Məhkəmə qərarları › İş №2(007)-2881/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2881/2025

29.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2881/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ağaylı qızına qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh Ağaylı qızına qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh Ağaylı qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağaylı qızından 750 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxından tanıdığı Cavabdeh Ağaylı qızı 2023-cü ildə ondan 750 əyarlı qızıl sepi 1200 manata alıb. Həmin pulun 450 manatını dərhal, qalan 750 manatı hissəsini isə yaxın vaxtlarda ödəyəcəyinə söz verib. Lakin çox təəssüf ki, bu günə qədər cavabdeh hələ də vədinə əməl etməyib. Hər dəfə o müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. O bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə şikayət edib. PB-də izahatı alınan Cavabdeh borclu olduğu 750 manat pulun yaxın günlərdə qaytaracağına söz verib. Eyni zamanda qeyd olunan mübahisəli məsələnin mülki xarakterli məsələ olduğu qeyd olunmaqla məhəkməyə müraciət olunmağı tövsiyyə olunub. PB-nin xx.xx.2025-ci il tarixli məktubu işə əlavə olunur. Göründüyü kimi cavabdeh ona olan borcunu etitaf etsə də, yenə də ödənişdən yayınıb.

İş materialları:

3. Bakı şəhər Nizami RPİ-nin 23-cü polis bölməsinin xx.xx.2025-ci il tarixli 3-13-52- 1/2T-17224 saylı məktubundan görünür ki, şikayətçi olduları Cavabdeh izahatı alınıb, sonuncu izahatında İddiaçı borclu olduğu 750 manat puldan müəyyən məbləğini yaxın günlərdə ödəyəcəyinə söz verib. Eyni zamanda müraciətdə qeyd olunan mübahisəli məsələnin mülki xarakterli məsələ olduğu müəyyən edilib. Yaranmış problemli məsələ ilə bağlı İddiaçı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Araşdırma zamanı cinayət və inzibati tərkib aşkar edilməyib. Odur ki, xx.xx.2025-ci il tarixli, 52/1-T- 17224 nömrəli ərizəsi əsasında toplanmış material Nizami RPİ nin 23-cü PB-nin dəftərxanasında işə alınıb.

4. Mədaxil qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsi İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ümumilikdə 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

5. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. xx.xx.2025-ci il tarixli məhəmə iclasında İddiaçı növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh Ağaylı qızı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. 750 manat məbləği iddiaçıya qaytarmağa razıdır. Etirafın nəticələri ona aydındır.

Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər;

İşin faktiki halı:

10. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılığa əsasən iddiaçı tərəfindən cavabdehə 1200 manat dəyərində qızıl boyunbağı satılıb, cavabdeh isə həmin qızıl sepin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürüb. Cavabdeh 450 manat pulu iddiaçıya qaytarsa da, öhdəliyini tam icra etməyib. Bu səbəbdən də, iddiaçı 750 manat məbləğində pulun ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

12. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh Ağaylı qızı iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh Ağaylı qızının iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

Nəticə:

13. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Ağaylı qızından 750 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

Məhkəmə xərcləri:

14. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Ağaylı qızından 750 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar