Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2934/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsi üzrə pul tələbi, subyektiv hüquq”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 806 (səkkiz yuz altı) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Mercedes-Benz 190" markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X5 1700 (bır min yeddi yüz) manata almağa razılaşmış, bu məqsəd ilə 15.04 2025-ci il tarixdə Rəvana 1000 manat və 16.04 2025-ci il tarixdə maşının sahibi olan Cavabdeh isə 700 (yeddi yüz) manat pul vermişdir. Sözü gedən maşın Təbrizin tanışı X11 adına olmuşdur. xx.xx.2025-ci il tarixdə ona elektron etibarnamə verilmiş və o maşınım mühərriki nasaz olduğu üçün evakuatorla götürüb aparmışdır. Sonradan Rəvan ilə Cavabdeh arasında olan pul probleminə görə Təbriz ona verilmiş etibarnaməni xx.xx.2025-ci il tarixdə ləğv etdirib maşını geri istəmişdir. O, da əlacsız qalıb maşını evakuatorla geri qaytarmışdır. Buna baxmayaraq Cavabdeh ona verdiyi 700 manat pulu, elektron etibarnamə üçün verdiyi 36 manat və evakuator üçün verdiyi 70 manat olmaqla, ümumilikdə 806 manat pulu bugünə kimi geri qaytarmamış və ona borclu qalmışdır.
İş materialları :
3. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30.60 manat dövlət rüsumu ödənilmişdir.
4. Nizami RPİ-nin 23-cü PB-in məsul növbətçi əvəzi polis kapitanı Mehdi Seyidov tərəfindən Nizami RPİ-in 23-cü PB-in rəisi polis polkovnik-leytenantı Xəyal Şükürova yazılmış HK-2-965 saylı raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:25-də DİNnin 102 xidməti-zəng mərkəzi N-********** saylı məlumatda vətəndaş X14 zəng edərək Rəvan adlı şəxsdən 2 həftə öncə etibarnamə ilə “Mersedes” markalı AZ ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili 1700 manata alması lakin avtomobilin Pərviz adlı şəxsə məxsus olması, avtomobili Rəvan adlı şəxsin də etibarnamə ilə idarə etməsi, Rəvan adlı şəxsin Pərvizə borcu olması səbəbilə etibarnaməni ləğv etməsi, avtomobili geri istəmələri barədə məlumat vermişdir.
5. İddiaçı Nizami RPİ-nin 23-cü PB-də verdiyi izahatdan görünür ki, oğlu X14 “Tiktok” sosial şəbəkəsində tanış olduğu Rəvan adlı şəxsdən “Mersedes 190” markalı 99RE248 dövlət qeydiyyat nişanlı avtomobil almaq üçün aralarında 1700 manata razılaşmış və evakuator sürücüsü Şəmiyə 100 pul verilmiş, Rəvanın yaşadığı Zığ qəsəbəsindən götürüb Sumqayıta aparılmışdır. 1000 manat pulu Rəvana verdikdən sonra etibarnamənin verilməsini istədikdə Rəvan etibarnamənin sabah veriləcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə yeznəsi Namiq Keşlə qəsəbəsində məscidin yaxınlığında Təbriz adlı şəxslə görüşüb 700 manat pulu Namiqdən alıb onlayn etibarnamə vermişdir. Həmin gündən bir neçə gün sonra xx.xx.2025-ci il tarixdə Təbriz oğluna zəng edərək Rəvanın ona borcu olduğunu və borcunu qaytarmadığı üçün etibarnaməni ləğv edəcəyiini bildirmişdir.
6. X8 Nizami RPİ-nin 23-cü PB-də verdiyi izahatdan görünür ki, “Tiktok” sosial şəbəkəsində tanış olduğu Rəvan adlı şəxslə 055 982 64 16 nömrə ilə telefonla danışıb onun satdığı “Mersedes 190” markalı 99RE248 dövlət qeydiyyat nişanlı avtomobili 1700 manata almaq barədə razılaşmışlar. 100 manat pul qohumu Şəmiyə verib maşını evakuatorla xx.xx.2025-ci il tarixdə Zığ qəsəbəsindən Sumqayıta aparmasını xahiş etmişdir. Şəmsi Rəvanla görüşüb Zığda 100 manat pulu Rəvana vermiş və maşını götürüb Sumqayıta aparmışdır. xx.xx.2025-ci il tarixdə yeznəsi Namiq Keşlə qəsəbəsində məscidin yaxınlığında Təbriz adlı şəxslə görüşüb atasının adına etibarnamə verməsi üçün 700 manat pul vermişdir. Həmin gün atasının adına onlayn etibarnamə verilmişdir. xx.xx.2025ci il tarixdə ona 055 215 16 64 nömrəsindən Təbriz zəng edərək atasının adına verdiyi etibarnaməni ləğv etdiyini bildirmiş və səbəbi qismində isə Rəvanın ona pul borcunun olduğunu demişdir. Maşını ona geri qaytarmasını tələb etmişdir. Bundan sonra o, Rəvana zəng edib ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Rəvan isə pulu olmadığını bildirmişdir. Rəvanın atasının 070 204 63 39 nömrəsinə zəng edib oğlu Rəvanın maşın üçün ondan aldığı 1000 manat pulu geri qaytarmasını tələb etmiş, atası isə ona hazırda pulu olmadığını kredit ödədiyini bildirmiş və 2 aydan sonra pulu qaytaracağını demişdir. Ondan sonra o, atasına aldığı maşının etibarnaməsini ləğv etdiyi üçün Rəvan və Təbriz adlı şəxsdən şikayət etmişdir.
7. Cavabdeh Nizami RPİ-nin 23-cü PB-də verdiyi izahatdan görünür ki, təxminən 5 ay bundan əvvəl ona məxsus olan “Mersedes 190” markalı 99RE248 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında X7 aralarında 5400 manata razılaşmış, ayda 350 manat ödəmək şərti ilə 12 ay müddətinə satmışdır. Həmin puldan 3 ay ərzində 1050 manat ödəniş etmişdir. 2025-ci ilin aprel ayında Rəvan ona zəng edərək maşını ondan xəbərsiz Firudin adlı şəxsə satmışdır. O, öz etirazını bildirmişdir. Həmin vaxt Rəvan ona İddiaçı etibarnamə verməsini xahiş etmiş və ona sabah, xx.xx.2025-ci il tarixdə İddiaçı adına etibarnamə verməyini bildirmişdir. Həmin tarixdə Firudinə etibarnamə verərkən ona 700 manat pulu Keşlə məscidinin yanında vermiş, sonra çıxıb getmişdir. Növbəti ay Rəvan ona pulunu vermədiyi üçün Firudinin oğlu Turalla danışıb atasına verdiyi etibarnaməni ləğv etdiyini bildirmişdir. Sonra maşını Tural evakuatorla gətirib ona təhvil vermişdir. Maşını təhvil verərkən motor dağılmış vəziyyətdə idi. Akkumlyator, moqintafon, kolonkolar, sol oturacaqlar və digərləri sökülmüş vəziyyətdə idi.
8. xx.xx.2025-ci il tarixli “nəqliyyat vasitəsinə sərəncam verilməsi”nə dair etibarnamədən görünür ki, Cavabdeh “Mersedes 190” markalı 99RE248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair İddiaçı sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyadan çıxarmaq kimi səlahiyyətlər vermişdir.
9. İş materiallarına “WhatsApp” yazışmaları və 1 ədəd Disk əlavə edilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, maşına dair etibarnamə ona verilsə də, maşının pulunu oğlu vermişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Şahid İfadələri :
12. Məhkəmə iclasında dindirilən şahid X14 izahatında bildirmişdir ki, iddiaçı onun atasıdır. O, sosial şəbəkədə paylaşımlar edir və maşın ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olur. Sosial şəbəkədə Rəvanla tanış olmuş, Rəvan ona bildirmişdir ki, maşın var. Maşını almaq üçün Rəvanla razılaşmış və əvvəlcə Rəvana 1000, səhəri gün yeznəsi 700 manat pulu cavabdehə vermişdir. Ondan sonra cavabdeh atasının adına etibarnamə vermişdir. Maşının alqı-satqısına dair danışıqları o aparmış, pul vəsaitini o vermişdir. Lakin maşını ona görə atasının adına etibarnamə ilə almışdır ki, özü sosial müavinat alır. Etibarnamə ləğv olunadan sonra bilmişdir ki, Rəvanın cavabdehə borcu var. Maşının bəzi ehtiyyat hissələrini (çexol, ön qapı) satsa da onları bərpa edib, sonra geri qaytarmışdır.
13. Məhkəmə iclasında dindirilən şahid X18 izahatında bildirmişdir ki, işin hallarından məlumatlıdır. Cavabdehə pulun verilməsində o iştirak etmişdir. Tural ona zəng edib maşın aldığını, onun pulunu vermək lazım olduğunu bildirmiş, o, da Tural ilə görüşmüş, pulu Turaldan götürüb və cavabdehə aparıb vermişdir.
İşin faktiki halı :
14. “Mersedes 190” markalı 99RE248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən etibarnamə əsasında hissə-hissə ödəmə şərti ilə X1.
15. Sözügdən nəqliyyat vasitəsi X12 tərəfindən 1700 manata İddiaçı oğlu X2.
16. X14 tərəfindən 1700 manat məbləğində pul vəsaitinin 1000 manat hissəsi X9, 700 manatı Cavabdeh verilmişdir.
17. Cavabdeh tərəfindən İddiaçı “Mersedes 190” markalı 99RE248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququna dair etibarnamə verilmişdir.
18. X12 Cavabdeh ilə aralarında razılaşmanı pozduğundan, ödəniş etmədiyindən Cavabdeh İddiaçı verilmiş etibarnaməni ləğv etmiş, nəqliyyat vasitəsi X14 tərəfindən cavabdehə geri qaytarılmışdır.
19. İddiaçı oğlu X14 nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satışını həyata keçirir və X6 aldığı nəqliyyat vasitəsinin ön sağ qapı və çexollarını satmış, cavabdeh tərəfindən nəqliyyat tələb edildiyi zaman isə onları başqası ilə əvəz edərək nəqliyyat vasitəsini cavabdehə vermişdir.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Məhkəmənin mövqeyi :
23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
24. İddiaçı Cavabdeh qarşı “806 manat məbləğində pul vəsaitinin tutulması” tələbini X4 aldığı nəqliyyat vasitəsinin dəyəri olan 1700 manat məbləğində pul vəsaitinin 700 manat hissəsini cavabdehə verməsi, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin geri alınmasına baxmayaraq ödənilmiş 700 manat pul vəsaiti və çəkilmiş xərclərin ödənilməməsi ilə əsaslandırmışdır.
25. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatında hüququn tətbiqi zamanı aşağıdakı sualın cavablandırılması zəruridir: “kim, kimdən, nəyi və nəyə əsasən tələb edir?”.
26. Bu çərçivədə iddiaçının kimliyi və subyektiv hüququ, cavabdehin kimliyi və iddiaya cavab verən şəxs olması, iddianın predmeti və obyekti, tərəflər arasında yaranan hüquq münasibətinin xarakteri, buna müvafiq olaraq tələbin qanuni əsası düzgün müəyyən edilməlidir.
27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
28. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır
29. Hazırkı mübahisə üzrə sübutetmə predmetinə ilk növbədə İddiaçı ilə Cavabdeh arasında müqavilə münasibətinin yaranıb-yaranmaması, onun tərəfindən cavabdehə ödəniş həyata keçirilib-keçirilməməsi daxildir. Yalnız qeyd olunan hal təsdiqini tapdığı halda müqavilə üzrə öhdəliyin icra edilib-edilməməsi istiqamətində araşdırma aparıla bilər.
30. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, onun oğlu X14 ilə X15 arasında “Mersedes 190” markalı 99RE248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satın alınmasına dair razılaşma olmuş, həmin razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 1700 manat olaraq müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı danışıqları oğlu aparmış, pul vəsaitini oğlu vermiş, lakin etibarnamə isə onun adına verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13in ifadəsi ilə müəyyən edilmişdir ki, o, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olur. Bu səbəbdən o, sözügedən nəqliyyat vasitəsini 1700 manata Rəvan adlı şəxsdən almış, onun dəyərinin 1000 manat hissəsini Rəvana, 700 manat hissəsini isə cavabdehə vermişdir.
31. Cavabdeh isə iddia tələbinə münasibətdə bildirmişdir ki, “Mersedes 190” markalı 99RE248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, hissə-hissə ödəmək şərtilə X3. Daha sonra Rəvan həmin nəqliyyat vasitəsini onun məlumatı olmadan iddiaçının oğlu Turala satmışdır. Həmin nəqliyyat vasitəsini satdıqdan sonra Rəvan onu yığıb ödəniş edə bilmədiyindən nəqliyyat vasitəsini başqasına satdığını bildirmiş və etibarnamə verməsini xahiş etmişdir. O, Rəvanla bu şərtlə razılaşmışdır ki, ödəniş etməsə verilən etibarnaməni ləğv edəcəkdir. Rəvan tərəfindən ödəniş edilmədiyi üçün etibarnaməni ləğv etmişdir.
32. Yəni işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında “Mersedes 190” markalı 99RE248 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair danışıq olmamış (ümumiyyətlə bir-birilərini tanımırlar), onun tərəfindən həmin nəqliyyat vasitəsinə dair pul vəsaiti ödənilməmişdir.
33. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan birinci hal, yəni iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətinin yaranması, onun tərəfindən cavabdehə pul vəsaiti ödənilməsi təsdiqini tapmır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb irəli sürülən 700 manat məbləğində pul vəsaiti onun tərəfindən deyil, oğlu tərəfindən ödənilmiş və nəqliyyat vasitəsinə dair danışıqlar onun tərəfindən deyil oğlu tərəfindən aparılmışdır.
34. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı 806 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir.
35. Məhkəmə qeyd edir ki, məhkəmə iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş 806 manat pul vəsaitinin tutulması tələbini öhdəlik hüququ münasibətinin digər yaranma əsasları ilə yoxlamış və işin tədqiq edilən halları ilə tərəflər arasında öhdəlik hüququ münasibətinin yaranması, cavabdehlərin iddiaçı qarşısında ona 806 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair öhdəliyinin yaranması müəyyən edilməmişdir.
36. Qeyd edilir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər.
38. İddiaçı ilə cavabdehlər arasında cavabdehlər tərəfindən iddiaçıya 806 manat pul vəsaitinin ödənilməsi ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır.
Məhkəmə xərcləri :
39. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
40. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı Cavabdeh onun xeyrinə 806 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva