Məhkəmə qərarları › İş №2(007)-2689/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2689/2025

01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2689/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vurulmuş maddi zərərə görə 2000 (iki min) manat, vurulmuş mənəvi zərərə görə 3000 (üç min) manat olmaqla, ümumilikdə 5 (beş min) manat, məhkəməyə müraciət üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 2900 (iki min doqquz yüz) manat miqdarında pul vəsaitinin, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cəmi 6500 (altı min beş yüz) manat məbləğində pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Dah sonra, iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona vurduğu maddi ziyana görə 24900 (iyirmi dörd min doqquz yüz) manat pulun, mülkiyyətində olan mənzili yararsız hala salmaqla əmlakına vurduğu ziyana görə 2900 (iki min doqquz yüz) manat pulun, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun cəmi 31440 (otuz bir min dörd yüz qırx) manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Hesab edir ki, onun cavabdehlərə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilkin iddia arasında qarşılıqlı əlaqə olduğundan, icraata qəbul edilərək, birgə baxılmalı və birgə qətnamə çıxarılmalıdır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(007)-2553/2024 saylı qərarı ilə Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvanında qohumları X5 və X7 ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qəsdən əli ilə bir dəfə Qalina Borisovnanın alın və üz nahiyəsinə, qəsdən əli ilə bir dəfə Natalya Çebotaryevanın əl və qol nahiyələrinə vurub fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslərin hər birinə ayrı-ayrılıqda ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bununla da, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Bundan başqa, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1663/2024. saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, məişət zorakılığından zərər çəkmiş şəxslər X4 və X13 məişət zorakılığı törətmiş şəxs Cavabdeh2 hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Cavabdeh2 məişət zorakılığından zərər çəkmiş şəxslər X4 və X6rşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilsin: 1. Zərər çəkmiş şəxslər X4 və X6rşı məişət zorakılığının təkrar törədilməsi. 2. Zərər çəkmiş şəxslər X4 və X13 narahatlıq gətirən hərəkətləri- onlara 100 metr məsafədə yaxınlaşması, onlarla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onları har hansı formada təqib etməsi, onlara zəng etməsi, sms və sair yazması, sosial şəbəkələrdə onların barəsində paylaşımlar etməsi qadağan edilməsi, Məişət zorakılığı törətmiş şəxs X15 isə uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə məsuliyyət izah edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və borclu X8 və Cavabdeh3 məişət zorakılığı törətməməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qətnaməsinin qüvvədə olduğu müddətdə Cavabdeh3 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1663/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, www.VOİCEPRESS Beynəlxalq Media və Araşdırma Mərkəzi.ru- internet portalında və "Voice Press" Beynlxalq Media və Araşdırma Mərkəzi adlanan internet portalında X1 və X9 barəsində rüsvayedici məlumatlar paylaşmaqda davam etmiş, məqaləsində qeyd etmişdir ki “Qeyd etmək gərəkir ki, mal-mülk üstündə vaxtaşırı jurnalist əməkdaşımıza və az yaşlı övladlarına hücum edən, xəsarət yetirən İddiaçı sevgilisi Sparinov Ruslanın yaxın qohumunun Bakıda xarici ölkələrin təmsil olunduğu, səfirliklərin birinin (hansı səfirlik olduğu hələ ki, dəqiqləşdirilir) əməkdaşıdır. Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, adı çəkilən şəxs səfirlikdə çalışan qohumunun səlahiyyətlərindən istifadə edərək bir çox məqamların üzərini qapatmağa müvəffəq olur. X10 Daxili İşlər Nazirliyinə müraciət edərək, mövcud durumu nəzarətə götürməyi tələb etmişdir. Sözü gedən qurum isə məsələnin araşdırılması üçün müvafiq tədbirləri 2023 ilinin dekabr ayından etibarən başlatsa da, hələ də jurnalist əməkdaşın və uşaqlarının təhlükəsizliyinin təmin olunması yönündə heç bir addım atılmayıb. Bununla yanaşı yaxın günlərdə, qohumu səfirlikdə çalışan şəxs tərəfindən Sparinov Ruslan ilə bağlı şikayətin geri götürülməsi və barışıq imzalanması üçün də X11 özünün və uşaqlarının canı ilə təhdit olunub. Qeyd edək ki, məsələ ilə bağlı araşdırmalarımız davam edir. Azərbaycan Ermənistan deyil! Burada hüquq və ədalət var! Bu dövlətdə heç kəs, qanundan üstün deyil! Cinayət törədən hər kəs kimliyindən asılı olmayaraq hüquq qarşısında cəbab verəcəkdir. Bundan başqa, "VOİCEPRESS Beynəlxalq Media və Araşdırma Mərkəzi" internet portalında 29 may 2024-cü il tarixdə X14 də qətnamənin icrasından qərəzli olaraq yayınmaqla, məqalə çap etdirərək, yenidən göstərmişdir ki, "onun həyat yoldaşına, uşaqlarına 3 yaşlı oğlu və 1 yaş yarımlıq qızına və qayınanasına hücumlar çox olur: "Məni hədələdilər ki, razılaşmasaq, qayınanamın evinə narkotik əkəcəklər. 8 aydır qarşılaşdığımız bu problemi heç kəs həll etmək istəmir" Yaşanan problemlə bağlı iddiaçının anası polisə ərizə ilə müraciət edib: Əməkdar neftçi İspat Amirovun həyat yoldaşı Fatimə Xanəmirovna müraciətində bildirib ki, İddiaçı, onun sevgilisi Sporınyev Ruslan, Çebotareva Qalina, Litvak Artemi, Litvak Vyaçeslav və Çebotarev Boris fevralın 9-da qızına və onun 3 yaşlı övladına hücum edərək, onları döyüb, kürəkəninə və qızına məxsus mənzilindən küçəyə atıblar. "Altı aydır ki, Natalya Ç. və Ruslan Sporınyevin və onların dostları fiziki xəsarətlə hədələnməsi ilə bağlı ifadələrlə polisə müraciət edirik. Hələ dekabr ayında qızı küçədə uşaqlarla gəzən zaman qışqıraraq üstünə qaynar su tökmüşdü. O da evinə gəlib, ona hücum edib, mənzilinin qapısına kerosin tökərək yandırmaq istəyib, blokdakı divarları sındırıb. Bir neçə dəfə 102-yə zəng etdim, amma heç kim gəlmədi. Bundan başqa, Məhkəmə qətnaməsinin qüvvədə olduğu müddətdə X14 tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1663/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, www.yenicag.ru-internet portalında X2 və X9 barəsində rüsvayedici məlumatlar paylaşmaqda davam etmiş, bundan başqa, "Yenicag" internet portalında 29 aprel 2024-cü il tarixdə Cavabdeh3 qətnamənin icrasından qərəzli olaraq yayınmaqla, məqalə çap etdirərək, yenidən göstərmişdir ki, onun həyat yoldaşına, uşaqlarına - 3 yaşlı oğlu və 1 yaş yarımlıq qızına və qayınanasına hücumlar çox olur: "Məni hədələdilər ki, razılaşmasaq, qayınanamın evinə narkotik əkəcəklər. 8 aydır qarşılaşdığımız bu problemi heç kəs həll etmək istəmir" Yaşanan problemlə bağlı iddiaçının anası polisə ərizə ilə müraciət edib: Əməkdar neftçi İspat Amirovun həyat yoldaşı Fatimə Xanəmirovna müraciətində bildirib ki, İddiaçı, onun sevgilisi Sporınyev Ruslan, Çebotareva Qalina, Litvak Artemi, Litvak Vyaçeslav və Çebotarev Boris fevralın 9-da qızına və onun 3 yaşlı övladına hücum edərək, onları döyüb, kürəkəninə və qızına məxsus mənzilindən küçəyə atıblar. "Altı aydır ki, Natalya Ç. və Ruslan Sporınyevin və onların dostları fiziki xəsarətlə hədələnməsi ilə bağlı ifadələrlə polisə müraciət edirik. Hələ dekabr ayında qızı küçədə uşaqlarla gəzən zaman qışqıraraq üstünə qaynar su tökmüşdü. O da evinə gəlib, ona hücum edib, mənzilinin qapısına kerosin tökərək yandırmaq istəyib, blokdakı divarları sındırıb. Bir neçə dəfə 102-yə zəng etdim, amma heç kim gəlmədi. Bu səbəbdən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1663/2024 saylı, 09.1)4.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh3 Tspatovnaya "sosial şəbəkələrdə onların barəsində paylaşımlar etməsi qadağan edilməsi, məişət zorakılığı törətmiş şəxs Cavabdeh2 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icrasını pozduğundan, "Yenicag" xəbər portalında 29 aprel 2024 cü il tarixində Cavabdeh2a adından qeyd edilmiş məlumatlar, X3 məxsus sənədlər heç bir araşdırma aparılmadan internet informasiya sistemində yayılaraq, şərəf və ləyaqətlərinə toxunan ifadələr qeyd edilmişdir. Bundan başqa, Cavabdeh3 "DCh" Youtube kanalında, "www.youtube.com/@DcHebo-Jamila Chebotareva - adlı kanalda onun ünvanına təhqiramiz ifadələr işlədərək, onun ünvanına "Müsəlmanları donuz kimi kəsmək doğramaq üçün çağırış etmişəm" deyə ifadələr işlətmiş və həmin video yazını facebook və instagram səhifələrində yayımlamışdır. Bütün bunlar nəzərə alınmaqla demək olar ki, Cavabdeh3 barəsində KİV-ə dediyi böhtanları bilə-bilə edib və heç bir halda əsaslı mənbələri olmayıb. Bundan başqa Cavabdeh3 barəsində böhtan dolu məlumatları saytlara verərkən onun çoxaldılması və daha çox insan içində şərəf və ləyaqətini alçatmaq hədəfinə nail olmaq üçün sonuncu "VOİCEPRESS Beynəlxalq Media və Araşdırma Mərkəzi" saytında "Azərbaycanlı jurnalistin evini əlindən almaqla kim təhdid edir?” başlıqlı yazının kütləvi şəkildə yayımlanmasına müvəffəq olmuşdur. O, cavabdehlərin barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Nizami rayon Məhkəməsinə bir neçə dəfə müraciət etsə də, şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin hesab edir ki, cavabdehlər tərəfindən onun şərəf və ləyaqətinə vurulmuş zərərin əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxs; ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir." “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın İ-ci bəndində qeyd olunur ki, “insan hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.

Tərəflərin izahatları :

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir.

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

5. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, qaynanasının və uşaqlarının xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmişdir.

6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

8. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

9. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

10. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

11. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

13. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.

14. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

15. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

16. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

17. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı; FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu:14221103; tarix:xx.xx.2025 saat:09:52:17) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı; FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu:14221103; tarix:xx.xx.2025 saat:09:52:17) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar