Məhkəmə qərarları › İş №2(007)-2652/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2652/2022

10.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2652/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin sentyabrında X1 və onun atası Cavabdeh2 əvvəlcə 3770 manat məbləğində, daha sonra isə hissələrlə borc pul vermişdir. Ümumilikdə isə o, cavabdelərə 27000 (iyirmi yeddi min) manat məbləğində borc vermişdir. Borc verməyinin səbəbi isə cavabdehlərin pula ehtiyacı olması idi. Cavabdehlər sadəcə onun uzaq tanışıdır. Cavabdehlər həmin məbləğdən ona sadəcə 400 manat pul qaytarmışlar. Məhkəməyə müraciət etməkdə məqsədi cavabdehlərin ona borclu olduğu 26600 (iyirmi altı min altı yüz) manat məbləğində pulun ona geri qaytarılmasıdır. Qeyd edilənlərə əsasən cavabdehlər Şükürova Aysel Mirkamil qızı və onun atası Cavabdeh2ndun ona olan ümumilikdə 26600 nəbləğində borc pulun, həmçinin məhkəmə üçün çəkdiyi xərclərin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tairxdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10000 manat, Cavabdeh2 16575 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh2 bu ilin iyun-iyul aylarında 425 manat pul ödədiyi üçün 17000 manat deyil, 16575 manat pul tələb edir. İddiaçı xx.xx.2022-ci il tairxdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1500 manat, Cavabdeh2 24925 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh2 ona 425 manat, 150 manat ayrı-ayrılıqda pul ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər ona yalvararaq, ondan aldıqları pulu iki həftəyə qaytaracaqlarını bildirmişlər. O da inandığı üçün pulu vermiş, lakin cavabdehlər pulu geri qaytarmamışlar. Cavabdehlərə hər dəfə zəng edərək bildirir ki, heç olmaya hissə-hissə pulu ödəsinlər, lakin onlar borcu ödəmək istəmirlər. O, təcili əməliyyat olmalıdır, buna görə də ona pul lazımdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, istifadələrində olan mobil nömrələrə elektron qaydada sms çatdırılmasına) baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh2 Xətai RPİ-nin 36-cı Polis Bölməsində xx.xx.2022-ci il tarixdə vermiş olduğu izahatından görünür ki, o, 2021-ci ilin oktyabr ayında pul lazım olduğundan əvvəl tanıdığı İddiaçı borca pul istəmişdir və Furizə Qurbanova borca pul verəcəyini bildirmişdir. O, Firuzənin yaşadığı evin yanına gedib onunla görüşmüşdür və Firuzə ona 3770 manat pul vermişdir. Daha sonra fevral ayının ortalarınadək İddiaçı ona hissə-hissə ümumilikdə 27000 manat borca pul vermişdir. O, hal-hazırda həmin pulu qaytara bilmir, lakin söz verir ki, yaxın müddət ərzində borcunu ödəmək istiqamətində hərəkət edəcəkdir. - Cavabdeh1 Xətai RPİ-nin 36-cı Polis Bölməsində xx.xx.2022-ci il tarixdə vermiş olduğu izahatından görünür ki, təxminən bir il olar ki, o, İddiaçı təsadüfən tanımışdır və aralarında səmimi münasibət yaranmışdır. 2020-ci ilin sentyabr ayında ona pul lazım olduğundan o, İddiaçı müraciət etmiş və İddiaçı ona borc pul vermişdir. O, İddiaçı ümimilikdə hissə-hissə təxminən 2000 manat pulu borca götürmüşdür. Sonra maddi vəziyyəti yaxşı olmadığından pulun bir qismini İddiaçı qaytarmışdır. Onun İddiaçı təxminən 1500 manat borcu vardır. - Bakı şəhəri Xətai RPİ-nin 36-cı Bolis Bölməsinin təhqiqatçısı, polis kapitanı Anar Xəlilov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materiallara əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 171 manat dövlət rüsumu ödəmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borc vermişdir. Cavabdehlər borcunu qaytaracağını öhdəsinə götürsələr də, iddiaçının etdiyi müraciətlərə baxmayaraq borcunu qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə səbəb olmuş şifahi borc müqaviləsi bağlanmış, həmin şifahi razılaşmaya uyğun olaraq, cavabdehlərin xahişi ilə, iddiaçı cavabdehlərə borc vermiş, cavabdehlər borcunu qaytarmağı öhdəsinə götürmüşlər. Lakin öz öhdəliklərinə əməl etmədiyindən iddiaçının tələb etməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmiş, öhdəliyinə əməl etməmişlər. Cavabdehlər borcu qaytarmadığına görə iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbindən cavabdehlərə ümumilikdə 27000 manat məbləğində pul verdiyini, həmin puldan ümumilikdə 400 manat ödəniş etdiyini bildirmiş və cavabdehlərdən 26600 manat pul tələb etmişdir. Daha sonra isə iddia tələbini dəqiqəşdirərək, Cavabdeh1 1500 manat, Cavabdeh2 isə 24925 manat (575 manat ödədiyini qeyd etmişdir) pulun ödənilməsi xahiş etmişdir. Belə ki, iddiaçının müraciəti əsasında qeyd edilən məsələ ilə bağlı Xətai RPİ-nin 36cı Polis Bölməsində araşdırma aparılmış və cavabdehlərin izahatları alınmışdır. Cavabdeh2 izahatında iddiaçıdan ümumilikdə 27000 pul götürdüyünü və borcunu ödəyəcəyini bildirmiş, digər Cavabdeh1 isə iddiaçıdan 2000 manat borc götürdüyünü və hazırda 1500 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər borcu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. İddiaçının təqdim etdiyi sübutların tədqiqi, eləcə də işin faktiki halları ilə iddia tələbinin əsaslı olması, cavabdehlərin iddiaçı qarşısında götürdüyü öhdəliyi pozması, öhdəliyinə əməl etməməsi tam sübuta yetirilmişdir. Bu zaman məhkəmə, cavabdehlərin ibtidai araşdırma zamanı verdiyi izahatında iddiaçıdan borc almaları barədə izahatlarını, qanunvericiliyin tələbi baxımından, cavabdehlərin iddianı faktiki etiraf etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsini təsdiq edə biləcək dəlilini məhkəməyə təqdim edə bilməmiş, borcun ödənilməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini, edilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, Cavabdeh2 24925 manat və Cavabdeh1 1500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı ilkin tələbindən cavabdehlərdən 26600 manat məbləğində pulun tutulmasını xahiş edərək, 171 manat dövlət rüsumu ödəsə də, göstərilən məbləğə münasibətdə 169,8 manat dövlət rüsumunun ödənilməsi tələb olunur. Hazırda isə məhkəmə cavabdehlərdən ümumilikdə 26425 (uyğun olaraq 169,28 manat dövlət rüsumu) manat pulun tutulması qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 159,70 manat Cavabdeh2, 9,58 manat isə Cavabdeh1 tutulub iddiaçıya ödənilməli, qalan 2,2 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 24925 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 159,70 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, Cavabdeh1 1500 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 9,58 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 2,2 manatı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 24925 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 159,70 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 1500 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 9,58 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,2 manatı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar