Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-317/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun azyaşlı uşaqları -X3, X1, X4 və X2 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 oktyabr 2008-ci il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 61,91 kv.m olan, 3 otaqlı mənzili vətəndaş X5 alqısatqı yolu ilə almışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 15 saylı Notariat Kontorunda rəsmləşdirilmişdir (AN – İ № 50175740, reyestrdə 4 Ə 5 № 5781 ilə qeyd edilmişdir). Alqısatqı müqaviləsinə əsasə Azərbaycan Respublikası DƏDRX tərəfindən MN ******* №-li Çıxarış verilmişdir. (xx.xx.2008-ci il tarixli, qeydiyyat № **********). Həmin dövrdə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə işləməyə gəlmiş yaxın qohumlarının problemlərini nəzərə alaraq cavabdehlərin ona məxsus, sözügedən mənzilə pasport qeydiyyatına götürülməsinə razılıq vermişdir. Bu məsələdən xeyli keçmiş və qohumlarının problemləri öz həllini tapmışdır. Artıq cavabdehlərin onun evində pasport qeydiyyatında qalması onun üçün müəyyən çətinliklər yaradır. Bu məsələ ilə bağlı o, xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, 087- 32217 № 3222 saylı məktubla ona məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işin icraatına “Cavabdeh1 və onun azyaşlı uşaqları X3, X1, X4 və X2 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “köçüb” və “bu ünvanda yaşamır” məzmununda qeydlər edilərək məhkəməyə geri qayıtmışdır. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X12 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində bağlanaraq reyestrdə 4 Ə 4 № 781 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 ünvan 2 ünvanında yerləşən mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2008-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - Asan 4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. - Azərbaycan Resublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-18/2-9500-23 saylı məlumatında görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2002-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzil cavabdeh X12 oğlunun mülkiyyətində olmuş, daha sonra isə xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alğı-satqısına dair müqaviləyə əsasən İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alğı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakini olan Cavabdeh2 mənzildən köçsədə, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışdır, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Qeyd edilməlidir ki, məhkəm tərəfindən cavabdehin mübahisəli mənzilə nə vaxtdan qeydiyyata alınmanı müəyyənləşdirmək üçün aidiyyəti üzrə sorğular verilmiş, məhkəməyə təqdim edilmiş məlumatlar ilə cavabdehin xx.xx.2022-ci il tarixdən, xx.xx.1983-cü il tarixdən və xx.xx.2002-ci il tarixdən mübahisəli ünvanda qeydiyyatda olmasına dair ziddiyyətli məlumatlar təqdim edilmişdir. Bundan sonra məhkəmə tərəfindən mövcud anlaşılmazlıqla bağlı təkrarən sorğu ünvanlanmış və məlum olmuşdur ki, cavabdeh xx.xx.2002-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında hər hansı bir qohumluq münasibəti olmamaqla, cavabdeh mənzil iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl qeydiyyata alınmşdır. Alğı-satqı müqaviləsinin bağlanmasından sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdeh isə mənzildə yaşamır və onun hal-hazıradək mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-317/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-317/2023
05.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver