Məhkəmə qərarları › İş №2(007)-2727/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2727/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2727/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Əlı̇ yev İbrahı̇ m Rüstəm Bəy oğlunun, Cavabdeh, Cavabdehin nümayəndəsi Qassanzadə Rövşənin, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Əlı̇ yev İbrahı̇ m Rüstəm Bəy oğlunun Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev İbrahı̇ m Rüstəm Bəy oğlu Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə anası X3 arasında 03 dekabr 2013-cü il tarixdə aylıq ödəniş haqqı 100 manat olmaqla Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76 ünvanda yerləşən, ümumi sahəsi 68.3 kv.m olan qeyri yaşayış sahəsinə dair 5 il müddətinə icarə müqaviləsi bağlanılıb və həmin qeyri-yaşayış sahəsi 03 dekabr 2013-cü il tarixədək icarəçi Cavabdeh istifadəsinə verilmişdir. Həmin icarə müqaviləsinin 7.1 və 7.2-ci bəndinə əsasən, hazırki müqavilə notarial qaydada təsdiq edildiyi andan etibarən qüvvəyə minir, 5 il müddətinə qüvvədədir və icarə müddətinin son günü 03 dekabr 2018-ci tarixədək, saat 23:59-dək müəyyən edilib. 04 iyul 2018-ci il tarixli ‘‘bağışlama müqaviləsinə əsasən anası Rahilə Səfərova sözügedən qeyri-yaşayış sahəsini ona bağışlayır və 16 avqust 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında" Çıxarışa əsasən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Lakin, hazırda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh icarə müqaviləsinin müddətinin bitməsinə və ona qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsinə dair notarial qaydada bildirişin göndərilməsinə baxmayaraq, vaxtında oranın boşaldılaraq ona təhvil verilməsini təmin etməmişdir və beləliklə, ona maddi ziyan vurmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(007)-877/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və dəymiş zərərə görə 3000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən qeyri - yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən dəymiş maddi zərərə görə 2000 manat pulun tutularaq iddiaçıya verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2( 103)-8741/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.02.2020-ci il tarixli, 2(102)-764/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi- Cavabdeh dəymiş maddi zərərə görə 2000 manat pulun tutulması hissəsində dəyişdirilmişdir, həmin məbləğ 400 manat məbləğində müəyyən edilmişdir və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh müxtəlif bəhanələrlə müxtəlif instansiyalarda məhkəmə baxışları zamanı, həm də ki, qüvvəsini almış məhkəmə qərarının icrası zamanı ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını təmin etməmişdir, bununla da ona külli miqdarda ziyan vurmuşdur. Yalnız 12 oktyabr 2020-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təsdiq edilmiş aktla təhvil-təslim baş tutaraq qeyri-yaşayış sahəsi ona təhvil verilmişdir. Hazırda cavabdeh hər hansı hüquqi əsas, o cümlədən onun razılığı olmadan qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməklə, əslində onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dövlət tərəfindən tanınan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu pozmuşdur. Hazırda həmin ərazidə, həmin sahədə olan qeyri-yaşayış sahələrinin aylıq icarə haqqı 1000 manat civarındadır. Cavabdeh tərəfindən qanunsuz olaraq onun iradəsinə zidd olaraq ona məxsus qeyri-yaşayış sahəsinin istifadə edilməsi müddəti icarə müqaviləsinin bitməsindən sonra ilk dörd ayı nəzərə almamaq şərtilə 03 aprel 2019-cu il tarixdən təhvil-təslim aktı imzalanan-12 oktyabr 2020-ci tarixədək cəmi 1 il 6 ay 7 gün təşkil edir. Ayda 1000 manat icarə haqqı hesablanmaqla cavabdeh tərəfindən ona 18.230 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, cavabdeh istifadə etdiyi elektrik enerjisinə görə 250 manat borc yaranmışdır və həmin məbləği də ödəməkdən boyun qaçırmışdır. Eyni zamanda, cavabdeh qeyri yaşayış sahəsini boşaldarkən obyektin ayrılmaz hissəsi, konstruksiyasına aid olan 3 ədəd qapını sökərək aparmışdır. Qapıların hər birinin qiyməti 250 manat olmaqla, cəmi 750 manat ona ziyan vurmuşdur. Cavabdehin belə laqeyd və məsuliyyətsiz yanaşması həmçinin ona böyük mənəvi sarsıntı və iztirablar çəkməyinə səbəb olmuş, səhhətində problemlər yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 1922 manat məbləğində maddi zərərin, pulun vaxtında ödənilmədiyinə görə 12.10.2020-ci il tarixdən 08.05.2021 -ci il tarixə olan dövr üçün Mərkəzi Bankın uçot faiz dərəcəsi, yəni illik 6,5% olmaqla 729 manat məbləğində əldən çıxmış faydanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X5 vəsatət məhkəməyə müraciət edərək, vəsatəti onunla əsaslandırdı ki, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə" iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. 03 dekabr 2013-cü il tarixdə X3 ilə (hazırki işdə İddiaçı anası) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontorunda rəsmiləşdirilmiş icarə müqaviləsinə görə icarəyə verən X3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76 ünvanda yerləşən, ümumi sahəsi 68.3 kv.m. olan qeyri-yaşayış sahəsini (207 saylı çörək mağazasını) icarəçi Cavabdeh sahibkarlıq fəaliyyəti (iaşə) məqsədi ilə istifadəyə vermişdir. Cavabdeh da həmin sahədən (obyektdən) sahibkarlıq fəaliyyəti üçün istifadə etmişdir. Obyektin sahibkarlıq fəaliyyəti üçün digər şəxsin istifadəsinə (icarəyə) verilməsi də özlüyündə sahibkarlıq fəaliyyəti hesab edilir. İşin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ yev İbrahı̇ m Rüstəm Bəy oğlu vəsatətə etiraz edərək, vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və nümayəndəsi Qassanzadə Rövşən vəsatətin təmin olunmasını, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə vəsatəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan X3 adından etibarnamə əsasında çıxış edən X2 ilə Cavabdeh arasında bağlanmış 03.12.2013-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin RX seriyalı, ******* N-li «Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış»ı ilə onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76 ünvanında yerləşən, ümumi sahəsi 63.3 kv.m olan qeyri-yaşayış sahəni (207 saylı çörək mağazası) (bundan sonra "İcarə obyekti") sahibkarlıq fəaliyyəti (iaşə) məqsədi ilə İcarəçinin istifadəsinə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 adından etibarnamə əsasında çıxış edən X2 ilə Cavabdeh arasında 03 dekabr 2013-cü il tarixdə aylıq ödəniş haqqı 100 manat olmaqla Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76 ünvanda yerləşən, ümumi sahəsi 68.3 kv.m olan qeyri yaşayış sahəsinə dair 5 il müddətinə icarə müqaviləsi bağlanılıb və həmin qeyri-yaşayış sahəsi 03 dekabr 2013-cü il tarixədək icarəçi Cavabdeh istifadəsinə verilmişdir. Aylıq ödənişi X2 özü təyin etmiş və özü icarəçidən təhvil almışdır. 04 iyul 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Rahilə Səfərova sözügedən qeyri-yaşayış sahəsini Əlı̇ yev İbrahı̇ m Rüstəm Bəy oğluna bağışlamış və 16 avqust 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında" Çıxarışa əsasən qeyriyaşayış sahəsi mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76 ünvanda yerləşən, ümumi sahəsi 68.3 kv.m olan qeyri yaşayış sahəsində Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yəni qeyri-yaşayış sahəsində sex (dükan) açmaqla, şirniyyatlar bişirilmiş və onun satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. X3 ilə Cavabdeh arasında 03 dekabr 2013-cü il tarixdə bağlanmış icarə müqaviləsinin 1.1-ci maddəsindən açıq-aydın görünür ki, Rəhilə Səfərova qeyri-yaşayış sahəsini (207 saylı çörək mağazası) (bundan sonra "İcarə obyekti") sahibkarlıq fəaliyyəti (iaşə) məqsədi ilə İcarəçinin istifadəsinə vermişdir. Bundan başqa Cavabdeh fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Vergilər Nazirliyindən №(VÖEN) ********** qeydiyyatdan keçərək Şəhadətnamə almışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən tərəflər Cavabdeh qeyri-yaşayış sahəsində sex (dükan) açaraq, şirniyyatlar bişirib və onun satışı ilə məşğul olmasını etiraf edirlər. Məhkəmə iddia ərizəsini və vəsatəti araşdıraraq belə qənaətə gəlir ki, haqlı olaraq cavabdehin vəkili X5 vəsatətlə məhkəməyə müraciət etmiş, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini bildirmişdir. Məhkəmə hesab edir ki, ddiaçı Əlı̇ yev İbrahı̇ m Rüstəm Bəy oğlunun Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair 2(007)-2727/2021 saylı mülki işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 35.2, 44.2.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əlı̇ yev İbrahı̇ m Rüstəm Bəy oğlunun Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair 2(007)-2727/2021 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar