Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2674/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsinin naturada bölünməsinə, 1/3 hissəsinin cavabdehə, 1/3 hissəsinin ona və 1/3 hissəsinin oğluna və nəvələrinə ayrılması, cavabdeh tərəfindən onun və hayat yoldaşının həmin yaşayış sahəsindən istifadəsindən yaradılan maneələrin aradan qaldırılması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində onun və həyat yoldaşının yaşamasına imkan vermir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3331/2021 saylı qətnaməsi ilə rədd edilmişdir. Hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin vəkili X2 izahat verərək bildirdi ki, iddiaçı yaşayış sahəsindən istifadə edilməsinə maneə yaradılması ilə bağlı Bakı şəhər Nizami Rayon Prokurorluğuna müraciət etmiş və həmin müraciət əsasında araşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının yaşayış sahəsindən istifadəsin maneə yaradılmır və cinayət işinin başalanılmasından imtina edilmişdir. İddiaçının və cavabdehin evinin qapısı ayrıdır. İddiaçı eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3331/2021 saylı qətnaməsi ilə hazırkı iddia tələbini rədd edilmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçıların izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək heab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsinin naturada bölünməsinə, 1/3 hissəsinin cavabdehə, 1/3 hissəsinin ona və 1/3 hissəsinin oğluna və nəvələrinə ayrılması” tələbinə dair 2(007)-3331/2021 saylı mülki iş olmuşdur. Həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3331/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "ümumi paylı mülkiyyətin naturada bölünməsi" tələbinə dair iddiası rədd edilmişdir. Göründüyü kimi baxılmış iddia üzrə həm tərəflər, həm tələb, həm də tələbin əsası eyni olmuşdur. Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə tələbə hüquqi qiymət verilərək, iddia rədd edilmişdir. Dolayısı ilə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının tələbi üzrə məhkəmə araşdırması aparılmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Belə olan halda iş üzrə icraata xitam verilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2674/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2674/2022
13.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver