Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-29/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı X1 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sədrəddinovaya qarşı “naturada bölünmə və hərracdan satılma” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər X2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı, iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ЕTDİ: İlk iddia üzrə iddiaçı X3 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sədrəddinovaya qarşı “naturada bölünmə və hərracdan satılma” tələbinə dаir ilk iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin bərabər paylarda naturada bölünüb ona təhvil verilməsi, naturada bölgü mümkün olmadıqda isə açıq hərracdan satılması və satış pulunun əmlakda paya mütənasib olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər X2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 çıxarışın verilməsinə əsas olmuş xx.xx.2019-cu il tarixdə aparılmış ********* saylı qeydiyyatın və onun adına verilmiş çıxarışın etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək bildirmişdir ki, dəfələrlə iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Ona görə də mülki işin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi ilk iddia üzrə iddiaçı X3 dəfələrlə məhkəmə iclaslarında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 mülki işin baxılmamış saxlanmasını xahiş edir. Belə olan halda, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının məhkəmə iclaslarında iştirak etməməsini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 ərizəsini nəzərə alaraq, həm ilk iddia ərizəsi həm də qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərə büdcədən geri qaytarılmalıdır. İlk iddia üzrə iş materiallarına əlavə edilmiş 35344 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 35344, əməliyyat İD: K**********03936, terminal nömrəsi: K0100033, büdcə səviyyə kodu: 142211, qəbz nömrəsi: 35344, GPP qəbz nömrəsi: 679020069, tarix: xx.xx.2020-ci il, saat: 23:09:40) görünür ki, X3 hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qarşılıqlı iddia üzrə iş materiallarına əlavə edilmiş ********* nömrəli mədaxil qəbzindən ("xxxx" KB ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********93, qəbz nömrəsi: 874794868, tarix: xx.xx.2023, saat: 17:33:54) görünür ki, Cavabdeh1 hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçı X1 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sədrəddinovaya qarşı “naturada bölünmə və hərracdan satılma” tələbinə dair ilk iddiası baxılmamış saxlanıldığından ödənilmiş 30.40 manat, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər X2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlanıldığından ödənilmiş 100 manat məbləğində dövlət rüsumları tərəflərə büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı X1 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sədrəddinovaya qarşı “naturada bölünmə və hərracdan satılma” tələbinə dair ilk iddia ərizəsi baxılmamış saxlanılsın. İlk iddia ərizəsinin verilməsinə görə X3tərəfindən ödənilmiş 30.40 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 35344, əməliyyat İD: K**********03936, terminal nömrəsi: K0100033, büdcə səviyyə kodu: 142211, qəbz nömrəsi: 35344, GPP qəbz nömrəsi: 679020069, tarix: xx.xx.2020-ci il, saat: 23:09:40) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər X2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat ("xxxx" KB ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********93, qəbz nömrəsi: 874794868, tarix: xx.xx.2023, saat: 17:33:54) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-29/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-29/2023
04.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver