Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2727/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Şığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Şığorta Şirkəti ASC Cavabdeh qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Elantra” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 200 (iki yüz manat) sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 AZN (otuz manat qırx qəpik) dövlət rüsumu Cavabdeh tutularaq ‘'Atəşgah" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “X4” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədərək “Hyundai Elantrat” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra müəyyən olunmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində “Hyundai Elantra” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai Elantra” markalı, ** MS *** qeydiyyat nişanlı avtomobilə 250 (iki yüz əlli) manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 085994 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Hyundai Elantra” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 250 (iki yüz əlli) manat məbləğində ödəniş həyata keçirilmişdir. Bildirirlər ki, 250 (iki yüz əlli) manat sığorta ödənişindən cavabdeh tərəfindən 50 manat İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Xətai Rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “Atəşgah" sığorta şirkətinə dəymiş 200 (iki yüz) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD 158752 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2014-cü il buraxılışlı, ** MS *** dövlət qeydiyyat nişanlı, "Hyundai Elantra" minik markalı avtomobil X2 mülkiyyətindədir. - İcbari Sığorta Müqaviləsinin Yoxlanılmasına dair çıxarışdan görünür ki, xx.xx.2020ci il tarixdə (hadisə baş verən zaman) “X4” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi PAT********** saylı müqaviləyə əsasən İddiaçı Şığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. - Sığorta aktının İddiaçı Şığorta Şirkəti ASC tərəfindən təsdiqlənmiş surətindən görünür ki, zərər dəymiş əmlakın (** MS *** dövlət qeydiyyat nişanlı, "Hyundai Elantra" minik markalı avtomobil) təmiri üçün X2 hesabına 250 manat pul köçürülmüşdür. - İddiaçı Şığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli O-AP-20222529 saylı Pretenziya məktubundan görünür ki, Cavabdeh 250 manat sığorta ödənişinin 10 iş günü müddətində ödənilməsi tələb edilmiş, ödəmədiyi təqdirdə İddiaçı Şığorta Şirkəti ASC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. - TYP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixində “X4” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:35-də Xətai rayonu, M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. X1 İttifaqının "xxxx" MMC-nin mülkiyyətində olan “X4” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ** MS *** dövlət qeydiyyat nişanlı, "Hyundai Elantra" minik markalı avtomobilə qəzadan sonra avtomobilin tam bərpası və istismara yararlı vəziyyətə gətirilməsi üçün təmir xərcləri (işçilərin xidmət haqqı nəzərə almaqla) 250 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 250 manat sığorta ödənişi “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən X3 məxsus AZ04AİİB410100C**********121 nömrəli hesaba həmin tarixdə köçürülmüşdür; - Dövlət rüsumu haqqında xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı Şığorta Şirkəti ASC tərəfindən 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Şığorta Şirkəti ASC ilə Cavabdeh arasında PAT********** saylı sığorta müqaviləsi bağlanmış və “X4” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “X4” markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xətai rayonu, M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və ** MS *** dövlət qeydiyyat nişanlı, "Hyundai Elantra" minik markalı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Şığorta Şirkəti ASC 250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunan inzibati xəta haqqında protokolda Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 250 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Hazırda iddiaçı cavabdeh tərəfindən 50 manat ödəniş edildiyini qeyd edərək, 200 manat sığorta ödənişinin cavabdehin tutulmasına xahiş etmişdir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı Şığorta Şirkəti ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 200 manat sığorta ödənişi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi tutularaq İddiaçı Şığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 200 manat sığorta ödənişi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi tutularaq İddiaçı Şığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2727/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2727/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver