Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2998/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi Qanuni nümayəndə Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydə düzəliş edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu ildə Bakı şəhərində anadan olmuş övladı X2 doğumu haqqında Maraqlı şəxs tərəfindən 03 iyun 2009-cu il tarixdə tərtib edilmiş 871 nömrəli doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitabına dəyişiklik edilərək xx xxxx 2009-cu il təvəllüdlü övladının adının “Cəbrayıl” əvəzinə “Cəbrail” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 xx xxxx 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamə alınarkən oğlunun adını “Cəbrail” kimi yazdırmışdır. Maraqlı şəxs tərəfindən 03 iyun 2009-cu il tarixli, 871 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamə verilmiş və oğlunun adı “Cəbrail” kimi qeyd olunmuşdur. X1 şəxsiyyət vəsiqəsi də almışdır. Oğlunun şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyi üçün təzə şəxsiyyət vəsiqəsi əldə etmək istəmişlər, lakin oğlunun şəxsiyyət vəsiqəsini dəyişməyərək, doğum haqqında şəhadətnaməsində adının “Cəbrail” kimi deyil, “Cəbrayıl” kimi yazıldığı bildirilmişdir. Bununla bağlı Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə onlara imtina məktubu verilərək məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Məhkəmə iclasında ərizəçi Qanuni nümayəndə ərizəsinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs 16 sentyabr 2023-cü il tarixli, 3-16-5/7-1522/69 nömrəli arayışından görünür ki, İddiaçı xx xxxx 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 03 iyun 2009-cu il tarixdə Nizami rayon qeydiyyat şöbəsində 871 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X3, anası Qanuni nümayəndədır. - Maraqlı şəxs tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli, 3-/6-5/8-S-2023/23 nömrəli məktubdan görünür ki, ərizəçinin doğum haqqında akt qeydində uşağının adının “Cəbrail” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. - AZ-İİ seriyalı, 267375 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə 03 iyun 2009cu il tarixdə Nizami rayon qeydiyyat şöbəsində 871 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X3, anası Qanuni nümayəndədır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəbrail Səfərov xx xxxx 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin övladı X4 xx xxxx 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ərizəçinin övladının adı doğum haqqında şəhadətnamədə və həmin şəhadətnamə əsasında sonuncuya verilmiş şəxsiyyət vəsiqəsində “Cəbrail” kimi qeyd edilmişdir. Lakin, ərizəçi övladının şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün, yeni nəsil şəxsiyyət vəsiqəsi almaq istədikdə Nizami rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında övladının adının “Cəbrayıl” kimi qeyd edildiyi bildirilmiş, bu səbəbdən yeni nəsil şəxsiyyət vəsiqəsi verilməsindən imtina edilmişdir. Ərizəçi bununla bağlı qeydiyyat şöbəsinə müraciət etdikdə, müraciətindən imtina edilmiş və ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs tərəfindən 03 iyun 2009-cu il tarixdə tərtib edilmiş 871 nömrəli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (doğum akt qeydiyyatı kitabında) İddiaçı doğumu haqqında qeyddə adının “Cəbrayıl” kimi yazılmasının düzgün olmaması və adın “Cəbrail” kimi yazılmalı olması müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən 03 iyun 2009-cu il tarixdə tərtib edilmiş 871 nömrəli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (doğum akt qeydiyyatı kitabında) İddiaçı doğumu haqqında qeyddə adının “Cəbrayıl” kimi yazılmasının düzgün olmaması və adın “Cəbrail” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2998/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2998/2023
26.10.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver