Məhkəmə qərarları › İş №2(007)-2669/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2669/2020

02.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2669/2020 02.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı “əmlak bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı il buraxılışlı olan boz metalik rəngli, WBANE33587CS3997 BAN nömrəli, ** ED *** dövlət nömrə nişanlı BMW 525XA minik markalı avtomobilin alınaraq ona verilməsi, cavabdeh X4 650 ABŞ dolları və 250 manat pulun və hər iki cavabdehdən müştərək qavdada hər ay üçün 3000 manat olmaqla 14 aprel 2020-ci il tarixdən bugünədək öz avtomobilindən istifadə edə bilmədiyi üçün 13500 manat maddi ziyan və 2000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azure biznes mərkəzində işləyirdi. Həmin zaman Səbuhi Veyisovunda həmin Biznes mərkəzində ofisi var idi və orada avtomobillərin satışı ilə əlaqədar fəaliyyət göstərirdi. 14 aprel 2020-ci il tarixdə Səbuhi Veyisovun təklifi əsasında 2014-ci il buraxılış ili olan BMV F10 M paket avtomobili gətirmək üçün ona məxsus olan 2006-cı il buraxılışlı olan boz metalik rəngli WBANT33597CS39971 BAN nömrəli ** ED *** dövlət nömrə nişanlı BMW 525XA minik markalı avtomobilini 650 ABŞ dollarını və 250 manat pulunu almışdır. Həmən gün Səbuhi Veyisov ona avtomobilsiz qalmaması üçün müvəqqəti olaraq öz avtomobili gələnə qədər Hunday markalı avtomobili onun istifadəsinə vermişdir. Sonradan ona məlum olmuşdurdur ki, Səbuhi Veyisov onu aldatmış, onun əmlakını elə keçirtmişdir. O, polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və 9 may 2020-c il tarixdə ona verilən avtomobili ondan təhvil almışlar. 14 aprel 2020-ci il tarixdə X7 onu aldadaraq 2006-cı il buraxılışlı olan boz metalik rəngli. WBANF33597CS39971 BAN nömrəli ** ED *** dövlət nömrə nişanlı BMW 525XA minik markalı avtomobilini 650 ABŞ dollarını və 250 manat pulumu 2014-cü il buraxılışlı BMV F10 avtomobilinin gəlirilməsi adı ilə ələ keçirtmiş və Bakı şəhər Nizami Rayon Polis İdarəsində şikayəti əsasında Azərbaycan Respublikasının CM-nin 178.2.1. 1782.2. 178.2.3 və 178.2.4 başlanılan cinayət işi üzrə X7 və digər şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmişlər və barələrində həbs qətimkan tədbiri seçilmişdir. Aparılan cinayət işi üzrə ona məxsus avtomobilin heç bir hüququ olmayan Cavabdeh istifadəsində olduğu müəyyən edilmiş və avtomobilin saxlanılması üçün müvafiq tədbirlər görülməyə başlanılmışdır. İş üzrə digər Cavabdeh onun avtomobilinin heç bir hüqııqu olmadan və ona konslitusiyon hüquqlarına zidd olaraq nə ona, nədə ki Polis İdarəsinə avtomobili təqdim etmir. Cavabdeh bu qanunsuz əməlləri nəticəsində bu gündə ona öz avtomobili qaytarılmamış və ona vurulmuş maddi və mənəvi ziyan ödənilməmişdir. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, 2006-cı il buraxılışlı olan boz metalik rəngli, WBANE33587CS39971 BAN nömrəli, ** ED *** dövlət nömrə nişanlı BMW 525Xİ minik markalı avtomobilin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq izahat verərək göstərdi ki, ** ED *** dövlət nömrə nişanlı BMW 525Xİ minik markalı avtomobilini ondadır. Həmin avtomobili X4 etibarnamə əsasında 11 000 manata almışdır. Maşına əlavə xərc qoymuşdur. Səbuhinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması üçün müraciət etməmişdir. O, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AC 465427 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ED *** dövlət nömrə nişanlı BMW 525Xİ minik markalı avtomobil İddiaçı adına 07 aprel 2015-ci il tarixdə qeydə alınmışdır. - İddiaçı ilə X7 arasında bağlanmış 14 aprel 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, sifarişçi İddiaçı 2014-cü il buraxılışı olan BMV F10 markalı avtomobili gətirməyi sifariş etmiş, bunun əvəzində avtomobilin dəyərinin 17 000 manat məbləğini nağd ödəyib, qalan 19080 manat məbləğini isə 36 ay ərzində icraçı X6 ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı tərəfindən 22 aprel 2020-ci il tarixdə notarial qaydada yazılmış ərizənin surətindən görünür ki, 15.04.2020-cu il tarixində 6 saylı notariat kontorunda X6 7E-14640 nömrə ilə qeyd olunmuş etibarnamə verdiyini bildirmiş və həmin etibarnamənin ləğv edilməsini xahiş etmişdir. - 22 iyun 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətindən görünür ki, 06 may 2020-ci il tarixdə X7 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılır. Cinayət işinin başlanmasına səbəb, X1 ərizəsi əsasında toplanmış material, əsas ilə X5 10 fevral 2020ci il tarixdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat kontorunda tanışı X3 məxsus «Changan CS35» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair sadə etibarnamə əvəzinə aldadaraq sonuncudan baş etibarnamə alması və onun xəbəri olmadan həmin avtomobili digər şəxsə sataraq Nərminə Qəbərovaya ümumilikdə 18.000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi faktı olmuşdur. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləriilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ** ED *** dövlət nömrə nişanlı BMW 525Xİ minik markalı avtomobili 07 aprel 2015-ci il tarixdə İddiaçı adına qeydə alınmış və bununla bağlı ona AC 465427 nömrəli şəhadətnamə verilmişdir. Avtomobil Etibarnamə ilə X6 verilmişdir. X7 da öz növbəsində avtomobili etibarnamə ilə Cavabdeh vermişdir. İddiaçı 22 aprel 2020-ci il tarixdə notarial qaydada ərizə yazaraq, 15.04.2020-cu il tarixində 6 saylı notariat kontorunda X6 7E-14640 nömrə ilə qeyd olunmuş etibarnamə verdiyini bildirmiş və həmin etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı, X7 ilə 14 aprel 2020-ci il tarixli müqavilə bağlayaraq, 2014-cü il buraxılışı olan BMV F10 markalı avtomobili gətirməyi sifariş etmiş, bunun əvəzində avtomobilin dəyərinin 17 000 manat məbləğini nağd ödəyib, qalan 19080 manat məbləğini isə 36 ay ərzində icraçı X6 ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında şifahi razılaşmaya əsasən həmin müqavilə üzrə ödəniş məbləğinin müəyyən hissəsi əvəzində ona məxsus olan avtomobili etibarnamaə ilə X6 vermişdir. Sonuncu isə öz növbəsinə avtomobili etibarnamə ilə Cavabdeh vermişdir. Bundan başqa, zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 iyun 2020-ci il tarixli Qərarın surətindən görünür ki, 06 may 2020-ci il tarixdə X7 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılır. Cinayət işinin başlanmasına səbəb, X1 ərizəsi əsasında toplanmış material, əsas ilə X5 10 fevral 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat kontorunda tanışı X3 məxsus «Changan CS35» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair sadə etibarnamə əvəzinə aldadaraq sonuncudan baş etibarnamə alması və onun xəbəri olmadan həmin avtomobili digər şəxsə sataraq Nərminə Qəbərovaya ümumilikdə 18.000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi faktı olmuşdur. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ** ED *** dövlət nömrə nişanlı BMW 525Xİ minik markalı avtomobili hal hazırda ondadır. Göründüyü kimi hazırda AC 465427 nömrəli şəhadətnamə əsasında İddiaçı adına qeydə alınmış ** ED *** dövlət nömrə nişanlı BMW 525Xİ minik markalı avtomobili X5 qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tələbi əsaslı olduğundan təmin edilməli və həmin avtomobil Cavabdeh artıq qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ** ED *** dövlət nömrə nişanlı BMW 525Xİ minik markalı avtomobil Cavabdeh alınaraq İddiaçı geri qaytarılmalı və 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq ona verilməldir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ** ED *** dövlət nömrə nişanlı BMW 525Xİ minik markalı avtomobili Cavabdeh alınaraq İddiaçı geri qaytarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar