Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-267/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdehiştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat məbləğində maddi ziyan pulu, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qonşuluqda yaşadığı dövrdə yəni 2014-cü ildə şəxsi ehtiyacı olduğu üçün ondan borca pul istəmiş, o da Cavabdeh 2014-cü ilin iyun ayında 10205 manat borc pul vermişdir. Həmin borcu rəsmiləşdirərək 18.06.2014-cü ıl tarixdə aralarında notariat qaydasında kredit müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə cavabdeh həmin məbləği iki ay müddətində, daha doğrusu 18.08.2014-cü il tarixədək qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilənin müddəti bitməsinə baxmayaraq öhdəliyni yerinə yetirməmişdir. Cavabdehdən borc pulunu dəfələrlə tələb etsə də, hər dəfə bir bəhanə gətirirdi. Bu səbəbdən iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir. 04 mart 2015-ci il tarixdə Nizami rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Sözü gedən qətnamədə Cavabdeh İddiaçı xeyrinə 10205 (on min iki yüz beş) manat məbləğində borc pul tutulması qət edilmişdir. Cavabdeh Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli qətnaməsini müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiynə görə Bakı şəhəri Nizami rayonu Məhkəməsinin 29.04.2016-cı il tarixli 3(007)-220/2016 saylı qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi yerinə yetirməsi üçün yeni müddət təyin olunmasına, ona məsuliyyəti barədə 27.04 2017-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 02.06.2017-ci il tarixədək şəxsi maraqları naminə, cəmi 10205 (on min iki yüz beş) manat məbləğində borcunu tələbkara yəni ona ödənilməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli icra etməməklə ədalət məhkəməsinin nüfuzuna xələl gətirmişdir. Bu səbəbdən Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Sözü gedən hökmdən narazı qaldığına görə Bakı Apellyasiya məhkəməsinə Apellyasiya şikayəti etmiş, şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya məhkəməsinin 03 aprel 2018-ci il tarixli qərarı ilə Nizami rayon məhkəmsinin hökmü dəşiydirilərək, Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq edilərək üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Cavabdeh 2014-cü ilin iyun ayında ondan aldığı 10.205 manat borcun vermədiyinə görə 07.12.2017-ci il tarixdə Bank Respublika və X2 filiallıranda kredit pul götürmüşdür. Həmin banklara faiz və cərimələr ödəmişdir. Bundan sonra onun hüquqlarını məhkəmədə təmsil etmək üçün nümayəndələrə pul ödəmişdir. Nümayəndələrin köməkliyi ilə ərizələr tərtib edərək Nizami rayon məhkəməsinə müraciət etmişdir. Onun müraciətinə Nizami rayon məhkəməsində baxıldı və müvafiq qərar qəbul edildi. Bununla da Cavabdeh onu aldatmışdır. Buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsinin tərtibi və məhkəmədə onu təmsil etmək üçün nümayəndəyə pul ödəmişdir. Cavabdehin hərəkətlərinə uzun müddət vaxt sərf etmişdir, banklardan kredit götürmüş və beş il faizləri ödəmişdir. Bun görə külli miqdarda xərci çıxmışdır. Həmin xərcləri də yuxarıda qeyd etmişdir. Hazırda da həmin xərcləri cavabdehdən tələb etmək üçün iddia ərizəsini tərtib etməkdən ötrü və onu məhkəmədə təmsil etmək üçün nümayəndəyə pul ödəmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Eyni zamanda cavabdehin bu hərəkətləri onda əsəb, stres yaratmış və bu hərəkətləri ilə ona mənəvi ziyan vurmuşdur. Çünki, o, dəfələrlə cavabdehin yanına gedibgəlmiş, hər dəfə cavabdeh onu müxtəlif bəhanələrlə aldatmış, onu təhqir etmişdir. Buna görə də o, əsəb və stres keçirmişdir. Həmçinin, məhkəmənin çağırışına görə məhkəməyə hörmətlə yanaşaraq məcburiyyət qarşısında qalaraq işlərindən icazə alıb, növbələrdə dayanmış, işindən olmuş, məhkəmə iclaslarında iştirak etmişdir. Bu da, onda əlavə stres və əsəb yaratmışdır. Bununla o, mənəvi ziyan çəkmişdir. Ona görə də, həmin maddi və mənəvi ziyan pulunu cavabdehdən tələb etmək üçün hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək göstərmişdir ki, cavabdehin 2014-cü il tarixdən bu günədək iddiaçıya olan 10 205 manat borcunu ödəmədiyi hər kəsə məlumdur. Həmin dövrdən bu günədək Azərbaycan manatı dəfələrlə infilyasiyaya məruz qalmış və dəyər itirmişdir. Hətta 21.02.2015-ci il və 21.12.2015-ci il tarixdə ölkəmizdə manatın 200%ə yaxın inflyasiyası baş vermişdir. Ümumilikdə hər il üçün manatın dəyərdən düşməsini 15%-lə qəbul etsək hər ilə görə 1530 manat məbləğində, beş ilə görə isə 7500 manat məbləğində pulun indeksasiyası aparılmalıdır. Eyni zamanda 5 il müddətində hər ilə görə 5% olmaqla Mərkəzi Bankın uçot faiz dərəcəsinə görədə cavabdeh iddiaçıya pul ödəməlidir. Belə ki, hər ilə görə 510 manat ümumilikdə 5 ilə görə 2551 manat iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən, cavabdeh X1 7500 manat məbləğində (indeksasiyaya görə), 2551 manat (Bank uçot faiz dərəcəsinə görə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehə olan borcunu ödəyə bilməməsini Xaliddən pulu faizə götürməsini və qaytara bilməməsini, maddi imkanının aşağı olmasını iddiaçıya əlavə pul ödəyə bilməyəcəyini bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(007)- 504/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 10205 manat məbləğində borcun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən 2006-cı il tarixdən “orta dərəcəli nevrasteniya emosional iradi pozuntuları ilə” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır. - Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03 iyun 2020-ci il tarixli 1489 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən göstərilənlərə əsasən 04.03.2015-ci il tarixdən 31.12.2019-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə 100,205,00 manat pul vəsaitinin 31.12.2019-cu il tarixə hesablanmış cari dəyəri 13.603,26 manat məbləğində olması müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 10205 manat məbləğində borcun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı cavabde Cavabdeh qarşı maddi ziyan və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd olunan maddənin təfsirinə görə həmin maddə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsini müəyyən edir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası məsələlərini xüsusi olaraq tənzim edən ayrıca normativ hüquqi akt qəbul olunmadığına görə məhkəmə hesab edir ki, «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 17 iyun 1992ci il tarixli 174 saylı Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 sentyabr 1992-ci il tarixli 479 saylı qərarı ilə təsdiq edilmiş «İstehlak mallarının və xidmətlərinin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşməsi qaydası haqqında metodik təlimat» Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun olaraq şərh olunan maddədə nəzərdə tutulmuş məsələnin həlli üçün qanunun analogiyası qaydasında tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləği bu qanunla tənzimlənən indeksləşdirmə obyekti olmasa da, həmin qanunda tənzimlənən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına da tətbiq oluna bilər. Bu mənada Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsində ödənilməli olan pul məbləğlərinin indeksasiyasına dair prosessual hüquq normasının müəyyən olunmasının məqsədi tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından ibarətdir. İş üzrə təyin edilmiş Məhkəmə-mühasibatlıq ekspertizasının 03 iyun 2020-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə 10,205,00 manat pul vəsaitinin 31.12.2019-cu il tarixə hesablanmış cari dəyəri 13.603,26 manat məbləğində olması müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, Nizami rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(007)-504/2015 nömrəli qətnaməsi üzrə Cavabdeh tutulmalıolan10205manatpulvəsaitiindeksləşdirilərək, ideksasiya məbləğiİddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “bank uçot faiz dərəcəsinə görə 2551 manat məbləğində pulun tutulması hissəsini əsassız sayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən əldən çıxmış fayda tələb etməsi əsassızdır. Belə ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X1 İddiaçı xeyrinə 3398,26 manat (indeksasiyaya görə) vəsait və iddia qaldırılmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ekspertizanın keçirilməsinə sərf edilmiş məbləğ Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. X1 İddiaçı xeyrinə 3398,26 manat (indeksasiyaya görə) vəsait və iddia qaldırılmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145,0 manat pul X1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-267/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-267/2020
17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver