Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2730/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçi vətəndaşlıq vəziyyəti akt qeydinın düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi vətəndaşlıq vəziyyəti akt qeydinın düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxx 1958-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur.Ona doğum haqqında şəhadətnamə Naxçıvan MR İliç(Şərur) rayon VVADQ şöbəsi tərəfindən verilmişdir.Lakin onun adına doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında şəhadətnamənin ata qrafasında atasının adı düzgün yazılmamışdır.Belə ki,ata qrafasında onun öz adı, yəni “Ərizəçi” yazılmışdır.Halbuki atası Ələkbərov Qurban Manaf oğludur. Atası Ələkbərov Qurban Manaf oğlu 1971-ci ildə anası X8 ilə ailə qursa da,onunla rəsmi nikahda olmamışdır.Ona verilmiş doğum haqqında şəhadətnamədə atası “Ərizəçi” kimi göstərilsə də, Naxçıvan MR Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışda doğum akt qeydində ata qrafasında heç bir qeyd aparılmamışdır.Hal-hazırda atası rəhmətə getmişdir və doğum haqqında şəhadətnamədə düzəliş edilməsinə zərurət yaranmışdır. Doğum haqqında şəhadətnamədə səhvin düzəldilməsi üçün Naxçıvan MR Şərur rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də,düzəlişin aparılmasından imtina olunmuşdur.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən onun,yəni xx xxx 1958-ci ildə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş Ərizəçi Naxçıvan MR İliç(Şərur) rayon VVADQ şöbəsində aparılmış və 04 fevral 1971-ci il tarixdə tərtib olunmuş 46 nömrəli doğum akt qeydinin düzgün olmamasının müəyyən olunması və doğum akt qeydləri kitabında dəyişiklik edilərək ata qrafasında “Ərizəçi” əvəzinə “X4” yazılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 26 avqust 2021-ci il tarixli iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şəbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Türkan Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki,xx xxxx 1968-ci il tarixdə Naxçıvan MR-da anadan olmuşdur.X1,anası isə X5r.Ərizəni məhkəməyə təqdim edən qardaşı Əbdülün doğum haqqında şəhadətnamədə yanlışlıqla atasının adı əvəzinə onun öz adı yazılmışdır.Əbdül onun doğma qardaşıdır və o,xx xxx 1958-ci il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, xx xxxx 1971-ci il tarixdə Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. X1,anası isə X5r.Ərizəni məhkəməyə təqdim edən qardaşı Əbdülün doğum haqqında şəhadətnamədə yanlışlıqla atasının adı əvəzinə onun öz adı yazılmışdır.Əbdül onun doğma qardaşıdır və o,xx xxx 1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan: 76 saylı MKİS-dən verilmiş 07.05.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsindəki 12 saylı evin 68 saylı mənzilində qeydiyyatdadır. Doğum haqqında AB seriyalı,1884088 saylı şəhadətnamədən görünür ki, Ərizəçi xx xxx 1958-ci ildə Naxçıvan MR Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. Atası Ərizəçi ,anası isə X7r. Naxçıvan MR Ədliyyə Nazirliyi Kəngərli rayon Qeydiyyat Şəbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 02.09.2020-ci il tarixli məktubda qeyd olunur ki, “atalığın müəyyən olunmasının qeydə alınması valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsiylə aparılır.Valideyniniz vəvat eddiyindən Kəngərli Rayon Qeydiyyat Şəbəsində atalığın müəyyən edilməsinin qeydə alınması mümkün olmamışdır.Bu barədə müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur” Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 02.06.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,ərizəçiyə doğum haqqında şəhadətnamədə düzəlişin aparılmasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Nikah haqqında İ-ЖГ seriyalı 315168 saylı şəhadətnamədən görünür ki, X4 ilə X8 arasında 19 mart 1975-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Ölüm haqqında AZ-İ seriyalı,801566 saylıölüm haqqında şəhadətnamədən görünür ki, X4 03 dekabr 2001-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə zamanı Ərizəçi izahatı,şahid ifadələri eləcə də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də ərizəçiyə məxsus doğum haqqında şəhadətnamənin ata qrafasında X4 əvəzinə onun öz adı,Ərizəçi qeyd olunmuşdur.Ona görə də məhkəmə ərizənin təmin edilməsini və hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, qeyd olunan faktın hüquqi əhəmiyyəti olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Naxçıvan MR İliç (Şərur) rayon VVADQ şöbəsi tərəfindən ş 04 fevral 1971-ci il tarixdə tərtib edilmiş, ərizəçiyə məxsus 46 nömrəli doğum akt qeydinin düzgün olmaması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalı, doğum akt qeydləri kitabında dəyişiklik edilməklə ata qrafasında “Ərizəçi” əvəzinə “X4” qeydləri aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Naxçıvan MR İliç (Şərur) rayon VVADQ şöbəsi tərəfindən 04 fevral 1971-ci il tarixdə tərtib edilmiş, ərizəçiyə məxsus 46 nömrəli doğum akt qeydinin düzgün olmaması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Doğum akt qeydləri kitabında dəyişiklik edilməklə ərizəçinin ata qrafasında “Ərizəçi” əvəzinə “X4” qeydləri aparılsın. Bu qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2730/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2730/2021
27.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver