Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2609/2025 21.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İttihamçı İddiaçı Cavabdehnə qarşı “əmlakın geri qaytarılması və digər tələblərinin həll edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İttihamçı İddiaçı Cavabdehnə qarşı “əmlakın geri qaytarılması və digər tələblərinin həll edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh özünün xx.xx.2025-ci il tarixli qərarını icra edərək AR Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarını rəhbər tutaraq, "xxxx" MMC-nin 2023-ci ilin mart ayında məhv etdiyi 150 kv.metrdən çox həcmdə, tam təmirli 3 hissədən ibarət obyektin geri qaytarılması və digər tələblərinin həll etməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialların əlavə edilmiş Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İcra sənədi üzrə tələbkar İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” müqavilə etibarsız hesab edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdeh "xxxx" MMCdən tutulub tələbkara ödənilməlidir. İş üzrə 02 noyabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 127 manat və 16 may 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 138 manat, ümumilikdə 265 manat ekspertiza xərci tələbkarlar İddiaçı və X1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı icra sənədinin icra olunmamasından narazılıq edir. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraata xx.xx.2025-ci il tarixdə başlanılıb. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmuru tələbin könüllü icrası üçün müddət müəyyən edir, həmin müddət ərzində tələb təmin edilmədiyi halda məcburi icra tədbirləri tətbiq edilir. Hazırda icra sənədi üzrə tələbkar İddiaçı Bakı Apellyasiay Məhkəməsinin 2(103)- 445/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirlərinin aparılmadığını iddia edirsə, belə olan halda o, iddia icraatı qaydasına deyil, icra icraatı qaydasında məhkəməyə müraciət etməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 87.1-ci icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın mahiyyəti “icra məmurunun hərəkətlərindən şikayət xarakteri daşıyır” xarakteri daşıyır və bu mübahisəyə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. Bundan başqa, İddiaçı icra sənədinin icra edilərək, obyektinin geri qaytarılmasını xahiş etsə də, iş materiallarında olan sübutlara, icra sənədinə əsasən həmin tələbin əks olunmadığı müəyyən edilməmişdir. Hazırki halda məhkəməyə təqdim medilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarda obyektin geri qaytarılması ilə bağlı hər hansı bir göstəriş müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından, ərizə yolverilməz hesab edilməli, iddiaçıya icra icraatı qaydasında aidiyyatı üzrə məhkməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırda İddiaçı iddia ərizəsində özünü iddiaçı kimi deyil, ittiamçı kimi qeyd etmiş, tələbində məhkəmədən qətnamə deyil qərardad qəbul edilməsini xahiş etmiş, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə və ya dövlət rüsumunu ödəməkdən azad edilməsinə dair müvafiq sübutlarını əlavə etməmişdir. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İttihamçı İddiaçı Cavabdehnə qarşı “əmlakın geri qaytarılması və digər tələblərinin həll edilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah olunsun ki, o, icra icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2609/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2609/2025
21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver