Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2747/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsəova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə “fiziki şəxsin sağlamlığana vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə “fiziki şəxsin sağlamlığana vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İnnova Konstrakşn ənd Kontraktinq MMC-dən 226,800 manat (iki yüz iyirmi altı min səkkiz yüz) maddi, mənəvi zərərə görə isə 150.000 (yüz əlli min) manat və iddia ərizəsinə görə ödənilmiş 330 (üç yüz otuz) manat dövlət rüsumu məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Azərsun Holdinq”-ə xx.xx.2014cü il tarixində işə alınmışdır. İş yoldaşları ilə birlikdə xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa etdiyi yaşayış binalarının tikinti sahəsində işləyərkən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində bir gözündən ağır yaralandığından, vaxtında göstərilməyən tibbi yardım səbəbindən bir gözünü itirirmişdir. Sonradan cavabdehin məsul işçiləri hadisəni gizlətməyə müvəffəq olmuşlar. Onu da aldığı əmək haqqı ilə özünü müalicə edəcəyi şərti ilə işdə saxlayacaqları ilə aldatmışlar. Müalicəyə pulu olmadığından bir müddət bu birləşmiş dəstənin sözünə uyaraq aldığı maaşla səhhəti ilə mücadilə etmişdir. Bir müddət keçdikdən sonra onu ixtisara salıb işdən çıxarmışlar və ona cavabdehin hüquqşünası Nazim (soy adını bilmir) ona vəd vermişdir ki, ona birdəfəlik kompensasiya təyin olunacaq. O gündən dəfələrlə cavabdehin hüquqşünası Nazimə müraciət etsə də hələ də onu aldadırlar. xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən ona tam yoxlanılmadan İstehsalatda baş verən badbəxt hadisə AKT N:01 tərtib edilmiş, sonradan ona xx.xx.2021-ci iltarixdə İstehsalatda baş vermiş hadisə ilə bağlı Sığorta ödənişi barədə akt tərtib edilsə də burada yenə saxtakarlıq edilərək aldığı əmək haqqının həcimi azaldılmışdır və işlədiyi müddətdə 700-800 manata qədər əmək haqqı alsa da əmək haqqı gizlədilərək aldığı əmək haqqı rəsmi 180 manat göstərilmişdir, bununla da şirkətin vergidən yayınma halları baş vermişdir. Elə bu olanlar səbəbindən istehsalatda gözünü itirsə də sonradan ona dəyərindən qat-qat az miqdarda sığorta müəyənləşdirilmişdir. Bu barədə Səbail Rayon Prokurorluğuna şikayət etmiş, xx.xx.2021-ci il tarixdə Səbail Rayon Prokurorluğunun müstəntiqi, 3-cü dərəcəli hüquqşünas Azər Əbdülov, icraatında olan 229-C-2021 nömrəli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında ona bu işlə bağlı mülki mühakimə üsulu qaydasında aidiyyəti məhkəmə orqanlarına müraciət etmək hüququnu izah etmişdir. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə onun sağlamlığına vurulmuş zərərin əvəzini ödəmir. Tərəfindən iddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum və digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından cavabdeh tərəfindən ödənilməlidir. Bundan əlavə cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, sarsıntı və iztirab keçirmişdir. Dəfələrlə cavabdehlə əlaqəyə çıxsa da hər dəfə onların yalanlarını dinləmişdir. Cavabdehin qanunsuz hərəkətləri, uzun müddət süründürməçilikdə qalmağı nəticəsində hal-hazırda birinci gözünün ağrıları səbəbindən ikinci gözü də fəaliyyətini itirmək üzrədir. Artıq bu səbəbdən onun sağlamlığına vurulmuş zərərə görə o, gələcəkdə qazanacağı nailiyyətlərindən, maddi gəlirlərindən məhrum olmuşdur. Əgər sağlamlığı yerində olsaydı, 65 yaşa qədər əmək qabiliyyəti ilə (65 yaşdan sonra pensiya-təqaüdü nəzərdə tutduqda), 38 yaşı olduğundan 27 il əmək fəaliyyəti ilə məşğul olacağı təqdirdə bir aylıq maaşı və gəliri orta hesabla təxmini olaraq 700 (yeddi yüz) manat olmaqla 27 ildə ümumi maaş və gəlirinin miqdarı 27 il x 12 ay = 324 ay x 700 manat =226,800 manat təşkil edir. Bu da onu sübut edir ki, Cavabdeh MMC-də sağlamlığını, yəni ən vacib orqanını itirməsə idi ailəsinin rifahı üçün gələcəkdə 226,800 manat maliyyə vəsaiti əldə edə biləcəkdi. İki körpə övladı, həyat yoldaşı, yaşlı ata və anası ilə birlikdə yaşayırlar. Onun sağlamlığının itirilməsi tək onun yox, bu qədər adamın maddi və mənəvi cəhətdən sarsılması deməkdir. Onların da yaşam tərzlərinin minimuma enməsi deməkdir. Qeyd olunanlara əsasən, onun sağlamlığına vurulmuş maddi zərər 226,800 manat dəyərindədir. Mənəvi zərər hesablanarkən cavabdehin xeyli müddət əsəblərində oynamağı, narahatlıq yaratması, dəymiş zərəri müxtəlif bəhanələrlə qaytarmaması, onu dövlət orqanlarının qapısını döyməyə təhrik etməsi kimi hallar nəzərə alınaraq 150.000 manat müəyyən edilməlidir. Eyni zamanda hər il gözünün protezinin dəyişdirilməsi üçün 1500 manat, gözünün protezinin qurumaması üçün aldığı dərmanların məbləği 460 manat civarındadır. Orta ömür sürməsini nəzərə alaraq 70 yaşa qədər bundan sonra 32 il, hər il protez dəyişmiş və dərmanları 1960 manat x 32 il = 62,720 manat xərc təşkil etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 məhkəməyə etiraz və mülahizələr ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlığına maddi ziyan vurulmasında cavabdeh təşkilatın təqsiri olmamışdır. Cavabdeh təşkilatın təqsiri olmadığı üçün iddiaçıya dəymiş ziyana görə cavabdeh maddi məsuliyyət daşımır. İddianın təmin edilməməsi üçün ən ciddi əsas odur ki, iddiaçının sağlamlığına maddi ziyan vurulmasında onun işəgötürəninin hər hansı formada təqsiri olmamış, bədbəxt hadisə ilə bağlı X7 tərəfindən aparılan yoxlamalar nəticəsində cavabdeh təşkilatın təqsiri müəyyən edilməmişdir. Belə ki, AR ƏƏSMN yanında X4 Xidməti rəisi F.Heydərovun xx.xx.2021-ci il tarixli Əmri ilə istehsalatda baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün yaradılmış Təhqiqat Komissiyasının araşdırmanın yekun nəticəsində qəbul etdiyi Təhqiqat Aktının 6cı bəndində bədbəxt hadisənin baş verməsində Cavabdeh MMC-nin Şərq texnikasına texniki xidmət üzrə sexin fəhlə-santexniki İddiaçı ehtiyatsızlığını və MMC-nin texniki mexaniki X8 zəif nəzarətini müəyyən etmişdir". Bundan əlavə Təhqiqat Komissiyasının İddiaçı aldığı yazılı izahatda İddiaçı baş vermiş bədbəxt hadisənin onun ehtiyatsızlığı ucbatından baş verdiyini, cavabdeh təşkilatın hər hansı təqsirinin olmadığını etiraf etmişdir. Həmçinin, İddiaçı birlikdə işlədiyi iş yoldaşı Emin Usubovun da X4 tərəfindən rəsmi yazılı izahatı alınmış, o da yazılı izahatında baş vermiş bədbəxt hadisənin iddiaçının öz ehtiyatsızlığı ucbatından baş verdiyini, cavabdeh təşkilatın hər hansı təqsirinin olmadığını bildirmişdir. Bədbəxt hadisə ilə bağlı əməyin mühafizəsi qaydalarının pozulmasına görə cavabdeh təşkilat və ya onun qanuni təmsilçisi (direktoru) barəsində istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılmasını həyata keçirən Təhqiqat Komissiyası araşdırma yekunlaşdırıldıqdan sonra nə cavabdeh hüquqi şəxsi və ya onun vəzifəli şəxslərini AR İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi üzrə əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb etmiş, nə də AR Cinayət Məcəlləsinin 162-ci maddəsi üzrə əməyin mühafizəsi qaydalarının pozulmasına görə cinayət məsuliyyətinə cəlb etmişdir. Bu fakt da bir daha onu göstərir ki, baş vermiş hadisədə cavabdeh təşkilatın və onun qanuni təmsilçisinin hər hansı təqsiri olmamışdır. İddiaçının başına gəlmiş bədbəxt hadisənin təqsirkarı onun ehtiyatsızlığı olduğu və cavabdeh təşkilatın və ya onun qanuni təmsilçisinin hər hansı təqsiri mövcud olmadığı üçün onun maddi məsuliyyəti də istisna olunmalıdır. Belə ki, AR Əmək Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq, istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığı pozulmuş işçilərə dəymiş ziyana görə müvafiq ödənişlərin ödənilməsi üçün baş vermiş bədbəxt hadisə işəgötürənin, yəni cavabdeh təşkilatın qanunazidd təqsirli hərəkəti nəticəsində baş vermiş olmalıdır. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari qaydada sığortalanmış, bədbəxt hadisə araşdırıldıqdan və müvafiq sənədlər təqdim edildikdən sonra ona sığorta ödənişi ödənilmişdir. Beləliklə, qeyd olunan sübut və dəlillərdən də göründüyü kimi, iddiaçının başına gələn bədbəxt hadisə onun özünün ehtiyatsızlığı ucbatından baş vermişdir. İddiaçı işlədiyi müddətdə ona şirkət tərəfindən mütəmadi olaraq təlimatlar keçirilmiş və işlərin görülməsi zamanı fərdi mühafizə vasitələri təqdim edilmişdir. Belə olduğu təqdirdə AR Əmək Məcəlləsinin müvafiq müddəalarına görə işəgötürənin, yəni cavabdeh təşkilatın işçi qarşısında maddi məsuliyyəti istisna olunur. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdehlə aralarında barışıq yoxdur. O, xx.xx.2017-ci il tarixdə, saat 11:45də zədə almışdır. O, əzildiyi gün əzildiyi üçün qışqıranda qonşu otaqdan Emin gəlib ondan nə olduğunu soruşmuş, lakin ona yardım göstərməmişdir. Sadəcə orada nə vəziyyətdə olduğunun şahidi olmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş aktda guya onu aparıb yardım göstərildiyi qeyd edilsə də, onu heç kəs xəstəxanaya aparmamış, özü xəstəxanaya metro ilə getmişdir. O, birinci olaraq Firuz həkimin yanına getmiş, sonra Firuz həkim ona “Avrasiya City” xəstəxanasına getməsini bildirmiş, o, orada 6-7 saat qalandan sonra işdən bir nəfər Yasin Rəsulov gəlib onu Zərifə Əliyeva adına göz xəstəxanasına aparmışdır. Şirkət yalan məlumat verərək onu xaricdə müayinə etdiklərini bildirmişdir, amma onun heç xarici pasportu yoxdur. O, Əmək Müfəttişliyinə müraciət etmiş, Əmək Müfəttişliyi ona pulun bir hissəsini sığortadan, bir hissəsini də məhkəməyə verib almağını bildirmişdir. Müfəttişlikdə Ləman xanım heç kəsin qarşısında başıaşağı olmadıqlarını demiş və o orada işləməyə davam etmişdir. Orada 140 manat əmək haqqı göstərmişlər, lakin o, 800 manat əmək almışdır. Onun etdiyi işi 2 nəfər görməlidir, amma o, orada tək olmuşdur. Bundan başqa əmək kitabçasında onun işlədiyi 8 ay müddət görünmür. Belə ki, əmək kitabçasında işlədiyi il olaraq 2015-ci il tarix yazmışlar, halbuki o, 2014-cü ildən orada işləmişdir. buradan belə çıxır ki, ona 8 aydan sonra əmək kitabçası açmışlar. Xəsarət aldıqdan sonra ona nəzarət edilməsi üçün heç kəsi təyin etməmişlər, o, Samir Abbaslını tanımır və 7-8 il ərzində görməmişdir. Samir guya təhlükəzilikdə işləyib, amma o, onu Əmək Müfəttişliyində görmüş, işdə belə bir adamın təhlükəsizlikdə işlədiyini bilməmişdir. O, həmçinin bildirdi ki, ona cavabdeh tərəfindən əməliyyat üçün 2500 manat, qardaşına isə onun müalicəsi üçün 1200 manat və 6 ay ərzində bulletendə olanda hər ay 550 manat vermişlər. Sığortadan da 12200 manat almışdır. O, mediasiyada barışıq üçün 50.000 istədiyini bildirmişdir. O, İİİ qrup əlildir, 120 manat pensiya alır və dərmanlarına xeyli xərc çəkir. Onun gözünün protezi dəyişir, ayda 30-40 manat protezə xərc çəkir. Dəmir yol xəstəxanasında həkim müayinəsindən keçir. Onun gözünə çəkdiyi 1500 manat və dərmanları ilə bağlı 460 manat ödənişlərin qəbzləri də mövcuddur. O, şirkətin rəhbərinə məktub yazsa da həmin məktublar gedib ona çıxmamışdır. İddiaçı iddia tələbində əmək haqqının 140 manatını çıxmamış, ümumi 700 manat məbləğ üzrə qoymuşdur. O, MMC-dən əmək haqqının 140 manatını kart ilə, digər hissəsini əlbəəl almışdır. Cavabdeh qeyd edir ki, nəzarətçi zəif nəzarət edir, amma həmin şəxs 4000 manat əmək haqqı alırdı. Bəs onu şirkət kimə tapşırmışdır ki, o, zədələndə onu həkimə aparsın. O, kəsici alıtlərlə işləmədiyi üçün eynək taxmağına ehtiyac olmamışdır. Şirkətdən ona hadisə barədə heç kimə bildirməmələri deyilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirdi və məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçının mediasiya prosesində təklif etdiyi 50.000 manat məbləğin rəhbərlik tərəfindən yüksək olduğu bildirilmiş, məhkəmədə qanuni prosedurların aparılmasını demişlər. Bununla yanaşı tərəflər arasında münasibət yaxşı olmamış, iddiaçı tərəfindən düzgün olmayan ifadələr işlədilmiş və rəhbərliyin gözündən düşmüşdür. Bundan başqa onlar onu işdən çıxarmamışlar, iddiaçı özü işdən çıxmışdır. İddaçıya iş təklif etmişlər, lakin o işləmək istəməmişdir. Onun hədə-qorxu ilə bağlı mesajları mövcuddur. Onların heç bir təqsiri yoxdur, hadisə iddiaçının təqsiri ucbatından baş vermişdir. Həmçinin, əmək mübahisələrində ziyan vurma faktı, təqsirli hərəkət və səbəb-nəticə əlaqəsi öz təsdiqini tapmalıdır, burada ziyan vurma faktı var, təqsirli hərəkət yoxdur, təqsirli hərəkət olmadığı üçün səbəb və nəticə əlaqəsi də yoxdur. Hazırki əmək mübahisəsində bu üç element yoxdur və bununla bağlı da Əmək Müfəttişliyinin rəyi var. Əgər burada bu 3 element olsa belə istehsalatda bədbəxt hadisələr zamanı zərərçəkmiş şəxs əgər sığortalanmışdırsa onda şirkət maddi məsuliyyət daşımır. Bununla bağlı şirkətə heç bir cərimə və sanksiya tətbiq edilməmişdir. İddiaçı özü polisə müraciət etmiş və orada cinayət işinin başlanımasına dair qərardad çıxarılmışdır. İddiaçı əmək haqqı məbləği 160 manatla rəsmiləşdirilmiş, şirkət ona 1600 manat yardım vermiş və əvvəlki xərclərini çəkmişdir. İddiaçı şikətin ömür boyu hesabına yaşamaq istəyir. Transfer məsələsi də belədir ki, onlarda bir tikinti şirkəti var və ancaq İnnovada yerləşdirmək olar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinin tələblərini nəzərə alaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-nin ünvan 1 ünvanda inşa etdiyi yaşayış binalarının tikinti sahəsində işləyərkən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində iddiaçı bir gözündən ağır yaralanmışdır. İddiaçıya İİİ dərəcəli əlillik verilmiş, diqanoz olaraq göz almasının çıxması, OS-Anoftalm. Monokulyor qoyulmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə 001 saylı, İstehsalatda baş verən badbəxt hadisə haqqında akt tərtib edilərək bildirilmişdir ki, İddiaçı E.Usubovun köməkliyi ilə mətbəx otağına daxil olan borudan başlayaraq boruları bir-birinin ucuna bağlamağa başlamışdır. Təxminən saat 11:40 radələrində kanalın künc hissəsində boruları bir-birinin ucuna bağlayıb bərkidən zaman İddiaçı əlində olan açarın biri ilə borunu saxlamış, digər əlində olan açarla isə ikinci borunu bağlamaq istəmişdir. Həmin vaxt onun əlindəki açar kanalın künc hissəsində olan və kanalın papağının saxlanması üçün nəzərdə tutulmuş plastikə möhkəm sıxıldığından plastik yerindən qırılmış və onun sol gözünə dəyərək xəsarət yetirmişdir. İş yoldaşı E.Usubov dərhal ona kömək edərək aşağı düşürtmüş və iş rəhbəri X6 cəmiyyətin həkiminin yanına göndərmişdir. Aktda əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər olaraq X10 və İddiaçı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə əlqaqədar tibbi sosial ekspert komissiyasına məktub ünvanlayaraq İddiaçı xəsarət alması ilə nəticələnən bədbəxt hadisə X4 Xidməti tərəfindən yaradılmış komissiya tərəfindən araşdırılmış və hadisə istehsalat xarakteri hesab olunaraq müəssisədə uçota alınmışdır və İddiaçı aldığı xəsarətlə əlaqədar əlillik dərəcəsini və əmək qabiliyyətini itirməsinin müəyyən edilməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanması haqqında qərar ilə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı işləmiş olduğu Cavabdeh MMC-yə qarşı işlədiyi müddətlərdə ona verilən əmək haqqının məbləğinin azaldılması, ona dəyərindən az miqdarda sığorta haqqının müəyyənləşdirilməsi tələbləri ilə bağlı mülki mühakimə üsulu qaydasında aidiyyəti məhkəmə orqanına müraciət etmək hüququ izah olunmuşdur. Eyni zamanda qərarda xx.xx.2021-ci il tarixli əmrlə yaradılmış Tahqiqat Komissiyasının rəyində göstərilən bədbəxt hadisənin baş verməsində iddiaçının ehtiyatsızlığı, texniki mexanik X8 zəif nəzarətini müəyyən etmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli əmrlə yaradılmış Təhqiqat Komissiyasının rəyində İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunduğu, onun tibbi müayinədən xx.xx.2015-ci il tarixdə keçdiyi, bədbəxt hadisənin MMC-nin rəhbərliyi tərəfindən iş vaxtı xüsusi geyimlərdən, fərdi mühafizə vasitələrindən istifadə etməklə işlədilməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməklə işləmələrinə nəzarət etmək tələblərinə riayət edilməməsi nəticəsində baş verməsi qeyd edilmişdir. İzahatları alınmış İddiaçı və E.Usubov onlara ƏM və TT qaydalarının təlimatlarının keçirilməsi sualına mütəmədai təlimatlara riayət edildiyini, bununla bağlı müvafiq sənədlərə imza etdiklərini, təhlükəsizlik üçün verilən əşyalardan müəyyən olunan yerlərdə istifadə etdiklərini, həmin gün ehtiyac olmadığı üçün iddiaçının eynəkdən istifadə etmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.2-ci maddəsinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 195-ci maddənin “c” bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 238-ci maddəsinə əsasən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.5-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq, məhkəmə İddiaçı iddia tələbinin “cavabdeh “İnnova Konstrakşn ənd Kontraktinq MMC-dən 226,800 manat (iki yüz iyirmi altı min səkkiz yüz) maddi ziyanın ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ƏM-nin 239.1-4-cü maddəsində qeyd olunan hallar həmin maddənin 5-ci hissəsində nəzərdə tutulan qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Hazırda hər iki tərəfin də bildirdiyi kimi iddiaçıya sığortadan 12.200 manat məbləğ ödəniş edildiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçının başına gələn bədbəxt hadisənin cavabdehin təqsiri ucbatından baş verməsi ilə bağlı işəgötürən hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixli əmrlə yaradılmış Təhqiqat Komissiyasının rəyində də öz izahatında həmin mühafizə qaydalarına riayət edildiyini, sadəcə hadisənin baş verdiyi gün ehtiyac olmadığı üçün qoruyucu eynəyi taxmadığını bildirmişdir. Həmçinin tərəflərin izahatına əsasən istehsalatda baş verən bədbəxt hadisəyə görə iddiaçıya sığorta təşkilatı tərəfindən sığorta ödənişi, Cavabdeh MMC tərəfindən isə istehsalatda baş verən bədbəxt hadisəyə görə müalicəsi ilə bağlı müəyyən məbləğdə ödənişlər edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı maddi ziyana görə söğorta ödənişi və əlilliyinə görə aylıq 120 manat pensiya aldığı halda həmin vəsaitlər nəzərə alınmadan məhkəmə tərəfindən əlavə olaraq əmək haqqısının 700 manat qəbul edilməklə 65 yaşa qədər əmək fəaliyyəti ilə məşğul olacağı təqdirdə əmək haqqısının və gəlirinin orta hesabla 226800 manat müəyyən edilməklə həmin məbləğdə ona cavabdeh tərəfindən vəsait ödənilməsi barədə qərar qəbul edilməsini tələb etməkdə haqqlı olmamışdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh “İnnova Konstrakşn ənd Kontraktinq MMC-dən mənəvi zərərə görə 150.000 (yüz əlli min) manat pul tutulması” hissəsiə münasibətdə bildirir ki, hazırki tələb əsas tələb olan maddi ziyan tələbindən irəli gələn törəmə tələbdir, əsas tələbin əsassız olması, təmin edilməməli olmaması müəyyən edildiyi halda törəmə tələbin də təmin edilməsi üçün əsaslar yoxdur, ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş 330,0 manat dövlət rüsumu və onun tərəfindən çəkilmiş 50 manat mediasiya xərci Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ona aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə “cavabdeh “İnnova Konstrakşn ənd Kontraktinq MMCdən 226,800 manat (iki yüz iyirmi altı min səkkiz yüz) maddi, mənəvi zərərə görə isə 150.000 (yüz əlli min) manat və iddia ərizəsinə görə ödənilmiş 330 (üç yüz otuz) manat dövlət rüsumu məbləğində pul tutularaq ona ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə “cavabdeh “İnnova Konstrakşn ənd Kontraktinq MMC-dən 226,800 manat (iki yüz iyirmi altı min səkkiz yüz) maddi, mənəvi zərərə görə isə 150.000 (yüz əlli min) manat və iddia ərizəsinə görə ödənilmiş (üç yüz otuz) manat dövlət rüsumu məbləğində pul tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 330 manat dövlət rüsumu və 50 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2747/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2747/2022
03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver