Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3174/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar dəyən maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar dəyən maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı iddia məhkəmə qərarı əsasında üzərinə düşən pul öhdəliyinin onun tərəfindən icra edilməməsi və öhdəlikdən irəli gələn malik olduğu hüquqların pozuntusu ilə bağlı irəli sürülür. Onunla cavabdeh arasında 20.07.2017-ci il tarixində № 28611/2 nömrəli müqavilənin bağlanması ilə aralarında əmələ gələn istehlak öhdəlik-hüquq münasibətləri rəsmiləşdirilmişdir. Onun cavabdehə münasibətdə istehlakçı statusu Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının № 2(102)-1785/19 nömrəli 05.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. (sənəd 4, səh. 4, abzas 3). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının № 2(103)-8271/18 nömrəli 26.09.2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh ona 300 (üç yüz) manat məbləğində pul vəsaitini ödəməyə borcludur, yəni Cavabdeh onun qarşısında miqdarı göstərilən pul öhdəliyi əmələ gəlmişdir və həmin öhdəlikdən irəli gələn onun icrasını tələb etmək hüququna malikdir. Cavabdeh həmin qətnamədən şikayət verməmiş, yəni öhdəlik ilə razılaşmışdır (sənəd 4, səh. 7. abzas 4). Aidiyyəti icra və probasiya şöbəsinin “İcraata başlamaq haqqında" 23.05.2019-cu il tarixli, № 79512 nömrəli qərarına əsasən (sənəd 5), həmin öhdəlik cavabdeh tərəfindən 04.06.2019-cu il tarixində yerinə yetirilməli idi. Cavabdeh həmin qərardan şikayət verməmiş, yəni razılaşmışdır, lakin öhdəlik bu vaxta qədər icra edilməyib. Həmin pul öhdəliyinin icrası ilə əlaqədar yol verilən hərəkətsizliyin nəticəsində ona dəyən maddi və mənəvi ziyanın əvəzi ona cavabdeh tərəfindən ödənilməlidir. 2 “Mahmudov Rusiyaya qarşı’' iş üzrə 26.07.2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki.... sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan....irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi 03.11.2008-ci il tarixli Plenumun №7 nömrəli Qərarının 11-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 13.1-ci maddəsinə uyğun olaraq Konstitusiyanın, mülki, mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi münasibətlər üzrə milli və beynəlxalq qanunvericilikdə (qanunlar, AR Nazirlər Kabinetinin qərarları və s.) müəyyən olunmuş müddəalara və əldə etdiyim dəlillərə istinad edərək iddia tələbini irəli sürməyə haqlıdır. Beləliklə mübahisəli hüquq baxımından onunla cavabdeh arasında yaranmış hazırki öhdəlik-hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM), Konstitusiyanın və beynəlxalq qanunvericiliyin müddəaları ilə bərabər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun)- həmin qanunun preambulasına müvafiq olaraq; BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 22.12.2015-ci il tarixli 70/186 nömrəli Qətnaməsinin (bundan sonra BMT- nin JVV70/T86 nömrəli Qətnaməsi) qətnamənin İİ fəslinə və Qanunun preambulasına müvafiq olaraq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-ci il tarixli № 94 nömrəli qərar ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının (bundan sonra Qaydalar) həmin qaydaların 1.1-ci bəndinə və Qanunun 17-ci maddəsinə müvafiq olaraq, müddəaları tətbiq olunmalıdır. Çünki hazırki mübahisə Qanun ilə müəyyən olunmuş öhdəlik və hüquqların pozuntusu nəticəsində əmələ gəlmişdir. İİ. Cavabdeh sözügedən öhdəliyi icra etməmiş və icra qabiliyyətinə hər hansı maneənin təsirinə dair MM-nin 448-ci maddəsində müəyyən olunmuş hərəkətlər etməmişdir. Buna görə də həmin maddəyə əsasən, o öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır, təqsirlidir. İİİ. a). Aidiyyəti rayon icra və probasiya şöbəsinin qərarına əsasən sözügedən pul öhdəliyi 10 gün müddətində - 04.06.2019-cu il tarixində icra edilməli idi. Lakin öhdəlik bu vaxta qədər yerinə yetirilməmişdir, yəni müəyyənləşdirilmiş müddət üzrə pozulmuşdur; b). Sözügedən öhdəliyin icrası barədə rayon icra və probasiya şöbəsinin sonraki icra tələblərinin irəli sürülməsinə baxmayaraq, öhdəlik bu vaxta qədər icra edilməmişdir. Bu hadisə öhdəliyin həmin sonraki icra tələblərin sayına bərabər sayda müstəqil xatırlatma üzrə pozuntusu sayılır. c). Hazırki iddianın irəli sürülməsi müstəqil xatırlatmaya bərabər tutulur. Və hazırki iddia ərizəsinin surəti cavabdehə çatdırıldığı gündən yeddi gün müddətində öhdəlik icra edilmədiyi təqdirdə, öhdəliyin xatırlatma üzrə müstəqil pozuntusu sayılır. 300 manat məbləğində pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün, gecikdirmənin baş verdiyi, yuxarıdaki a), b), c) bəndlərdə göstərilən hər bir müstəqil hal üzrə ayrı-ayrılıqda, həmin vəsaitin məbləğindən olan faizlər cavabdehdən onun xeyrinə tutulmalıdır. İV. Qanunun 26-cı maddəsinə əsasən mübahisəni məhkəmə qaydasında həll etmək məcburiyyətindədir. Cavabdehin təqsiri ucbatından məhkəməyə müraciət etdiyi üçün MM-nin 21-ci maddəsinə əsasən məhkəmə xərclərinin nəticəsində ona vurulmuş maddi zərərin (əldən çıxmış fayda) əvəzinin təqsirli cavabdeh tərəfindən ödənilməsini tələb etməyə haqlıdır. Beləliklə, hazırki iddia ərizəsinin və ərizəyə əlavə edilən sənədlərin hazırlanması üçün o 9 (doqquz) manat məbləğində pul vəsaitini sərf etmişdir. (sənəd 11). Həmin məbləğ və təqdim edəcəyi digər zəruri xərclər üzrə məbləğlər MM-nin 443, 459.1-ci maddələrinə əsasən cavabdeh tərəfindən ona ödənilməlidir. V. Sözügedən pul öhdəliyinin pozuntusu nəticəsində Qanun ilə qorunan malik olduğu hüquqların pozuntusu baş vermişdir: a). Pul öhdəliyi icra edilmədiyi halda, MM-nin 388, 448.4-cü maddələrinə, Qaydaların 24.11.4-cü bəndinə əsasən cavabdehin üzərinə ona qanunvericilikdə nəzərdə tutulmuş məlumat vermək öhdəliyi düşür. Həmin öhdəliyin icra edilməməsi nəticəsində öhdəlikdən irəli gələn və Qanun ilə qorunan (3-cü maddənin 5-ci abzası və 13-cü maddə) malik olduğu məlumat əldə etməyə hüquq pozulmuşdur; b). Məhkəmə tərəfindən sözügedən pul öhdəliyi lazımi keyfiyyətdə olmayan xidmətin vurduğu zərərin ödənilməsi üçün təyin edilmişdir. Həmin öhdəliyin icra edilməməsi nəticəsində öhdəlikdən irəli gələn və Qanun ilə qorunan (3-cü maddənin 6-cı abzası və 11-ci maddə) və BMT- nin №70/186cı Qətnaməsi ilə qorunan ( 11.f) və 14.e) bəndlər) malik olduğu vurulan zərərin ödənilməsinə hüquq pozulmuşdur; c). Qanunvericiliyin tələblərinə görə, sözügedən pul öhdəliyinə dair məhkəmə aktının yerinə yetirilməsi öhdəliyi cavabdehin üzərinə düşür. Həmin öhdəliyin icra edilməməsi nəticəsində öhdəlikdən irəli gələn Qanun ilə qorunan (3cü maddənin 7-ci abzası və 26-cı maddə) və məhkəmə müdafiəsinə hüquq pozulmuşdur (“Azərbaycan Respublikasının MM-nin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanununun 74.1-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27.12.2002-ci il tarixli Qərarının mənasına görə); ç). Ona verilməli olan sözügedən 300 manat pul vəsaiti ona mənsub əmlak sayılır, çünki onu tələb etmək hüququna malikdir. MM-nin 152-ci maddəsinə əsasən, həmin əmlaka dair sahiblik, istifadə, sərəncam hüquqlarına malikdir. MM-nin 163-cü maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Sözügedən pul öhdəliyinin icra edilməməsi nəticəsində adıçəkilən əmlaka dair Qanun ilə qorunan (İİ-ci maddə) malik olduğu 3 əmlak hüququ pozulmuşdur; d). Malik olduğu 3 əmlak hüququn pozulması həmin əmlaka zərər yetirilməsinə bərabərdir. MM-nin 1117-ci maddəsinə, Qanunun 5, 10, 11-ci maddələrinə əsasən, cavabdehin üzərinə malik olduğu əmlaka və sağlamlığına zərərin vurulmasından çəkinmək öhdəliyi düşür. Lakin, malik olduğu hüquqların pozuntusu nəticəsində mənəvi və fiziki sarsıntı keçirtmişdir. Qeydiyyatda olduğu aidiyyəti üzrə №26 nömrəli Şəhər poliklinikasında keçirilən tibbi müayinələr zamanı səhhətində bir sıra pozuntuların baş verməsi aşkara çıxardılmışdır. Həmin pozuntular, fiziki iztirablar cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində keçirtdiyi mənəvi iztirabın təzahürüdür. Beləliklə, ona mənsub əmlaka, mülkiyyətə sağlamlığına zərərin vurulması ilə və hal-hazırda onunla cavabdehin arasında istehlak öhdəlik-hüquq münasibətlərin qüvvədə olması ilə əlaqədar, Qanun ilə qorunan (3-cü maddənin 4-cü abzası və 10-cu maddə) və BMT-nin № 70/186 nömrəli Qətnaməsi ilə qorunan (5.c) bəndi) malik olduğu təhlükəsizliyi olan hüquq 2 dəfə pozulmuşdur. e). Yuxarıda adıçəkilən Qanun ilə qorunan malik olduğu hüquqların pozuntusu nəticəsində Qanun ilə qorunan (14.1-ci maddə) malik olduğu bərabərliyə olan hüquq 8 dəfə pozulmuşdur. V. “MM-nin 21 və 23-cü maddələrinin şərh «edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarına görə, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Yəni: a). Qanun ilə qorunan malik olduğu məlumat əldə etməyə hüququn pozulması ilə əlaqədar Konstitusiya ilə qorunan (50-ci maddə) malik olduğu məlumat azadlığına hüquq pozulmuşdur; b). Qanun ilə qorunan malik olduğu vurulan zərərin ödənilməsinə hüququn və üç əmlak hüququn pozulması ilə əlaqədar Konstitusiya ilə qorunan (29-cu maddə) malik olduğu mülkiyyət hüququ 4 dəfə pozulmuşdur; c). Qanun ilə qorunan malik olduğu məhkəmə müdafiəsinə hüququn pozulması ilə əlaqədar Konstitusiya ilə qorunan (60-cı maddə) malik olduğu hüquq və azadlıqların məhkəmə təminatına hüquq pozulmuşdur; ç). Qanun ilə qorunan ona mənsub əmlaka, mülkiyyətə və sağlamlığa zərərin vurulması ilə əlaqədar Konstitusiya ilə qorunan (41-ci maddə) malik olduğu sağlamlığın qorunmasına hüquq və 2 dəfə təhlükəsiz yaşamağa hüquq (31-ci maddə) pozulmuşdur; d). O, Bakı Şəhəri 3 № uşaq stomatoloji poliklinikasında həkim-stomatoloq vəzifəsində xidmət göstərir (sənəd 6). Həmin ixtisas üzrə fəaliyyət növünün xüsusiyyətini mürəkkəb terapevtik və cərrahi manipulyasiyalar təşkil edir. Əmək Məcəlləsinin 93-cü maddəsinə görə, iş yeri yüksək həssaslıq, zehni, fiziki gərginliyi olan əmək şəraiti sayılır. İxtisas üzrə normativ tələblərinə, iş rejiminə tab etmək üçün mənəvi, fiziki gümrahlığın və dözümlüyün müəyyən edilmiş səviyyədə olması mütləqdir. Mənəvi və fiziki sağlamlığın pozulması nəticəsində professional əmək qabiliyyəti zəifləmişdir. Bu səbəbdən təkrarən mənəvi sarsıntı keçirtmişdir. Belə halda iş yerində hər bir xatadan təhlükəli və qeyri-sağlam şəraitin əmələ gəlməsi labüddür. Yəni, Əmək Məcəlləsi ilə qorunan (9.ç), 207-ci maddələr) malik olduğu təhlükəniz və sağlam şəraitdə işləmək hüququn pozulması baş vermişdir. Həmin hüququn pozulması Konstitusiya ilə qorunan malik olduğu: təhlükəsiz yaşamaq hüququn (31-ci maddə) 2 dəfə, - iş şəraitində təhlükənin əmələ gəlinəsi ilə əlaqədar və mənəvi, fiziki sağlamlığının təkrarən pozulması ilə əlaqədar; əmək hüququnun (35-ci maddə); sağlamlığın qorunmasına hüququn (41-ci maddə) pozulması ilə müşayiət olunmuşdur; e). BMT-nin insan haqları üzrə Komitəsi “E”. X9rşı” № 195/1985-li şikayət üzrə işi araşdıraraq şəxsi toxunulmazlıq hüququnun şərh edilməsinə dair qeyd etmişdir ki, həmin hüquq dar deyil, geniş hüquqi məna daşıyır, yəni insanın fiziki, mənəvi sağlamlığını və malik olduğu hüquqları da əhatə edir. Buna əsasən, sağlamlığının, yuxarıda göstərilən malik olduğu 16 subyektiv və obyektiv hüququn və aşağıda ( o) bənd) qeyd edilən bərabərlik hüququn pozulması ilə əlaqədar Konstitusiya ilə qorunan (32-ci maddə) malik olduğum şəxsi toxunulmazlığa hüquq 18 dəfə pozulmuşdur; ə). Yuxarıda göstərilən 17 subyektiv və obyektiv hüququn pozulması ilə əlaqədar Konstitusiya ilə qorunan (25-ci maddə) malik olduğu bərabərlik hüququ 17 dəfə pozulmuşdur. Vİ.Yuxarıdakılara əsasən, sözügedən pul öhdəliyinin yerinə yetirilməməsi nəticəsində cavabdeh tərəfindən malik olduğum hüquqların 65 pozuntusu və sağlamlığımın pozuntusu baş vermişdir. Və təqsir cavabdehin üzərinə düşür. Cavabdehin hərəkətsizliyi MM-nin 425-ci maddəsində müəyyən edilmiş normaya ziddir - vicdansız niyyətin təzahürüdür. Geniş ictimaiyyətə ünvanladığı müraciətdə cavabdeh özünü kommersiya fəaliyyəti göstərən "xxxx" MMC-nin rəhbəri kimi təqdim edib və maddi, əmlak vəziyyətinin yüksək səviyyədə olduğu haqqında məlumat təqdim edib (sənəd 7). Lakin, səlahiyyətli dövlət qurumu tərəfindən ona verilən arayışa əsasən (sənəd 8), cavabdeh tərəfindən adıçəkilən MMC-yə dair verilən məlumatın yalan olduğu müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsinin № 2(102)-1785/19 nömrəli mülki iş üzrə Kollegiyasına ünvanladığı müraciətdə işə cavabdeh sahibkar olduğunu və yüksək maddi, əmlak vəziyyətinə malik olduğunu inkar etmişdir (sənəd 9). Göstərilən faktlar, cavabdehin birbirinə zidd olan ifadələri onun sözügedən pul öhdəliyi ilə əlaqədar hərəkətsizliyinin qəsdən edildiyindən, tamah məqsədi ilə əsassız varlanmaya yönəlməsindən xəbər verir və cavabdehin ona mənsub olmayan adıçəkilən MMC-nin adından geniş ictimaiyyətə öz xeyrinə pul vəsaitinin cəlb edilməsi məqsədi ilə çağırışı (sənəd 10)-buna əyani sübutdur. “Azərbaycan Respublikasının MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli №7 Qərarına əsasən, deliktin və sağlamlığın (qeyri-maddi nemət) pozulması nəticəsində mənəvi zərər əmələ gəlir. Tibbi müayinələr zamanı səhhətində baş verməsi aşkara çıxardılan pozuntular cavabdehin qanunsuz əməli ucbatından əmələ gələn mənəvi və fiziki iztirabların təzahürüdür. Cavabdeh MM-nin 448-ci maddəsinə, Qanunun 21-ci maddəsinə, “Sahibkarlıq fəaliyyəti haqqında" Qanununun 15-ci maddəsinə əsasən malik olduğum hüquqların və digər qeyri-maddi nemətin hər bir təqsirli pozuntusu üçün müvafiq məsuliyyət daşımalıdır. Qanunun 11, 12-ci maddələrinə, MM-nin 448.2, 459, 1097-ci maddələrinə, “Azərbaycan Respublikasının MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair’ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu nəticəsində ona dəyən mənəvi ziyan günahkar cavabdeh tərəfindən ona tam ödənilməlidir. Qanunun 26-cı maddəsinə əsasən, hüquqlarının bərpa edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsini təmin etmək, malik olduğu hüquqlarını müdafiə etmək vəzifəsi məhkəmənin üzərinə düşür. Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən, ona vurulan mənəvi ziyanın dəyərini, iddia məbləğini göstərmək vəzifəsi onun üzərinə düşür. “Azərbaycan Respublikasının MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dar” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli №7 Qərarının 10-cu hissəsinə görə mənəvi zərərin məbləği zərərin baş verməsinə səbəb olmuş əməlin təhlükəlilik dərəcəsi, keçirilən mənəvi və fiziki sarsıntıların ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti və s. hallar nəzərə alınaraq müəyyən edilir. Adı çəkilən Plenum qərarının 11-ci hissəsinə əsasən, istehlakçların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği maddi zərərin dəyərindən asılı olmayaraq müəyyən edilir.
3. (Kompensasiyalara dair) “İnsan Hüquqlarının Əsas Azadlıqların haqqında Avropa Konvensiya”nın 41-ci maddəsinə əsasən, hüquq pozuntusu üçün ədalətli kompensasiya kəsilir. Həmin maddənin tələbinə görə, hissəvi, az məbləğli deyil, tam məbləğdə kəsilən kompensasiya ədalətli sayılır. Bu halda Konstitusiyanın 151-ci maddəsinə və MPM-nin 13.3-cü maddəsinə əsasən, zərərin məbləği ilə bağlı məsələdə “ağlabatan” prinsipi deyil, yalnız və yalnız “ədalət” prinsipi tətbiq edilməlidir. Mənəvi zərərin iqtisadi-hüquqi qiymətləndirilməsinin, hesablanmasının havadan götürülmə üsulu ilə aparılması bir qayda kimi milli qanunvericilikdə göstərilməyib. Əfsuslar olsun ki, qanunvericiliyin heç bir hissəsində ehtimal olunan mənəvi zərərin məbləğlərinin təsnifatına və gerçək mənəvi zərərin məbləğinin hesablanmasının elmi-praktiki qaydalarına, düsturuna dair müfəssəl şəkildə məlumat yoxdur. Halbuki bunlar mövcuddur. Və mən də haqlı olaraq, yəni, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24.11.2005-ci il tarixli 4 № qərarının 2.2-ci bəndinə, MPM-nin 13.4-cü maddəsinə əsasən, və beynəlxalq ədalət mühakiməsi tərəfindən qəbul olunan Böyük Britaniyada 1994-cü ildə tərtib edilmiş psixi (mənəvi) zərər üçün kompensasiyaların Tarif sxeminə və gerçək mənəvi zərər üçün kompensasiyanın miqdarını işin xüsusatları əsasında müəyyən edən düstura D = d x fv x i x c x (1-fs) x p: Ddamage (gerçək mənəvi zərər üçün kompensasiyanın miqdarı); d-damage (ehtimal olunan zərər üçün kompensasiyanın miqdarı); f-fault (təqsir); v-violator (zərər yetirən); fv-zərər yetirmiş şəxsin təqsirinin dərəcəsi o«-fv<-l (fv=o - təqsirsiz, fv=0.25 - sadə ehtiyatsızlıq, fv~0.5 - kobud ehtiyatsızlıq, fv=0.75 - dolayı qəsd, fv=1.0 - birbaşa qəsd); i-individual (zərər çəkmiş şəxsin fərdi xüsusiyyətlərinin əmsalı o«-i<-2); e-circumstances (zərər yetirilmənin diqqətə dəyən faktiki hallarını nəzərə alan əmsal o<-c<-2); s-survivor (zərər yetirilmiş); fs-zərər çəkmişin təqsirinin dərəcəsi o<-fs<-l (fs o - təqsirsizlik, fs=0.25 - sadə ehtiyatsızlıq, fs=0.5 - kobud ehtiyatsızlıq, fs=0.75 - dolayı qəsd, fs=1.0 - birbaşa qəsd); pproperty (zərər yetirmiş şəxsin maddi vəziyyətini nəzərə alan əmsal 0.5<-p<-l) - istinad etmişəm. Avropa Məhxəməsi tərəfindən, 32-ci Reqlamentin Qaydasına müvafiq olaraq, 28.03.2007-ci il tarixdə təsdiq edilmiş “X7 Praktiki Təlimatı”- nın 15-ci bəndinə əsasən, iddiaçılar, hüquqları bir neçə pozuntuya məruz qaldığı halda, pozuntuların hər birinin vurduğu mənəvi zərərin məbləğlərini ayrı-ayrılıqda göstərməyə haqlıdılar. Xiisusatlara dair: 1) Cavabdeh əməllərini birbaşa qəsdlə törətmişdir (əsassız varlanma məqsədi ilə), buna görə də fv əmsal= 1.0 təşkil edir. 2) Cavabdehin maddi, əmlak vəziyyəti özü haqqında təqdim etdiyi məlumata əsasən (sənəd 7) p-1.0 əmsal ilə qiymətləndirilməlidir və yaxud zərər qəsdlə vurulduqda p əmsalın nəzərə alınmasına yol verilmir. 3) Qanunvericiliyin tələblərinə zidd olaraq, cavabdeh: vicdansız, qərəzli davranışı göstərdiyinə görə; məhkəmə aktına, üzərinə düşən öhdəliklərə və həmin öhdəliklərdən irəli gələn malik olduğu hüquqlara beynəlxalq və milli qanunvericiliyin çağırışlarına nümayişkaranə etinasızlıq göstərdiyinə görə; ictimai zərərli əməllərinin sosial ədalətsizliyə və dayanaqlı mənəvi, fiziki iztirabların məndə əmələ gəlməsinə dolabı etdiyinə görə; hüquq pozuntularının çox sayda olduğuna görə c əmsal 2 təşkil edir. 4) Təqsiri olmadığına görə fs əmsal =o təşkil edir. 5) Qanunla qorunan şəxsdir. Ali təhsilə malik olaraq hüquqlarını dərk edən və onların pozulduğu halda dərin mənəvi və fiziki iztirablar keçirdən şəxsdir. Tibbi müayinələr zamanı əlamətləri müəyyən edilmiş həmin iztirablar iş qabiliyyətinə mənfi təsir göstərir. Buna görə i əmsal =2 təşkil edir. 6) Tibbi müayinələrin nəticələrinə görə, keçirtdiyi mənəvi iztirablar 16 həftədən çox müddətdə davam edib. Buna görə də Tarif sxeminin mənəvi iztirablar üzrə 9-cu qrupuna aid olduğlarına görə ona dəyən mənəvi ziyan ciddi mənəvi ziyan sayılır və ehtimal olunan zərər üçün kompensasiyanın miqdarı (d əmsal) 4000 (dörd min) İngiltərə funt sterlinqi - azərbaycan valyutası ilə hesablanaraq isə 9200 (doqquz min iki yüz) azərbaycan manatı təşkil edir. Malik olduğu hüquqların pozuntusunun (qeyri-maddi nemət olan sağlamlığının pozuntusu daxil olmaqla) 66 dəfə baş verdiyinə görə, gerçək mənəvi zərər üçün kompensasiyanın ümumi miqdarı D= d x fv x i x e x (İ-fs) x p x 66~ 9200 x 1 x 2x x 2 x (1-0) x 1 x 66= ******* (iki milyon dörd yüz iyirmi səkkiz min səkkiz yüz) manat təşkil edir. 4.İnsan Haqları üzrə Avropa Məhkəməsinin təcrübəsində məhkəmə qərarı ilə tutulan pul vəsaitin ödənilməsinin gecikdirilmosi üçün, yəni gecikdirmənin qarşısım almaq məqsədilə, məhkəmə qərarında bank uçot dərəcəsi miqdarında dəbbə pulunun ödənilməsi mütləq yer alır. Bu da MM-nin 449-cu maddəsinə tam uyğundur. Əks təqdirdə, rasional subyektin (şəxsin) məlikəmə qaydasında onun üçün müəyyən edilmiş pul öhdəliyinin yerinə yetirilməsinin, iqtisadi baxımından, onun üçün səmərəsiz olmasına dair əsasları qalmır. 5.MPM-nin 36.9-cu maddəsinə əsasən hazırki iddia yaşadığım yerə görə (sənəd 2) Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilir tərəfimdən. Qanunun 26-cı maddəsinə əsasən hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət edirəm və qaldırdığım iddiaya görə dövlət rüsumu verməkdən azadam. Haşiyə çıxma: İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericilik öhdəlik-hüquq münasibətlərinin zəif tərəfinin hüquq və maraqlarının müdafiəsinə çağırır. Ola bilsin ki, bu mövqe tərəflərdən birinə geniş hüquqlar dairəsinin təqdim olunması və digər tərəfin üzərinə əlavə öhdəliklərin qoyulması yolu ilə mülki - hüquqi münasibətlərdə iştirakçıların bərabərliyi prinsipinə ziddiyyət kimi qəbul oluna bilər. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı mövcuddur (“Beyan Rumıniyaya qarşı” (№1) 06.12.2007-ci il tarixli №30658/05 nömrəli Qərar), hansında bildirilir ki, hüquqların tapdalanması yalnız anoloji vəziyyətdə olan şəxslərə müxtəlif münasibət deyil, həm də obyektiv və məntiqə uyğun əsas olduğu halda, müxtəlif vəziyyətlərdə olan şəxslərə müxtəlif yanaşmanın tətbiq edilməməsidir. İstehlakçıların hüquqlarının müdafiəsi zamanı ədalətli bərabərlik prinsipinə bu müstəvidə əsaslanmaq lazımdır. İstehlakçı mülki-hüquqi münasibətlərdə həmişə zəif tərəf rolunda çıxış edir, çünki o əvvəlcədən kiçik resurslar və imkanlar dairəsinə malik olur, bu zaman satıcı (icraçı) güclü tərəf kimi, öz şəxsi faydası məqsədi ilə üstünlüklərdən istifadə edə bilər. Bir istehlakçının hüquqlarının "‘ağlabatan” deyil ədalət prinsipləri əsasında bərpa edilməsi digər istehlakçıların hüquqlarının “ağlabatan” deyil ədalət prinsiplərin əsasında qorunmasına, ümumi həyat səv.yyəsinin, keyfiyyətinin yüksəlməsinə zəmin yaradır. Qeyd olunanlara əsasən onun istehlak hüquq münasibətləri ilə əlaqədar deliktin qurbanı olduğunun tədiq olunmasının və qəötnamədə əks olunmasını, addi ziyan üçün 300 manat pul vəsaitinin məbləğindən faizlərin: a) 04.06.2019-cu il tarixdən başlayan (müəyyənləşdirilmiş müdətdə gecikdirilmə üzrə); b) rayon icra və probasiya şöbəsinin sonrakı icra tələblərinin irəli sürüldüyü günlərin hər birindən 7 gün müddətin keçdiyi anlardan, tələblərin sayına uyğun olaraq ayrı-ayrılıqda başlayan, hazırki iddia ərizəsinin surəti cavabdehə çatdırıldığı gündən 7 gün müddətin keçdiyi andan (sözügedən pul öhdəliyi icra edilmədiyi halda) başlayan və hazırki mübahisə üzrə məhkəmə qərarının hüquqi qüvvəyə minən günə qədər olan müddətlər üçün və həmin vəsait məbləğinin ona ödənildiyi günə qədər (ayrı ayrılıqda) cavabdehdən onun xeyrinə tutulması, mənəvi ziyan üçün cavabdehdən ******* (iki milyon dörd yüz iyirmi səkkiz min səkkiz yüz) manat pul məbləğinin onun xeyrinə tutulması, məhkəmə qaydasında mənəvi ziyan üçün tutulacaq pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün həmin məbləğdən onun xeyrinə dəbbə pulun (faizlərin) tutulması, kompensasiyaların hesablamalarını beynəlxalq ədalət mühakiməsi sistemində aparılan elmi-praktiki qaydalar əsasında həyata keçirilməsi, cavabdehdən hazırki iddia ərizəsinin, əlavə edilən sənədlər nəzərə alınmaqla, hazırlanması ilə bağlı xərclərinin əvəzinin ödənilməsi üçün 9 (doqquz) manat pul məbləğinin və gələcəkdə məhkəməyə təqdim edəcəyi digər zəruri xərclər üzrə məbləğlərin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə bir neçə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim etmişdir. Sonuncu iddia tələbinin dəqiqləşməsi 26.10.2021-ci il tarixdə təqdim olunmuşdur və mətbəə xətası ucbatından 20.09.2021-ci il, 28.09.2021-ci il tarixli ərizələrin mətnində yer almış səhvlərə edilən aşağıdakı düzəlişlərin nəzərə alınmasını, 20.09.2021ci il tarixli ərizənin İİ-ci hissəsinin 2)-ci bəndində (səh. 7, 8) məhkəmə qətnaməsinin çıxarılacaq tarixi kimi 30.12.2021-ci il tarix ehtimal olunur. Lakin həmin ərizənin göstərilən hissəsində və 28.09.2021-ci il tarixli ərizənin 3).-cü bəndində tutulan faizlərin hesablanması 30.12.2021-ci il tarix deyil, səhvən 26.12.2021-ci il tarix əsasında aparılmışdır. Buna görə də: (20.09.2021-ci il tarixli ərizəyə dair) - öhdəliyin 26.11.2018-ci il tarixdən başlayan gecikdirilməsi müddətinin 1114 gün olduğundan öhdəliyin gecikdirilməsi üzrə tutulan faizlərin məbləği 300 x Xİ114 x 12 / 360 = 11140 (on bir min yüz qırx) manat təşkil edir; -öhdəliyin 05.03.2019-cu il tarixdən başlayan gecikdirilməsi müddətinin 1015 gün olduğundan öhdəliyin xatırlatma üzrə gecikdirilməsi üçün tutulan faizlərin məbləği 300 x 1015 x 12 / 360 = 10150 (on min yüz əlli) manat təşkil edir; -öhdəliyin 04.06.2019-cu il tarixdən başlayan gecikdirilməsi müddətinin 926 gün olduğundan öhdəliyin xatırlatma üzrə gecikdirilməsi üçün tutulan faizlərin məbləği 300 x 926 x 12 / 360 = 9260 (doqquz min iki yüz altmış) manat təşkil edir; - öhdəliyin 05.07.2021-ci il tarixdən başlayan gecikdirilməsi müddətinin 175 gün olduğundan öhdəliyin xatırlatma üzrə gecikdirilməsi üçün tutulan faizlərin məbləği 300 x 175 x 12 / 360 = 1750 (bir min yeddi yüz əlli) manat təşkil edir; (28.09.2021-ci il tarixli ərizəyə dair) - öhdəliyin 03.12.2019-cu il tarixdən başlayan gecikdirilməsi müddətinin 745 gün olduğundan öhdəliyin xatırlatma üzrə gecikdirilməsi üçün tutulan faizlərin məbləği 300 x 745 x 12 / 360 = 7450 (yeddi min dörd yüz əlli) manat təşkil edir. Tutulan faizlərin ümumi məbləği 11140 + 10150 + 9260 + 1750 + 7450 = =39750 (otuz doqquz min yeddi yüz əlli) manat təşkil edir. Sözügedən pul öhdəliyinin göstərilən beş pozuntusu nəticəsində ona dəyən maddi zərər üçün cavabdehdən onun xeyrinə 39550 manat deyil, 39750 manat pul məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarına əlavə olunmuş 2(102)1785/19 nömrəli 05 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərarından görünür ki, Mülki Kollegiya İddiaçı istehlakçı kimi tanımışdır. Belə ki, qərardan görünür ki,”Məhkəmə kollegiyası ilkin olaraq mübahisəli hüquq münasibəti baxımından iddiaçının istehlakçı statusuna malik olub-olmaması və buna müvafiq olaraq mübahisəli hüquq münasibətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müddəalarının tətbiq edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Həmin qanuna müvafiq olaraq istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş edən, yaxud almaq və sifariş vermək niyyəti olan şəxsdir. İddiaçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal alıb, onun Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilərək ona təhvil verilməsi barədə müqavilə bağlamış və bu baxımdan o istehlakçı statusuna cavab verir. Belə olan halda müqavilənin qarşı tərəfinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna müvafiq olaraq istehsalçı, icraçı və ya satıcı statusuna malik olub-olmaması da əhəmiyyət kəsb edir. Müqavilənin məzmunundan göründüyü kimi müqavilənin qarşı tərəfi sifariş olunan malın alınması və daşıma xidməti göstərməsi öhdəliyi almış və bu baxımdan onun istehsalçı və satıcı kimi çıxış etməsi istisna olunur. Qanuna müvafiq olaraq icraçı –iş görən, yaxud göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar hesab olunur. İddia idarə, müəssisə və təşkilata qarşı qaldırılmayıb. Cavabdeh sahibkar olması onun iddiaçı ilə bağladığı müqavilədən (iş vərəqə 6 və mülki işə əlavə olunmuş VÖEN-nin surətindən - iş vərəqə 29, həmçinin 2 saylı Ərazi Vergilər İdarəsinin məktubundan - iş vərəqə 191) təsdiq olunur. Deməli mübahisəli hüquq baxımından iddiaçı istehlakçı hüququna malikdir və mübahisəli hüquq münasibətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müddəaları tətbiq olunmalıdır. İş materiallarına əlavə olunmuş 11.10.2021-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu X2 300 manat pul vəsaiti tutularaq tələbkar İddiaçı verilməlidir. İcra sənədi üzrə X1 qeydiyyatda olduğu ünvan ünvan 2 görülən tədbirlər nəticəsində borclunun qeyd edilən ünvanda qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamadığı müəyyən edilmiş və borclunun yerinin aşkar edilməsi barədə görülən tədbirlər nəticə verməmişdir. Həmçinin borclunun adına tələbin yönəldilə biləcək əmlak olmadığından ötən müddət ərzində tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, icra sənədi üzrə icraatda borclunun iştirak etməsi zərurəti yaranmışdır. X1 barəsində Abşeron rayonu üzrə axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 11.10.2021-ci il tarixli 79512/14E saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-8271/2018 saylı, 08.05.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Abşeron rayonu üzrə icra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ünvan 3 ünvanında qeydiyyatda olan X1 axtarılması barədə qərar "icra Haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə əsasən icra edilməsi üçün toplanmış sənədlərlə birlikdə Abşeron rayon Polis İdarəsinə göndərilir. Axtarış işinin açılması barədə (işin nömrəsi və tarixi göstərilməklə) məlumat verrilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş 07.10.2021-ci il tarixli 79512/14E saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-8271/2018 saylı, 08.05.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq ünvan 4 ünvanında yaşayan X3 hal-hazırda həmin ünvanda yaşayıb-yaşamaması, işləyib-işləməməsi, gəlirləri və əlaqə nömrələri barədə məlumat verilməsi Abşeron rayon Xırdalan şəhəri 4 saylı Mənzil İstismar İdarəsinə xahiş olunur. İş materiallarına əlavə olunmuş 21.04.2021-ci il tarixli X5 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8271/2018 nömrəli, 08.05.2019-cu il tarixli icra sənədinə əsasən, X2 300 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İcra sənədi 09.04.2021-ci ildə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Hüseynsoy Yaşara göndərilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq Hüseynsoy Yaşar tərəfindən təmin edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada Hüseynsoy Yaşar barəsində məcburi icra tədbirləri tətbiq olunacaqdır. X2 tələb olunur ki, 27.04.2021-ci il tarixində şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə, Abşeron rayon icra və probasiya şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin edilməlidir. Əks halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətirilməsi və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacaqdır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tutaraq Hüseynsoy Yaşar barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacaqdır. Daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci (iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin istintaq İdarəsinə göndəriləcəkdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 23.05.2019-cu il tarixli bildirişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8271 saylı, 26.09.2018-ci ıl tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü qaydada təmin edilməlidir. Qeyd edilən tələb 10 gün müddətində üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə, icra məcburi qaydada təmin ediləcək. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 23.05.2019-cu il tarixli qərardan görünür ki, borclu Cavabdeh 300 manat tutularaq, tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8271/2018 saylı 26 sentyabr 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh maddi ziyana görə 200 manat, mənəvi ziyana görə 100 manat, cəmi 300 (üç yüz) manat alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 28.06.2019-cu il tarixli müraciətə cavab məktubundan görünür ki, “SAYTMAN” X6 Naviqator.az saytına “EMAYHOLDİNG” və “YADİGAROGLU” firmaları haqqında elanları əlavə etmiş elanvericilər barədə məlumat əldə etmək üçün müraciətə baxılmışdır. Müvafiq qanunvericiliyə uyğun olaraq, aşağıdaki məlumat nəzərinizə çatdırılır: EMAYHOLDİNG hüquqi şəxs 27.11.2016-cı il 03:18 tarixində Naviqator.az saytına əlavə olunub. Əlaqələndirici şəxs - Yaşar: +**********74, email ünvanı Elektron ünvan 1, VOEN-**********. Bu məlumatlar Cavabdeh tərəfindən təqdim edilib. YADİGAROĞLU hüquqi şəxs 02.05.2017 13:22 tarixində Naviqator.az saytına əlavə olunub. Əlaqələndirici şəxs- Sahil: +**********74, e-mail ünvanı Elektron ünvan 2, VOEN-**********. Bu məlumatlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilib. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.12.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, fərdi sahibkar Cavabdeh Tarverdi oğlunun (VÖEN:**********) şəxsi hesab vərəqəsinin məlumatına əsasən 19.07.2017-ci il tarixə, 16.01.2018-ci il tarixə və 10.10.2019-cu il tarixə 1055,40 manat vergi borcu vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 27.08.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Cavabdeh sözügedən fəaliyyət növü üzrə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8 Xidmətinin 6-490(x)/3 nömrəli 16.08.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Yük daşınması müqaviləsinin icrası nəqliyyat vasitəsinin sürətindən, yol və hava şəraitindən, eyni zamanda dövlət rəsmiləşdirilmələrinin müddətindən asılı olaraq individual xarakter daşıyır. Müraciətə əlavə edilən “Yükün daşınması haqqında Sifariş-Müqavilə № 28611/2” sənədin 9-cu hissəsində çıxış məntəqəsi kimi Moskva şəhəri qeyd edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.6-cı maddəsinə görə avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımaları beynəlxalq daşımalar hesab edilir. “Yükün daşınması haqqında Sifariş-Müqavilə № 28611/2” sənəd üzrə nəqliyyat vasitəsinin müəyyən edilməsi üçün həmin sənədin 8-ci, 18-ci və 19-cu hissələrinə baxılmasını məqsədəmüvafiq hesab edilir. “Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.21-ci maddəsinə görə konstruksiyasına və təchiz edilmiş avadanlığına görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi yük avtonəqliyyat vasitəsidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8 Xidmətinin 6-490(x)/4 nömrəli 20.11.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, fərdi sahibkar Cavabdeh 01.01.2017-ci il və 24.07.2017-ci il tarixləri arasında “İcazə” blankı verilməmişdir və “İcazə” blankı konkret təqvim ili ərzində birdəfəlik istifadə üçün verilir. Müraciətinizin sürücülərin hazırlıq keçməsi hissəsi ilə əlaqədar qeyd edilir ki, hazırda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən sürücülərin qanunvericiliklə nəzərdə tutulmuş qaydaya uyğun hazırlığı “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Asossiasiyası” tərəfindən həyata keçirilir. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə 2019-cu il 12 iyul tarixində “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklər edilmişdir və hazırda bu Qanunun tətbiqi ilə əlaqədar müvafiq normativ hüquqi aktların hazırlanması istiqamətində zəruri işlər aparılır. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının L19.12.064 nömrəli 26.12.2019-cu il tarixli məktubundan görünür ki, fərdi sahibkar Cavabdeh ABADA-nın nəzdindəki Tədris kurslarında, son üç il ərzində beynəlxalq avtomobil yük daşımaları üzrə təlim keçməsi barədə məlumat mövcud deyil və həmin daşıyıcının adına heç bir sertifikat verilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1959/2021 saylı 01.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı "pozulmuş hüquqların bərpası, maddi və mənəvi ziyana görə kompensasiyaların ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 2 (007)-3174/2021 nömrəli iş üzrə Cavabdeh Tanrıverdi oğlunun müraciətindən görünür ki, göstərilən iş üzrə İddiaçı 4 il müddətində eyni məsələ ilə əlaqədar 6 dəfə Məhkəmədə ona qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsi İddiaçı təmin etməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixdə qətnaməsini 05.03.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi qüvvədə saxlamışdır. O məhkəmə tərəfindən təyin edilən 300 manat pulu İddiaçı ödəməyə hazır idi. Lakin İddiaçı bununla razılaşmırdı. Dəfələrlə onun barəsində AR-nın Daxili İşlər Nazirliyinə, Prokurorluğa, Vergilər Nazirliyinə və Məhkəmələrə müraciət edərək, müxtəlif yollarla ondan külli miqdarda pul tələb etmək istəyirdi. Son dəfə 01.06.2021-ci il tarixdə Bakı Şəhər Nizami Rayon Məhkəməsi hakim Fikrət Mirzəyev tərəfindən İddiaçı iddiası təmin olunmamışdır. Yuxarıda göstərilənlərə baxmayaraq İddiaçı yenə də müxtəlif yollarla ondan külli miqdarda pul almaq məqsədilə əməllərini davam edir. Uzun illərdir heç bir yerdə işləmir, heç bir yerdən gəlir yoxdur. Azərbaycan Respublikasında onun adına ev və ya torpaq yoxdur. Məcburi köçkünlər üçün ayrılmış yataqxanada 1 otaqda yaşayır. Ali Məhkəmənin 05.03.2019-cu ildə çıxarılan qərarını əməl etməyə hazırdır, əgər İddiaçı bununla razılaşırsa. İş materiallarına əlavə olunmuş 3 nömrəli X4 08.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 3 saylı uşaq stomatoloji poliklinikasında həkim-stomatoloq vəzifəsində işləyir. İş materiallarına əlavə olunmuş 26 saylı Bakı şəhər poliklinikasının İddiaçı Ambulator kartdan 20.08.2021-ci il tarixli qısa çıxarışından görünür ki, DS-NSD qarışıq tipli, DS-NSD qarışıq tipli, qanın ümumi analizi HB-120 ql, L-5.3 109. EÇR-6 M/S-DS, bağırsağın qıc olması sindromu, alergik dermativ xəstəlikləri var. İş materiallarına əlavə olunmuş 04.08.2014-cü il tarixli “Malın daşınması üzrə sifariş”dən görünür ki, dəyəri fakturaya əsasən müəyyənləşdirilmiş yükün Moskva şəhəri, Otkrıtoye şosesi, ev 48a ünvanından Bakı şəhəri, Bayıl qəsəbəsi ünvanına təhvili Azərbaycan DİN tərəfindən 06.06.2014-cü il tarixdə verilən Pasport № C00154771 sahibi Cavabdeh tərəfindən həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş 08.04.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8271/2018 saylı, 08.05.2019-cu il tarixli icra sənədinin Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən icrası ünvan 7 ünvanında borclu Cavabdeh yaşamadığı üçün mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları və hal şahidləri tərəfindən tərtib olunmuş aktdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 8 ünvanında faktiki qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığı üçün İcra sənədini icra etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin məktubundan görünür ki, 05 avqust 2014-cü il tarixində Cavabdeh Moskvadan Bakıya göndərmək üçün 900 kq şəxsi əşyalar yükü yüklənmişdir. Yükləmədən sonra ona gömrük rəsmiləşdirməsi üçün avans lazım olmuş və 35.000 rus rublu avans kimi onun kartına köçürülmüşdür. Lakin həmin yük Cavabdeh tərəfindən yüklənməli olduğu yerə çatdırılmamışdır. Onunla əlaqə saxlanıldıqda isə davamlı bəhanələr gətirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 20.07.2017-ci il tarixində № 28611/2 nömrəli müqavilə bağlanmışdır və aralarında istehlak öhdəlik-hüquq münasibətləri əmələ gəlmişdir. Onun cavabdehə münasibətdə istehlakçı statusu Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının № 2(102)-1785/19 nömrəli, 05.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının № 2(103)-8271/18 nömrəli, 26.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh maddi ziyana görə 200 manat, mənəvi ziyana görə 100 manat, cəmi 300 (üç yüz) manat alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının № 2(102)- 1785/19 nömrəli, 05.03.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 09.04.2021-ci ildə Abşeron Rayon İcra və Probasiya Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və 10 gün müddətində 300 manatın könüllü olaraq ödəniılməsi bildirilsə də Cavabdeh tələbi icra etməmişdir. Bu səbəbdən borclu Cavabdeh barəsində Abşeron rayonu üzrə axtarış elan edilmişdir. Bundan başqa İddiaçı Cavabdeh qarşı "pozulmuş hüquqların bərpası, maddi və mənəvi ziyana görə kompensasiyaların ödənilməsi" tələbi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. 2(007)- 1959/2021 saylı 01.06.2021-ci il tarixli qətnamə ilə İddiaçı iddiası təmin olunmamışdır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının № 2(102)-1785/19 nömrəli, 05.03.2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, “tərəflər arasında bağlanmış 20 iyul 2017-ci il tarixli müqavilə hal-hazıradək qüvvədədir. Müqavilə qüvvədə olduğuna görə cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmək vəzifəsi daşıyır və o, öhdəliklərini icra etdiyi təqdirdə ona ödənilmiş pul geri tələb oluna bilməz. Müqavilə ləğv olunanadək o, öhdəliklərini icra etmirsə, onda müvafiq olaraq həmin müqaviləni icra etməklə bağlı ona ödənilən 200 manat geri tələb oluna bilər. Maddi ziyan kimi icraçının gecikdirdiyi hər gün üçün bir faiz olmaqla pulun cavabdehdən tutulması ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi, bu məbləğ 168 manat 30 qəpik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi isə maddi ziyanla bağlı iddianı 200 manat məbləğində təmin etmişdir. Cavabdeh həmin qətnamədən şikayət verməmiş, yəni qətnamə ilə razılaşmışdır. Ona görə Məhkəmə kollegiyası qətnaməni həmin hissədə qüvvədə qalmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası eyni zamanda mənəvi ziyanın qismən 100 manat məbləğində təmin edilməsini də ədalətli hesab edir.” Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış müqavilə öhdəliklərini pozması, vaxtında icra etməməsi ilə bağlı artıq Ali Məhkəmənin Mülki Kollegiyasının № 2(102)-1785/19 nömrəli, 05.03.2019-cu il tarixli qanuni qüvvəyə minmiş Qərarı olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının № 2(103)-8271/18 nömrəli, 26.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh maddi ziyana görə 200 manat, mənəvi ziyana görə 100 manat, cəmi 300 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının № 2(103)-8271/18 nömrəli, 26.09.2018-ci il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisial xarakter daşıyır. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə şərh etmişdir ki, “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış ,qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda Plenumun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə, faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar dəyən maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar dəyən maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova