Məhkəmə qərarları › İş №2(007)-287/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-287/2023

02.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-287/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına qarşı istifadə hüuqlarının itirilmiş hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 qızına qarşı qarşı istifadə hüuqlarının itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 90 saylı evin, 80 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilli 18 iyun 2022-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasında Cavabdeh1 almışdır. Sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 iyul 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Cavabdeh1 mənzili satandan sonra öhdəsinə götürmüşdür ki,2 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürdü ki, cavabdehlər qeydiyyatdan çıxıblar, lakin 2 Saylı Bakı “Asan Xidmət” Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları qeydiyyatda qalıblar. Cavabdehlərin onu mülkiyyətimdə olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızının və yetkinlik yaşına çatmayan uşaqları X1, X2 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 90 saylı evin, 80 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş edir Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 90 saylı evin, 80 saylı mənzili 05 iyul 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə həmin tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qızı həmin mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışna əsasən qızının Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 90 saylı evin, 80 saylı mənzili 05 iyul 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi həmin tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qızı mənzil satıldıqdan sonra həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızının və yetkinlik yaşına çatmayan uşaqları X1, X2 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 90 saylı evin, 80 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızının və yetkinlik yaşına çatmayan uşaqları X1, X2 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 90 saylı evin, 80 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar