Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2875/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Ərizəçi İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Maraqlı şəxs qismində cəlb olunmaqla “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Maraqlı şəxs qismində cəlb olunmaqla “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29 avqust 2007-ci ildə Masallı rayonunun Həsənli kəndində anadan olmuş qızı İddiaçı doğum haqqında Azərbaycan Respublikası Masallı RİHB-nin Həsənli ərazi üzrə nümayəndəsi tərəfindən 05 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş 66 nömrəli doğum akt qeydinin düzgün olmaması müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitabına dəyişilik edilərək soyadının «Hüseynova» əvəzinə «Əlizadə» qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qanuni nümayəndə ərizəsinə cavab verilmişdir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin doğum akt qeydini Masallı RİHB-nin Həsənli İcra Nümayəndəliyi apardığından ərizəçi ilkin olaraq Masallı RİHB-nin Həsənli İcra Nümayəndəliyinə müraciət etməli idi. Görünür ki, İddiaçı AZ-İ seriyalı 974861 nömrəli doğum haqqında şəhadətnaməsində və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində soyadı «Hüseynova» yox «Əlizadə» qeyd edilmişdir. Qeyd olunanlara əsasən ərizəçi Masallı RİHB-nin Həsənli İcra Nümayəndəliyinə müraciət etməlidir. Əgər ərizəçi imtina cavabı alarsa aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, ərizəçi aidiyyəti orqana müraciət etmədiyindən ərizə əlavə olunmuş sənədlərlə birlikdə Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, qeyd olunan nöqsana əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsan aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti orqana müraciət etmək hüququ ərizəçiyə izah edilməlidir. Həmçinin ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli 26167 nömrəli qəbzdən görünür ki, ərizəçi İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 101 manat ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 273550960, terminal nömrəsi: K0123005, büdcə səviyyə kodu: 142213, mədaxil qəbzi: 26167, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 12:44) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə belə qənaətə gəlirəm ki, ərizəçi İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə oğunun Maraqlı şəxs qismində cəlb olunmaqla “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi geri qaytarıldığından, ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə oğunun Maraqlı şəxs qismində cəlb olunmaqla “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin verilməsinə görə ərizəçi İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən ödənilmiş 101 manat ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 273550960, terminal nömrəsi: K0123005, büdcə səviyyə kodu: 142213, mədaxil qəbzi: 26167, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 12:44) məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti orqana müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2875/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2875/2023
15.09.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver