bir cavab verməmişdir. Cavabdehin bu davranışları hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bundan başqa, onun bu davranışları onunla razılaşaraq artıq müqavilə bağlamış digər mülkiyyətçilərin hüquqlarına toxunur. Belə ki, onlar öz mənzillərini kooperativə təhvil verərək mənzilləri boşaltmışlar və yeni təmirli, abad və daha geniş mənzillərin onlara təhvil verilməsini gözləyirlər. Onlar bu mənzilləri ən uzağı 1 il 6 ay müddətinə əldə etmək ümidində idilər. Lakin cavabdehin qanunazidd, qeyri-humanist, hüquqdan sui-istifadəyə uyğun hərəkətləri ilə əlaqədar onlar getdikcə yaxın zamanda yeni mənzil əldə etmək ümidlərini itirirlər. Kooperativ onlarla bağlanmış müqavilələrin şərtlərinə müəyyən edilmiş müddət ərzində əməl etməzsə külli miqdarda zərərlə üzləşə bilər. Belə olan halda, kooperativin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Cavebdeh Cavabdeh1 ünvan 4 ünvanda ümumi sahəsi 50.0 kv.m. olan mənzili vardır. Kooperativ həmin mənzilin kooperativə təhvil verilməsi müqabilində 50 kv.m.+ əlavə 100 % tam təmirli əlavə yaşayış sahəsi təklif etmişdir. Təəssüf ki, cavabdeh bu cür olduqca güzəştli və humanist təkliflə də razılaşmamışdır. Ona görə də cavabdeh məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X22, X17, X24, X8, X18, X5, X14 və X15 cavabdehlər Cavabdeh1, İddiaçı MTK-ya qarşı “maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı və xx.xx.2018-ci tarixli 154 saylı sərəncamlarının, eləcə də İddiaçı MTK ilə onların arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilələrin şərtlərinin icrasına yaratdığı maneələrin aradan qaldırılması, İddiaçı MTK-nın üzərinə onlarla bağladığı müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması xahiş etmişlər. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiası üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiası onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı və xx.xx.2018-ci tarixli 154 saylı sərəncamlarına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi İddiaçı MTK-nin istifadəsinə verilib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilib. İddiaçı MTK həmin sərəncamların icrası ilə əlaqədar mühüm işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən daha artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. Onlar Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsindəki, 27 və 29 saylı binalardakı müvafiq mənzillərin mülkiyyətçiləri də İddiaçı MTK ilə razılığa gəlmiş, onlarla bu ilin mart-iyul aylarında notarial qaydada təsdiqlənmiş müqavilələr bağlamış, mənzillərini həmin şirkətə təhvil vermişlər. Həmin müqavilələrin şərtlərinə və aralarında olan şifahi razılaşmaya görə İddiaçı MTK mümkün qədər tez müddət ərzində həmin ərazidə yüksək mərtəbəli binalar tikməli, tam təmirli mənzilləri onların istifadəsinə verməli, mənzillər təhvil verilənədək onların kirayə xərclərini ödəməlidirlər. Lakin müqavilələr bağlansa da tikinti işlərinə hələ də başlanmamışdır. Bunun səbəblərini kooperativ rəhbərliyindən soruşduqda onlara bildirmişlər ki, 27 və 29 saylı binada yaşayan bəzi mülkiyyətçilər kooperativlə razılığa gəlməmişlər. Belə ki, mənzillərin kooperativə təhvil verilməsi müqabilində onların tələb etdikləri yaşayış sahəsini və ya pul kompensasiyasını vermək kooperativin imkanları xaricindədir. Onlarda olan məlumata görə kooperativ həmin mülkiyyətçilərə daha güzəştli şərtlər irəli sürmüş, lakin onlar yenə də razılaşmamışlar. Bütün bunlar onların hüquq və mənafelərimizin pozulmasına gətirib çıxarır. Belə ki, onlar mənzillərini şirkətə təhvil verərkən ümid edirdilər ki, ən uzağı 1 il 6 ay müddəinə yeni, daha geniş və abad mənzillərə köçəcəklər. Lakin, şirkətlə razılığa gəlməyən mülkiyyətçilərin hərəkətləri nəticəsində bu müddətin qeyrimüəyyən tarixədək uzanacağı qənaətinə gəlmişlər. Onlar şirkətdən işləri sürətləndirməyi tələb etdikdə rəhbərlik bildirmişdir ki, həmin mülkiyyətçilərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi hazırlanır və yaxın günlərdə sənədlər məhkəməyə təqdim olunacaq. Onlar vəkillə məsləhətləşdikdən sonra belə qərara gəlmişlər ki, həm razılığa gəlməyən mülkiyyətçilərə qarşı, həm də kooperativə qarşı müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iddia qaldırsınlar. Hesab edirlər ki, mülkiyyətçilər (hazırkı iş üzrə cavabdeh fiziki şəxs) uzun illər bir yerdə mehribanlıqla yaşamış qonşular kimi öz mənafelərini onların mənafelərindən üstün tutmamalı, hüquqdan sui-istifadə etməməli, kooperativin təklif etdiyi olduqca güzəştli şərtləri qəbul etməklə mənzilləri həmin kooperativə təhvil verməli, kooperativ isə bağlanmış müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri maksimum qısa müddət ərzində keyfiyyətlə yerinə yetirib yeni mənzilləri onlara təhvil verməlidir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, cavabdehlərin çıxarışında mənzilin sahəsi 50 kv.m-dir. MTK onlara 100 kv.m təklif edir. Kvadratı 1600 manatdan hesablanan təmirsiz mənzil verilir. MTK özləri təmir edir, materialı da özləri verir. Bu müddət ərzində vaxt da gedir, materialın da qiyməti qalxır. Təqdim etdiyi müqavilələrdən görünür ki, 40 kv.m sahəyə 68 kv.m vermişlər, heç kəsə ayrı-seçkilik etməmişlər. Cəfərova Gülxanım onlardan artıq kvadrat aldığı üçün ödəniş edir. Gülxanımın MTK-da daxili öhdəliyi var, onlar öhdəliyi də təqdim edə bilərlər. Zakir bəyin isə 50000 manat bir, 30000 manat bir borcu qalıb. Zakir bəydə ikili paydır, 2 mənzil vermişlər, paylarına düşəni vermişlər, yerdə qalan hissə isə üçün pul ödəyiblər. MTK burada 1 adamın adına müqaviləni tərtib etmişdir. MTK cavabdehə 2 mənzil, 68 kv.m təmirsiz verə bilər. Onlar 138 kv.m sahəsi olan mənzil kirayə pulu 2 il olmaqla 450 manat kirayə haqqı verməklə təmirsiz mənzili cavabdehə hal-hazırda verirlər. MTK 100 kv.m sahəsi olan təmirli mənzil verir, üstəlik kirayə haqqı da verir. Qarşı tərəfin vəkili çıxarışda 66 kv.m olduğunu qeyd edir, lakin onlar çıxarışda 50 kv.m olduğunu müəyyən etdikləri üçün bu sahəni təklif edirlər. Kirayə haqqı 450 manatdır, tikinti isə təxminən 1 il yarım çəkir. Əgər MTK tərəfindən 28 kv.m sahəyə 200 kv.m sahə verilibsə, sahə verilmiş şəxslər onun qabaqcadan ödənişini ediblər. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili- Vəkil2 məhkəmə iclasında iddia tələblərini qəbul etməyib izahatında bildirmişdir ki, İddiaçı MTK Cavabdeh1 və Cavabdeh2 qızma qarşı “əlavə yaşayış sahəsi verilməklə mənzilin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, mənzil 8 xüsusi mülkiyyət hüququ ilə 1\2 hissədə Cavabdeh1 və 1\2 hissədə Cavabdeh2 məxsusdur. Mənzilin çıxarış qeyd olunan ölçüsü 50 kv.m təşkil edir. Məhkəməyə müraciət edilməsinə əsas Bakı şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli 154 saylı və 05 mart 2018-ci il tarixli 154 saylı sərəncamlan olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli 154 saylı sərəncamından müəyyən olunur ki, "xxxx" Mənzil Tikinti Kooperativinin müraciətinə əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M .Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəinə verilmişdir. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitlərin ödənilməsi qarşılıqlı razılıq əsasında müvafiq qanunvericiliyə əsasən MTK-ya həvalə edilmişdir. İddiaçı MTK-dan daxil olmuş bildirişdən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 8 saylı mənzil üçün tam təmirli yaşayış sahəsindən 100 % artıq sahə və eləcə də yeni mənzil təhvil verilənədək 450 manat kirayə haqqı təklif olunmaqdadır. Bu təklifə mülkiyyətçilər tərəfindən razılıq verilməmişdir. Baxmayaraq ki sərəncamda mənzillərin sakinlərinin köçürülməsi yalnız qarşılıqlı razılıq əsasında həyata keçiriləcəyi bir mənalı göstərilsə də, iddiaçı qarşılıqlı razılığı bir kənara qoyub, məhkəmə vasitəsi ilə mülkiyyətçinin mənzilinin sökülməsinə çalışmaqdadır. Hesab edir ki, ilk öncə məhkəmə tərəfindən iddiaçının bu növ və bu predmetlə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olubolmamasına dair subyektiv hüquq yoxlanılmalıdır. İşin materiallarına əlavə edilmiş və "xxxx" MMC tərəfindən tərtib edilmiş mənzilin planından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 8 saylı mənzilin ümumi sahəsi 66.18 kv.m ibarətdir. Məhkəmə qarşısında vəsatət qaldırılmış və cavabdehlərə məxsus olan mənzilin real ölçülərinin müəyyən olunması xahiş edilsə də, məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmiş və bildirmişdir ki, çıxarışda göstərilən ölçülər əsas götürülməkdədir. Bununla əlaqədar olaraq dəfələrlə məhkəmənin nəzərinə çatdırılmışdır ki, digər mülkiyyətçilərlə əldə edilmiş razılıqlardan görünür ki, heç bir sakinə mülkiyyətində olan mənzilin sahəsinə uyğun kompensasiya və ya mənzil təklif olunmamış, hər biri ilə ayrıayrılıqda razılıqlar əldə edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, maraqlarına toxunan üçünçü şəxsləri təmsil edən nümayəndə və vəkilin səlahiyyətləri lazımi qaydada rəsmiləşdirilməmişdir. Belə ki, işin materiallarına əlavə edilmiş orderin sürətindən görünür ki, vəkil bir orderlə bir neçə şəxsə hüquqi xidmət göstərməkdədir. Bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət heyətinin 27 sentyabr 2018-ci il tarixli qərarı ilə orderin forması təsdiq edilmişdir. Həmin formadan görünür ki, yalnız bir orderlə bir şəxsə hüquqi yardım göstərilə bilər. Dəfələrlə məhkəmə iclasında maraqlara toxunan şəxslərin məhkəməyə çağırılması və izahat verilməsinin təmin olunması məhkəmədən xahiş olunsa da, məhkəmə bu vəsatəti də təmin etməmişdir. Tərəfindən məhkəməyə bildirilmişdir ki, maraqlanna toxunan şəxslər hazırki iddia üzrə cavabdehlə uzun müddət qonşu omuşlar və onların hər biri ona qarşı heç bir iddianın olmamasını qeyd etmişlər. Onlar bildirmişlər ki, MTK tərəfindən bir necə sənədə işin sürətləndirilməsi əsası ilə imza etdirilmişlər. Yuxarıda qeyd olunduğu kimi təklif olunmuş kompensasiya ilə Cavabdeh1 razı olmamışdır və hesab edir ki, təklif olunan kompensasiya ədalətli və mütənasib deyildir. İddiaçı MTK ilə X15 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə ilə mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu Mehdi Abbasov küçəsi ev 27, 2 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 83.91 kv.m tam təmirli mənzil, 78.85 kv.m təmirsiz mənzillər verilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 400 manat kirayə haqqı ödənilmişdir. Qeyd edilən mənzil 2 otaqdan ibarət olmuşdur. İddiaçı MTK ilə X19 və X28 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə ilə mülkiyyətçilərə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 6 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 113.20 kv.m tam təmirli mənzil verilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 350 manat kirayə haqqı ödənilmişdir (X19) və 73.12 kv.m təmiriz mənzil verilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 350 manat kirayə haqqı ödənilmişdir. Qeyd edilən mənzilin mülkiyyətçi X11 aid hissəsi 2 otaqdan və 33 kv.m ibarət olmuş, digər mülkiyyətçi X9 aid hissə isə 1 otaqdan və 27 kv.m ibarət olmuşdur. İddiaçı MTK ilə X14 və X32 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə ilə mülkiyyətçilərə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 10 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 68.41 kv.m tam təmirli mənzil verilmiş, 55000 manat nağd vəsait ödənilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 400 manat kirayə haqqı ödənilmişdir. Qeyd edilən mənzilin mülkiyyətçi X20ma aid hissəsi 1 otaqdan və 14.9 kv.m ibarət olmuş, digər mülkiyyətçi X25 aid hissə isə 1 otaqdan və 25.6 kv.m ibarət olmuşdur. İddiaçı MTK ilə X22 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə ilə mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 14 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 113.20 kv.m tam təmirli mənzil verilmişdir. Qeyd edilən mənzil 2 otaqdan və 34.6 kv.m ibarət olmuşdur. İddiaçı MTK ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə ilə mülkiyyətçiyə lərə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 29, 6 saylı mənzil müqabilində yem tikiləcək mənzildən 152.7 kv.m tam təmirli mənzil verilmiş və 112000 manat kirayə haqqı kimi kompensasiya ödənilmişdir. Qeyd edilən mənzil 2 otaqdan və 27.4 ibarət olmuşdur. İddiaçı MTK ilə X17 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə ilə mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu Mehdi Abbasov küçəsi ev 27, 9 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 68.41 kv.m qismən təmirli mənzil, 68.41 kv.m təmirsiz mənzillər verilmişdir. Qeyd edilən mənzil 2 otaqdan və 28 kv.m ibarət olmuşdur. Göründüyü kimi cavabdehlərə təklif olunan kompensasiya ədalətli, mütənasib və zəruri deyildir. İddiaçı MTK-nın Cavabdeh1 və Cavabdeh2 qarşı “əlavə yaşayış sahəsi verilməklə mənzilin sökülməsi” tələbinə dair iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X10, X6, X1 və X3 nümayəndəsi və vəkili Vəkil1 izahatda göstərmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər bina sakinləridir. Bina il yarıma təhvil veriləcəksə, cavabdeh razılaşmadığı üçün binanın tikintisinə başlaya bilmirlər. Üçüncü şəxslərə 100% artımdan əlavə 20 kv.m artıq verilib. Onlar 138 kv.m sahəsi olan mənzili kirayə pulu 2 il olmaqla 450 manat kirayə haqqı verməklə təmirsiz mənzil cavabdehə hal-hazırda verirlər. İddianın təmin edilməsini xahiş etdi. İddiaçı MTK-nın iddiası üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onların səlahiyyətli nümayəndələri məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 5 saylı evin 8 saylı mənzilinə Cavabdeh1 (hüquq sahibinin identifikatoru 1130282) və Cavabdeh2 (hüquq sahibinin identifikatoru ********) hər birinin ½ hissədə payları vardır. Mənzilin ümumi sahəsi 50 kv.m təşkil edir. - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 08 aprel 2014-cü il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" Mənzil Tikinti Kooperativinə tapşırılmışdır; - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 01 saylı müraciətini və "xxxx" Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 173 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı Mənzil Tikinti Kooperativinin adına rəsmiləşdirilmişdir; - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10/İ-1063 nömrəli iş üzrə istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 14/102 nömrəli, 2014-cü il tarixli ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014cü il tarixli, 154 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yerləşən 1,9276 hektar torpaq sahəsi yaşayış binalarının tikintisi üçün "xxxx" Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir; - İddiaçı MTK-nın Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 334 nömrəli məktubundan görünür ki, MTK-nın cavabdehə dövlət qeydiyyatından keçmiş mülkiyyət sənədlərində (çıxarışlarda) göstərilən yaşayış sahəsindən 100% artıq yaşayış sahəsi olan tam təmirli mənzillər tikib vermək, yeni mənzillər təhvil verilənədək ona kirayə xərclərinə görə hər ay 450 manat ödəmək barədə öhdəlik götürdüyü bildirilmiş, buna görə də müqavilə bağlanması üçün şirkətin ofisinə gəlməyi xahiş olunmuşdur. - İddiaçı MTK ilə X15 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu Mehdi Abbasov küçəsi ev 27, 2 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 83.91 kv.m tam təmirli mənzil, 78.85 kv.m təmirsiz mənzillər verilməsi və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 400 manat kirayə haqqı ödənilməsi razılaşdırılmışdır. Qeyd edilən mənzil 2 otaqdan ibarət olmuşdur. - İddiaçı MTK ilə X19 və X28 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, mülkiyyətçilərə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 6 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 113.20 kv.m tam təmirli mənzil verilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 350 manat kirayə haqqı ödənilmişdir (X19) və 73.12 kv.m təmiriz mənzil verilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 350 manat kirayə haqqı ödənilmişdir. Qeyd edilən mənzilin mülkiyyətçi X11 aid hissəsi 2 otaqdan və 33 kv.m ibarət olmuş, digər mülkiyyətçi X9 aid hissə isə 1 otaqdan və 27 kv.m ibarət olmuşdur. - İddiaçı MTK ilə X14 və X32 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, mülkiyyətçilərə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 10 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 68.41 kv.m tam təmirli mənzil verilmiş, 55000 manat nağd vəsait ödənilmiş və yeni yaşayış sahəsi ilə təmin olunana qədər 400 manat kirayə haqqı ödənilmişdir. Qeyd edilən mənzilin mülkiyyətçi X20ma aid hissəsi 1 otaqdan və 14.9 kv.m ibarət olmuş, digər mülkiyyətçi X25 aid hissə isə 1 otaqdan və 25.6 kv.m ibarət olmuşdur. - İddiaçı MTK ilə X22 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 27, 14 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 113.20 kv.m tam təmirli mənzil verilmişdir. Qeyd edilən mənzil 2 otaqdan və 34.6 kv.m ibarət olmuşdur. - İddiaçı MTK ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 29, 6 saylı mənzil müqabilində yem tikiləcək mənzildən 152.7 kv.m tam təmirli mənzil verilmiş və 112000 manat kirayə haqqı kimi kompensasiya ödənilmişdir. Qeyd edilən mənzil 2 otaqdan və 27.4 ibarət olmuşdur. - İddiaçı MTK ilə X17 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, mülkiyyətçiyə Bakı şəhəri, Nizami rayonu Mehdi Abbasov küçəsi ev 27, 9 saylı mənzil müqabilində yeni tikiləcək mənzildən 68.41 kv.m qismən təmirli mənzil, 68.41 kv.m təmirsiz mənzillər verilmişdir. Qeyd edilən mənzil 2 otaqdan və 28 kv.m ibarət olmuşdur. - xx.xx.2023-cü il tarixli, 8054 nömrəli qəbzdən görünür ki, İddiaçı MTK-nın nümayəndəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 27 saylı evin 8 saylı mənzilinin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın əksər mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə razılığa gələ bilməmişlər. Hazırda iddiaçı, cavabdehlər tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 27, 8 saylı 50 kv.m sahəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında cavabdehlərin mənzilinin sahəsi ilə eyni sahəli tam təmirli yeni mənzilin cavabdehlərə verilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 27, 8 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə ona yeni mənzil təqdim edilənədək, hər ay üçün 450 manat pulun kirayə haqqı kimi iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, iddiaçı cavabdehə onun 50 kv.m təşkil edən 8 saylı mənzilinin sökülərək ünvan 5 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yeni yaşayış binasında, əlavə sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 450 manat kirayə haqqı ödənilməklə, cavabdehlərin 8 saylı mənzilindən çıxarılmasını bildirməklə faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 26 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehlərə müvafiq yeni, tam təmirli mənzil vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 26 saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdehlər ünvan 5 saylı evin 8 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X12 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X34 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə onu da nəzərə alır ki, cavabdehlərin mülkiyyətində olan mənzilin yerləşdiyi ünvan 5 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Bununla yanaşı, məhkəmə İddiaçı MTK-nın iddiasına münasibətdə cavabdeh tərəfin bəzi sakinlərə daha artıq sahəli mənzillərin verilməsi, cavabdehlərə olunan təklifin ədalətli olmaması ilə bağlı göstərdiklərinə münasibətdə isə qeyd edir ki, bu hal məhkəmə iclasında sübuta yetirilməmiş, iddiaçı tərəf bununla bağlı müvafiq sübutlar təqdim edərək artıq sahəli mənzillər təklif olunmuş sakinlərin həmin sahənin müqabilində əlavə ödənişlər etdiklərini bildirmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş İddiaçı MTK-nın xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, müvafiq olaraq X5 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, İddiaçı MTK-nın 6 saylı 14 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 84.29 kv.m olan, 62 nömrəli mənzilin dəyərindən xx.xx.2023-cü il tarixdə 12.000 manat və xx.xx.2023-cü il tarixdə 2.000 manat ödəmiş (qalıq borc 108.000 manat), X16 ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, İddiaçı MTK-nın 5 saylı 14 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 55.23 kv.m olan, 47-48 nömrəli mənzilin dəyərindən xx.xx.2023-cü ildə 50.000 manat ödəmişdir (qalıq borc 30.000 manat). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri və işin faktiki hallarını da nəzərə alaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X10, X6, X13, X2, X7, X1, X4 və X3 cavabdehlər Cavabdeh1, İddiaçı MTK-ya və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair iddialarına münasibətdə isə qeyd edir ki, həmin iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, nəzərə alınarsa ki, mübahisə predmeti olan mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətindədir və sonuncuların qanunvericiliklə müəyyən olunmuş qaydada azad formada müqavilə bağlamaq hüquqları vardır, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin öz mənafeləri naminə cavabdehləri MTK ilə müqavilə bağlamağa məcbur etmək hüquqları yoxdur. O cümlədən, məhkəmə həmin iddia tələbinin “MTK-nın üzərinə onlarla bağlanmış müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması” hissəsinə münasibətdə isə qeyd edir ki, sözügedən müqavilələrin icra edilə bilməməsi MTK-nın təqsirindən baş verməmişdir, əksinə MTK tərəfindən müqavilələrdə qeyd olunan öhdəliklər yerinə yetirilmiş, sadəcə digər cavabdehlərlə razılıq əldə edilə bilməməsi səbəbindən yeni yaşayış sahəsinin tikintisinə başlanıla bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 27 saylı evin 8 saylı mənzili boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 27 saylı evin 8 saylı mənzili sökülməli, həmin mənzilin əvəzinə Cavabdeh1 və Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında əvvəlki mənzilin sahəsinə uyğun olaraq 50 kv.m sahəli və əlavə olaraq tam təmirli mənzil verilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacaqları mənzilə görə Cavabdeh1 və Cavabdeh2 hər ay ümumilikdə 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə, onlar əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 27 saylı evin 8 saylı mənzilindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 27 saylı evin 8 saylı mənzili boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 27 saylı evin 8 saylı mənzili sökülməli, həmin mənzilin əvəzinə Cavabdeh1 və Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında əvvəlki mənzilin sahəsinə uyğun olaraq 50 kv.m sahəli və əlavə olaraq tam təmirli mənzil verilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacaqları mənzilə görə Cavabdeh1 və Cavabdeh2 hər ay ümumilikdə 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə, onlar əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 27 saylı evin 8 saylı mənzilindən çıxarılsınlar. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X10, X6, X13, X2, X7, X1, X4 və X3 cavabdehlər Cavabdeh1, İddiaçı MTK-ya və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2529/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2529/2023
15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver