Məhkəmə qərarları › İş №2(007)-3056/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3056/2024

06.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3056/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı olan “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı olan “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan X1, X3 Bakı şəhəri, Nizami rayonu, Cəmşid ünvan 4ənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanskı küçəsi, 64 saylı evin, 56 saylı mənzil onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o, Bakı şəhəri 52 saylı notariat ofisinin 23 yanvar 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasında cəvabdehlərdən almışdır. Sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 27 yanvar 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər öhdəsinə götürmüşlər ki, 1 ay ərzində mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünmüşdür ki, onlar qeydiyyatdan çıxıblar, lakin “ASAN” 4 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, cavabdehlər qeydiyyatda qalıblar. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları :

3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 64, 56 saylı mənzil İddiaçı mülkiyyətindədir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64, mənzil 56-da yerləşən mənzilə qeydiyyatdadırlar.

5. İddiaçı ilə Fatma Məlik qızı, Cavabdeh3, X4, X8, Cavabdeh1, X5 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2023-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Fatma Məlik qızı, Cavabdeh3, X4, X8, Cavabdeh1, X5 tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 64, mənzil 56-da yerləşən mənzil 117000 min manata satılmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcılar xx.xx.2023-cü il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

7. X9 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 8İ-563 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş **********563 nömrəli ərizədən görünür ki, X9 qeydiyyatda olduqları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 64 ünvanında yerləşən 56 saylı mənzilin satılmasına razı olduğunu bildirmiş, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

8. X2, X10, Cavabdeh4 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli,8İ-445 reyestr nömrəli, notarial qaydada təsdiq edilmiş **********445 nömrəli ərizədən görünür ki, X2, X10, Cavabdeh4 qeydiyyatda olduqları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 64 ünvanında yerləşən 56 saylı mənzilin satılmasına və mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirmiş, habelə alqısatqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2008-ci il tarixdən, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3 xx.xx.1989-cu il tarixdən, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 xx.xx.2018-ci il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadırlar.

10. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları :

11. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

13. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Fatma Məlik qızı, Cavabdeh3, X4, X8, Cavabdeh1, X5 arasında xx.xx.2023-cü il tarixində mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanılmış və həmin alqı-satqı müqaviləsi əsasən iddiaçı ünvan 3-da yerləşən mənzilə mülkiyyət hüququ əldə etmişdir.

15. Cavabdehlər notarial qaydada təsdiq edilmiş ərizə ilə üzərlərinə öhdəlik götürmələrinə baxmayaraq mübahisəli mənzildən qeydiyyatdan çıxmadıqları üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Konstitusiyasının :

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun :

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu :

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi :

22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

23. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbini cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehlərin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin mənzildən qeydiyyatdan çıxmamaları ilə əsaslandırmışdır.

24. Məhkəmə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilməsindən söhbət gedə bilməz.

25. İşin faktiki hallarından görünür ki, ünvan 3 saylı mənzil xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında ümumi birgə mülkiyyətçilər Fatma Məlik qızı, Cavabdeh3, X4, X8, Cavabdeh1, X5 tərəfindən İddiaçı satılmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2024-cü il tarixədək mübahisəli mənzildən qeydiyyatdan çıxacağına dair öhdəlik götürmüşdür. Həmçinin alqı-satqı müqaviləsi bağlanan zaman həmin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh2 və Cavabdeh4 notarial qaydada təsdiq edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələr ilə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindən yerləşən 64 saylı evin 56 saylı mənzildən alqı-satqı müqaviləsində göstərilən müddətdə qeydiyyatdan çıxacaqlarına dair öhdəlik götürmüşlər.

26. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası var ki, onlardan biri də əşya hüququdur. Bu mənada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin mənzilin mülkiyyətçisi olaraq mübahisəli mənzilə istifadə hüququ mövcud olmuşdur. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 isə mülkiyyətçinin ailə üzvü olaraq mübahisəli mənzilə istifadə hüquqları mövcud olmuşdur.

27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

28. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

29. Maddənin məzmunu ona əsas verir ki, mənzil ilə bağlı istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina edərək mülkiyyət hüquqlarını digər şəxsə keçməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədən irəli gələn öhdəliyi olduğu halda həmin yaşayış yerinə istifadə hüququda itirilmiş sayılır.

30. İşin faktiki hallarından görünür ki, mübahisəli mənzil cavabdehlər tərəfindən iddiaçıya satılmış və cavabdehlər öz üzərinə həmin mənzildən qeydiyyatdan çıxacağına dair öhdəlik götürmüşdür.

31. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi üçün məlumdur ki, yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı tələb edilir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən alqı-satqısı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iradə ifadəsi əsasında həyata keçirilmişdir.

32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

33. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir.

34. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

35. Bu mənada vurğulamaq lazımdır ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 80, mənzil 50 saylı mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam və istifadə hüququnu məhdudlaşdırır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir.

36. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin mülkiyyət hüququna xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır.

37. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdehlər mənzil satıldıqdan sonra faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla və mənzilin satılması zamanı bununla bağlı iradə ifadəsinin mövcud olması və nəticədə formal olaraq qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər sözügedən mənzili satarkən qeydiyatda qalmaqları barədə yeni mülkiyyətçi qarşısında hər hansı şərt göstərməmişdir. Bu isə ona deməyə əsas verir ki, cavabdehlər əmlak satılarkən bütünlükdə buna razılıq vermişlər (hüquqların itirilməsi).

38. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən, cavabdehlərin də alqı-satqı müqaviləsi üzrə həmin mənzilə ilə bağlı qeydiyyatdan çıxacağına dair müqavilə öhdəliyi götürdüyündən, həmçinin cavabdehlərin uzun müddətdir ki başqa yaşayış yerində yaşadıqlarından, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehlərin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.

39. İddiaçı həmçinin cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2007-ci il X3 da mübahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbini irəli sürmüşdür.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

41. İşin hallarından görünür ki, hazırda X6 və X7 yetkinlik yaşına çatmayıblar və valideynləri ilə birlikdə yaşayırlar.

42. Belə olan halda, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 64, mənzil 56 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edildiyinə görə onların yetkinlik yaşına çatmayan uşaqları- X1 və X3 da Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 64, mənzil 56 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir.

43. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

Nəticə :

44. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan X1, X3 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 64, mənzil 56 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan X6, X3 Bakı şəhəri, Nizami rayonu, Cəmşid ünvan 4ənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatamayan X6, X3 Cəmşid ünvan 4ənzil ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar