Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3028/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X2 Firudin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbi onunla əsaslandırdı ki, fevral ayının əvvəllərində “Xalqlar Dostluğu” Metrostansiyası yaxınlığında yerləşən 55 saylı mebel dükanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh X1 ( *** *** ** **. *** *** ** **) 2 qapılı 2 ədəd şkaf sifariş vermişdir. Biri vaxtında gəlib çıxmış amma şkaf yığılmamışdır. O etirazını bildirəndə usta ona irad tutmuşdur ki, “Sən mənim işimə mane olursan, belə yığılmalıdı.” O deyəndə ki yox o belə sifariş verməmişdir. Usta demişdir ki, “Ay xanım mən nə edim? Mənə belə verilib, mən də gətirmişəm özü ilə danışırsız”. O səhəri dükana gedib 2-cı şkafın behini vermiş və şkafın yığılmasına iradını bildirmişdir. Cavabdeh də iradını bildirmişdir ki, “Sən nə üçün ustaya maneçilik edirsən, ustaya göstəriş verirsən”. İkinci şkafın 60 manat behini verib və nə vaxt gətiriləcəyi ilə maraqlanmışdır. Bir müddətdən sonra əlaqə saxlamış və soruşmuşdur ki, şkaf nə vaxt gətiriləcək və cavab almamışdır.Sonra isə telefon zənglərinə cavab verilməmişdir. 22.02.2021-ci ildə ona zəng eləmiş və cavabdeh demişdir ki, “Sən mənə 30 manat da əlavə elə mən şkafı gətirim”.O sifarişdən imtina etmiş və pulunu geri istəmişdir. Cavabdeh təkrar zəng edib və soruşmuşdur ki, “Şkafın polkalarını başqa rəngdə istiyərsən?” O da razılaşmışdır. Şkafı evə gətirəndə görmüşdür ki, polkaları yoxdur. Şkafın qapıları isə onun özünə məxsus evdə idi. Usta şkafı yığanda bildirmişdir ki, polkaları yoxdur və o, şkafın yığılmasına etiraz etmişdir və demişdir ki, “nə vaxt polkalar gələr onda yığılar” . Usta razı olmamış və demişdir ki,“Mən ustayam, mən bilirəm, polkaları sonra bərkidəcəm” Şkafın karobkasını yığdığdan sonra o anladı ki, polkaları 6 qapı şkafa bərkitmək olmayacaq və ustaya demişdir ki, “qalsın sabah polkaları gətirərsən və qapıları yığarsa”. Şkafın pulundan 20 manat saxlayaraq ödəmiş və ustanın pulunu tam ödəmişdir. Səhəri gün polkalar gəlmədi o yenə gözlədi, birisigün yenə gəlmədi və o, dükana getdi. Camaləni orda tapmadı, telefonlarına da cavab vermədi. 3 gündən sonra səhər saatlarında usta ona zəng elədi və dedi “Sənin evində olan köhnə şkafın materialını aparıb, sexdə kəsib gətirəcəm və şkafı yığacam” O, ustanın bu təklifinə əsəbləşdi və onlar mübahisə etdilər. Oğlu eşidəndə ki onlar mübahisə edirlər, telefonu əlindən aldı və usta ilə mübahisə edərkən arxa-arxaya gedib otağın ortasında olan yarımçıq yığılan şkafın karobkasına toxunarkən karobka yıxıldı və şkafın bir tərəfinin şurupları çıxdı düşdü. Bu hadisədən sonra o, Camalə ilə əlaqə saxladı və ona bildirdi ki, usta kimdi ona bu təklifi edir və mübahisə əsnasında şkafın bir tərəfinin qopmağını ona bildirdi. Camalə dedi ki, “Ay xanım mənlik deyil mən sənin şkafını yığıb vermişəm.” O,cavabdehə dediki, nəyə görə şkaf evin ortasında qalıb və usta kimdir ki ona o təklifi edir”. Camalə ona bildirdi ki, “onun bunlardan xəbəri yoxdur, usta özbaşına zəng vurub” Camaləyə bildirdi ki, “polka gətirib, zədəli yanı kəsib polka düzəltsin, başqa yanlıq gətirsin” Camalə razılaşmadı,Cəmalədən soruşdu “bu şkaf evin ortasında qalmalıdır bəs nə edək”Onda təzədən 60 manat pul tələb etdi, material almağa. O 60 manat ödədi ki, şkaf evin ortasında götürülsün və səhəri Camaləynən danışmağa gedəndə Cəmalə ondan soruşdu ki, nə lazımdır.O dedi danışmağa gəlmidir, Cəmalə ona dedi ki,onun vaxtı yoxdur və çıxıb getdi. Qeyd olunanlara əsasən ona vurulmuş 360 manat məbləğində mal üçün ödədiyi məbləğ, 500 manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: AR DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsini 0.03.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış, müraciətdə göstərilən xüsasatlar mülki xaraktüerli olduğundan, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı məhkəməyə öz tələblərini əsaslandıran hər hansı bir sübut təqdim etməmişdir. Onun təqdim etdiyi sübutlar (özünün izahatı,bir-neçə şəkil və polis orqanının məktubları) iddianın tam və ya qismən təmin olunması üçün yetərli deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, onun hazırkı iş üzrə məhkəməyə təqdim etdiyi sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddianın qismən və ya tam təmin olunması üçün kifayət etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə barədə iddiası təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3028/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3028/2021
15.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver