Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2671/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Şikayətçi İddiaçı şikayət verilən orqan Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “protokolun ləğvinə” dair şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şikayətçi İddiaçı şikayət verilən orqan Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “protokolun ləğvinə” dair şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2022-ci il tarixli iclas protokolunn ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, şikayət yolverilməzliyinə görə icraata qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırda şikayətçi İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə istinad edərək yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, şikayətçi hazırkı şikayətini inzibati xəta haqqında qərardan şikayət verilməsi hüququnu, qaydasını, vermə və baxılma müddətlərini tənzimləyən normalara istinad edərək əsaslandırsa da, iş materialları ilə müəyyən olunur ki, İddiaçı barəsində inzibati xəta haqqında qərar qəbul edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2022-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, X2 ərizəsi əsasında başlanılmış intizam icraatı üzrə vəkil İddiaçı irad tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 22ci maddəsinin Vİ bəndinə əsasən İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə irad tutma intizam tənbehi tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2022-ci il tarixli 10 saylı iclas protokolu ilə İddiaçı irad tutulsa da, həmin protokol İddiaçı hüquqlarını pozmur. Məhkəmə hesab edir ki, şikayətçi onun barəsində qərar qəbul edildiyi təqdirdə, bundan sonra pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, hesab edirəm ki, şikayətin icraata qəbulundan imtina edilməli, şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264 -cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi İddiaçı şikayət verilən orqan Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “protokolun ləğvinə” dair şikayətinin icraata qəbulundan imtina edilsin. Şikayət və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2671/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2671/2022
11.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver