Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-314/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdehla bir neçə dəfə Gürcüstan Respublikasından avtomobil gətirtmişdir, Şəhriyar həm də Xətai rayonu, Telnov küçəsində yerləşən “LexusStar” adlı avtotəmir servisini və ehtiyyat hissələri dükanını işlədirdi. Ona məxsus olan “Lexus LX-460” markalı avtomobili Şəhriyar avtotəmir servisində təmir etdirib, həmin zaman Şəhriyar Gürcüstan Respublikasından “Toyoto Prius” markalı avtomobil gətizdirmişdi. Ona sata biləcəyini söylədi, mobil telefonda avtomobilin görüntülərini göstərdi,o da avtomobili bəyəndi.Şəhriyar avtomobil üçün ondan 14.000 manat pul istədi, ilkin olaraq 7000 manat istədi, həmin gün ona Nizami Rayon Məhkəməsinin qarşısında 7000 manat pul verdi. Şəhriyar avtomobili təxminən 15 gün ərzində təhvil verəcəyini söylədi, lakin avtomobilin təhvil verilməsi uzandığı üçün bu barədə Şəhriyardan soruşduqda,o, avtomobilin hələ Gürcüstan Respublikasında olduğunu, avtomobildə yaranan nasazlıqla əlaqədar təmir işlərinin aparıldığını söylədi. Hər dəfə Şəhriyardan avtomobil haqqında maraqlandıqda ona bəhanələr gətirərək avtomobilin təmiri ilə əlaqədar Gürcüstan Respublikasında olduğunu söyləyirdi. Təxminən 1 ay bundan öncə Şəhriyar ona zəng vuraraq avtomobilin Azərbaycan Respublikasına gətirildiyini, hazırda gömrük rəsmiləşdirilməsində olduğunu söyləyərək 7.000 manatı rəsmiləşdirmə aparılması üçün Bakı Dövlət Gömrük Komitəsinə aparmağını istədi. O, dərhal pulu götürərək Qaradağ rayonu ərazisində yerləşən Bakı Dövlət Gömrük Komitəsinə getdi, 7.000 manatı Şəhriyara verdi. Şəhriyar avtomobili rəsmiləşdirdikdən və avtomobildə olan nasazlıqları aradan qaldırdıqdan sonra avtomobili ona verəcəyini söylədi, tez-tez Şəhriyarla ona məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb avtomobil haqqında maraqlandıqda o, hər dəfə nasazlığın düzəlmədiyini söyləyərək gözləməyi xahiş etdi. Şəhriyardan avtomobilin yerini soruşduqda ona müxtəlif bəhanələr gətirərək avtomobilin hər dəfə başqa ustada olduğunu söyləyirdi. Şəhriyara iki dəfə olmaqla, birinci dəfə 7.000 manat pulu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qarşısında, ikinci dəfə isə 7.000 manat pulu Qaradağ rayonu ərazisində yerləşən Bakı Dövlət Gömrük Komitəsinin həyətində vermişdir. Birinci dəfə 7.000 manatı verdikdə yanında heç kimin olmayıb, lakin ikinci dəfə pulu verən zaman yanıda dostu Şərif Xasiyev olub, pulu verən zaman heç bir sənədləşmə etməmişlər. Polisdə aparılan araşdarma nəticəsində Cavabdeh izahatında onu tanıdığını və ona borclu olduğunu qismən etiraf edib.Onu da qeyd edir ki, cavabdehlə əlaqədar şikayət ərizəsi araşdırılarkən 1.700 manat bank kartına ödəniş edib və qalıq borcu 12.300 manat təşkil edir. Cavabdehin bu qanunsuz əməlləri üzrə toplanmış matertial üzrə qəbul edilmiş qərara əsasən ona məhkəmədə mülki iddia qaldıra bilmək hüqüqu izah edildiyindən, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən xahiş edir ki, Cavabdeh onun xeyrinə 12300 manat pulun və 126.90 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsindən daxil olmuş “İddiaçı müracəti əsasında HK-1/726 saylı” materialın 22-ci səhifəsində Cavabdeh verdiyi izahtında qeyd olunur ki, o, Cavidlə şərikli avtomobil alqı-satqısı ilə məşğul olmuşdur və Cavidin cəmi 10800 manat xərci çıxmışdır. Avtomobilin təmirinə xərclədiyi pullardan sonra onun Cavidə 6800 manat verəcəyi var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; İşin araşdırılan hallarından görünür ki, iddiaçı X1 Şəhriyar Hidayət oğluna maşın almaq məqsədi ilə müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul vermişdir. İddiaçı cəmi 14000 manat pul verdiyini,1700 manatın qaytarıldığını, cavabdehin ona 12300 manat borclu olduğunu bildirmişdir və hazırda həmin məbləği tələb edir. Cavabdeh isə təhqiqat araşdırması zamanı verdiyi izahatında Cavidə 6800 manat borcunun olduğunu etiraf etmişdir.İddiaçı cavabdehin 12300 manat borcunun olmasını sübuta yetirə bilməmişdir. Ona görə də iddia qismən, 6800 manat hissədə təmin olunmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6800 manat pul və 126.90 manat dövlət rüsumu tutulsun Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-314/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-314/2023
28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver