Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3144/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan 5522-0993-6054-7913 nömrəli kartda ona məxsus olan 8323 manat pul məbləğinin ona məxsus 4127-2044-4079-1984 nömrəli karta köçürülməsini və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Hakimin mövqeyi:
4. İddia ərizəsində cavabdehin ünvanı ünvan 1əyyən edilmişdir. Buna baxmayaraq iddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. İddiaçı öz qeydiyyat ünvanına uyğun olaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, onun ünvanı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 55, mənzil 51-dir.
5. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, ev 2, mənzil 23 ünvanıdır.
6. Beləliklə, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır.
7. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya, cavabdehin olduğu yer üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
8. Yuxarıda qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.
Nəticə:
9. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.
10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova