Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3177/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı X9 qanuni nümayəndəsi İddiaçı, onun vəkili-fərdi qaydada fəaliyyət göstərən Vəkil2, Cavabdeh2 MMC-nin və MMC-nin qanuni təmsilçisi Cavabdeh3 nümayəndəsi və vəkili-Bakı şəhəri 31 saylı vəkil bürosunun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X9 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" İstehsalat Birliyindən almış olduğu pulun 1/6 hissəsinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, qızı X10 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə 25 may 2003-cü ildə, dini nikahla faktiki ailə qurmuş və birgə yaşadıqları dövrdə, 16 iyul 2005-ci il tarixdə onların Qaytən adlı bir qız övladı doğulmuşdur. Doğum haqqında şəhadətnamədə qızları Qaytənin atası haqqında qeyd hər ikisinin birgə ərizəsi əsasında aparılmış və Sahib Qasımov sağ olduğu bütün dövr ərzində faktiki olaraq birgə yaşamışlar. 17 mart 2014-cü ildə X17 ağır xəstəlikdən-baş beyin metastazından vəfat etmişdir. X2 əvvəlki həyat yoldaşı Cavabdeh1 ilə birgə nikahdan da üç qız övladı anadan olmuşdur. X2 ölümündən sonra ondan qalan miras əmlakın 1/6 hissəsinə qızı Qaytənin vərəsəlik qaydasında pay hüququ tanınmışdır. Onu da qeyd etməlidir ki, "xxxx" MMC-nin səhmləri X4na məxsus olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2014-cü il tarixli 2(82)-2427/2014 saylı qətnaməsi ilə cavabdeh "xxxx" İstehsalat Birliyindən borcun müqabilində 706.084 manat 30 qəpik və dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq, "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli 2-2(103)- 375/2014 saylı qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi qismən-31819,75 manat məbləğdə borcun cavabdeh "xxxx" İstehsalat Birliyindən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilərək, həmin hissə çıxılmaqla yeni qətnamə qəbul edilərək, iddia eyni hissədə rədd edilmiş, qətnamə qalan hissədə (674.264,55 manat hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 mart 2015-ci il tarixli 2- 2(102)-56/15 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli qətnaməsi qəyişdirilmədən saxlanılmışdır. 28 aprel 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 674.264,55 manat məbləğində borcun cavabdeh "xxxx" İstehsalat Birliyindən iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə icra vərəqəsi verilmişdir. Xətai rayon Məhkəməsinin İcra şöbəsinin böyük icra məmuru K.Əliyev 05.05.2015-ci il tarixdə icraata başlanması haqqında qərar çıxarmışdır və 18.11.2015-ci il tarixdə tələbkar "xxxx" MMC-nin 10.10.2015-ci il tarixli məktubuna əsasən icra sənədini icra edilmədən məhkəməyə geri qaytarılması barədə qərar çıxarmışdır. O, ümumiyyətlə nə bu işlə bağlı məhkəmə qətnamələrindən, nə də puldan xəbərdar olmayıb. Cavabdehin onun qızından xəbəri olmasına baxmayaraq X2 vərəsəsi kimi yuxarıda qeyd olunan pulu alıb və onlara çatası olan hissəni də mənimsəyib. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli 2(102)-5355/19 saylı qərarı ilə qızı X9 vərəsəlik qaydasında 1/6 hissəsində pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12614/2019 saylı 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə miras qoyan X11 adına "xxxx" ASC-də olan 27670 ədəd öhdəliklərlə yüklənmiş səhmin yarısının, yəni 13835 ədəd səhmin 1/6 hissəsində qızı X9 vərəsəlik qaydasında pay hüququ tanınmışdır. Bununla bağlı, qanuni qüvvəyə minmiş məhkəmə qərarının hazırki iş üzrə preyudisial xarakter daşıdığını və həmin məhkəmə qərarları ilə qızı X9 miras qoyanın miras əmlakının bir hissəsinə vərəsəlik hüququ tanıdığını nəzərə alaraq, qızı tərəfindən miras tamamilə qəbul edilmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddianın tələb hissəsində İddiaçı Cavabdeh1 "xxxx" İstehsalat Birliyindən almış olduğu pulun 1/6 hissəsinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X10 qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edir. Əsas kimi X4 ilə müəyyən müddət birgə yaşadığını, həmin şəxsin onun qızının faktiki atası olduğunu, "xxxx" MMC tərəfindən "xxxx" İB-dən 674264,55 manat məbləğində pulun alındığını, "xxxx" MMC-nin səhmlərinin X4na məxsus olduğu və ona görə də alınan məbləğin 1/6 hissəsinin X10 çatmalı olduğu göstərilir. Əvvəlcə bildirmək istəyir ki, belə bir iddia ərizəsi ümumiyyətlə icraata qəbul edilməli deyildi. Belə ki, iddia ərizəsində 2 (iki) cavabdeh göstərilsə də, tələb 1 (bir) cavabdehə qarşı ünvanlanmışdır. İddia tələbi isə aydın olmayan, mücərrəd bir iddiadır. Ümumiyyətlə, cavabdeh kimi göstərilən Cavabdeh1 cavabdeh kimi göstərilməsi doğru deyil. Çünki Cavabdeh1 "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. İddia ərizəsində göstərilənlərlə əlaqədar olaraq bildirmək istəyir ki, yazılanlar tamamilə yalandır. X4 onunla rəsmi nikahda olub və həmişə birgə yaşamışlar. Ümumiyyətlə qanunvericilikdə dini nikahın heç bir hüquqi qüvvəsi yoxdur. Onun "xxxx" MMC-yə heç bir aidiyyəti olmayıb və həmin müəssisədən heç bir məbləğ almamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati formasından da göründüyü kimi Səhmdar Cəmiyyət deyil. Ona görə də hamin müəssisədə heç kimin səhmi ola bilməz. İddiaçının yazdığı kimi əgər "xxxx" İB-dən göstərilən məbləğ alınıbsa belə, X11 ölümündən çox sonra olub və həmin məbləğin X13 heç bir aidiyyəti yoxdur. Çünki yuxarıda qeyd etdiyi kimi, bu müəssisə Səhmdar Cəmiyyət deyil. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iddiaçı X9 qanuni nümayəndəsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, o, iddia ərizəsində iddiaçı qismində özünü-İddiaçı qeyd etmişdir, lakin iddiaçı qismində qızı X15, o isə Qaytənin qanuni nümayəndəsi kimi tanınmalıdır. "xxxx" MMC-nin səhmlərinin 60% payı bu günə kimi X4na məxsusdur. Məhkəmə qətnamələrinə əsasən mərhumdan qalan miras əmlakın 1/6 hissəsinə qızı Qaytənin vərəsəlik qaydasında pay hüququ tanınmışdır. Bununla bağlı, qanuni qüvvəyə minmiş məhkəmə qərarının hazırkı iş üzrə preyudisial xarakter daşıdığını və həmin məhkəmə qərarları ilə qızı X9 miras qoyanın miras əmlakının bir hissəsinə vərəsəlik hüququ tanındığını nəzərə alaraq, qızı tərəfindən miras tamamilə qəbul edilmişdir. Buna görə də, hesab edir ki, Cavabdeh1 "xxxx" İstehsalat Birliyindən aldığı pulun 1/6 hissəsi qızı X10 məxsusdur və ona ödənilməlidir. Buna görə də, qızı X12 iddiaçı, onu isə onun qanuni nümayəndəsi kimi tanıyıb, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh3 "xxxx" İstehsalat Birliyindən almış olduqları pulun 1/6 hissəsinin və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq X9 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 qanuni nümayəndəsi İddiaçı vəkili Vəkil2 iddia ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, onlar iddia tələbi ilə bağlı bütün sübutları məhkəməyə təqdim etmişlər. Cavabdeh tərəf isə köçürülən məbləğin vergi orqanlarına və mərhum X1 olan borclarının ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bununla bağlı, qeyd edir ki, "xxxx" MMC-nin xeyrinə köçürülən 674264,55 manat pul vəsaitinin 60%-i X4na məxsusdur, həmin məbləğin 1/6 hissəsi isə X6 məxsusdur. Cavabdeh tərəf qeyd olunan vəsaitin şirkətin borclarına sərf edildiyini əsas gətirərək məsuliyyətdən yayınır. Buna görə də, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X9 qanuni nümayəndəsi İddiaçı iddianı müdafiə edib, Vəkil2 izahatı ilə oxşar məzmunlu izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin və MMC-nin qanuni təmsilçisi Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, göstərmişdir ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi Ali Məhkəmənin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarına əsaslanmışdır və hesab edir ki, MPM-nin 82.3-cü maddəsi tətbiq olunaraq həmin məhkəmə qərarı preyudisial xarakter daşımalıdır. Lakin iddiaçı MPM-nin həmin maddəsini düzgün şərh edə bilməmişdir. O cümlədən, iddia tələbi ümumilikdə əsassızdır, iddiaçıya məxsus vərəsəlik şəhadətnaməsinin olmaması iddianı əsassız edir, bundan əlavə iddia müddəti ötürülmüşdür. Cavabdeh3 isə hazırkı iş üzrə cavabdeh qismində cəlb edilməsi ümumiyyətlə əsassızdır. Çünki, iddiaçı tərəfin iddia verməsinə əsas olmuş məhkəmə qətnaməsində "xxxx" İB-dən pul vəsaitinin məhz "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır, Cavabdeh3 isə sadəcə MMC-nin qanuni təmsilçisidir. Bununla yanaşı, MMC-nin hesabına köçmüş pul vəsaiti şirkətin borclarına yönəldilmişdir, tam dəqiq olaraq, hansı məbləğdə pul vəsaitinin hara xərclənməsi barədə isə onlar məlumat verə bilməzlər, çünki bu şirkətə məxsus kommersiya sirridir. Bununla yanaşı, iddiaçı tərəf iddia tələbində xalis gəliri tələb etməlidir, hansı ki, iddiaçı tərəf bunun əvəzinə MMC-nin hesabına köçmüş vəsaitin tam olaraq 1/6 hissəsini tələb edir. Göstərdiklərinin nəzərə alınaraq, ümumilikdə əsassız olan iddianın iddia müddəti də nəzərə alınmaqla, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-2427/2014 nömrəli iş üzrə 30 aprel 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" İstehsalat Birliyindən 706084 (yeddi yüz altı min səksən dörd) manat 30 (otuz) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli, 2-2(103)-375/2014 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-2427/2014 nömrəli iş üzrə 30 aprel 2014-cü il tarixli qətnaməsi qismən - 31.819.75 manat (otuz bir min səkkiz on doqquz manat yetmiş beş qəpik) məbləğdə borcun cavabdeh "xxxx" İB-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır; -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli, 2-2(103)-375/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, 674.264,55 manat məbləğində borcun cavabdeh "xxxx" İB-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 mart 2015-ci il tarixli 2-2(102)-56/15 saylı qərarının surətindən görünür ki, iddiaçı "xxxx" MMCnin və cavabdeh "xxxx" İB-nin kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli, 2-2(103)- 375/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; -Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun 18 noyabr 2015-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-375 saylı 30 oktyabr 2014-cü il tarixli icra sənədi tələbkar "xxxx" MMC-nin 10 noyabr 2015-ci il tarixli icra sənədini geri qaytarılması barədə məktubuna əsasən onu vermiş məhkəməyə geri qaytarılmışdır; -Atalığın müəyyən edilməsi haqqında AZ-İ seriyalı 351478 saylı şəhadətnamənin surətindən görünür ki, X17, 16 iyul 2005-ci ildə vətəndaş İddiaçı doğulmuş X7 atası hesab edilmişdir, bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 06 mart 2007-ci ildə 48 nömrə ilə qeyd edilmişdir; - AZ-T seriyalı, 052158 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 16 iyul 2005-ci ildə doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 06 mart 2007-ci ildə 396 nömrə ilə qeyd edilmişdir. X5, anası İddiaçıdır; -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli, 2(102)-5355/2019 saylı qərarının surətindən görünür ki, üçüncü şəxs X9 nümayəndəsi İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsinin X9 pay hüququnun müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bakı şəhəri, X.Məmmədov küçəsi, 2944A saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X17 tərəfindən ödənilmiş 34903,32 manat vəsaitin yarısı olan 17451,66 manatın 1/6 hissəsinə X9 vərəsəlik qaydasında pay hüququnun tanınması, qətnamənin digər hissədə (ödənilmiş pulun yarısı olan 17451,66 manata bütünlüklə və ödənilmiş pulun yarısı olan digər 17451,66 manatın 5/6 hissəsinə Cavabdeh1 pay hüququnun tanınması hissəsində) dəyişdirilmədən saxlanılması qərara alınmışdır; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli 2(103)-12614/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-216/2018 saylı 17 aprel 2018-ci il tarixli qətnaməsi qismən, miras qoyan X11 adına "xxxx" ASC-də olan hər birinin nominal dəyəri 2 AZN olmaqla 27670 ədəd öhdəliklərlə yüklənmiş səhmlər üzərində vərəsəlik hüququnun tanınması barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, miras qoyan X11 adına "xxxx" ASC-də olan hər birinin nominal dəyəri 2 AZN olmaqla 27670 ədəd öhdəliklərlə yüklənmiş səhmin yarısının, yəni 13835 ədəd səhmin 1/6 hissəsinə X9 vərəsəlik qaydasında pay hüququnun tanınması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir; -"xxxx" İstehsalat Birliyinin 05 avqust 2021-ci il tarixli arayışından və ona əlavə edilmiş çıxarışlardan görünür ki, məhkəmə qətnaməsi ilə "xxxx" MMC-nin hesabına ödənilməli olan pul vəsaiti müxtəlif tarixlərdə həmin MMC-nin hesabına ödənilmişdir; -Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 26 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) 09 aprel 2009cu ildə dövlət qeydiyyatına alındığı zaman təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru X8 olmuşdur. Cəmiyyətin 31.05.2010-cu il hal-hazıradək təsisçiləri isə X17 və Cavabdeh3dur. Cavabdeh3 həmçinin "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktorudur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının qanuni nümayəndəsi İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi X17 ilə faktiki nikah münasibətində olmuşdur, onların birgə münasibətindən 16 iyul 2005-ci il tarixdə Qaytən adlı övladları dünyaya gəlmiş, bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələr verilmişdir. Bununla yanaşı, X3 Tahirə Tağı qızı ilə rəsmi nikahda olmuş, tərəflərin birgə nikahından üç övladları doğulmuşdur. 17 mart 2014cü il tarixdə X17 xəstəlikdən vəfat etmişdir. Sahib Qasımov vəfat etdikdən sonra əvvəlki dövrdə mərhumun 6 nəfər birinci növbəli vərəsələri olmuşdur. Qeyd olunan vərəsələrdən X15 istisna olmaqla, mərhumun birinci növbəli vərəsələri olan üç qızı və mərhumun atası miras qalmış əmlaka münasibətdə vərəsəlik payından notariat kontorunda Cavabdeh1 xeyrinə imtina etmişlər. Sahib Qasımovun vəfatından sonra miras qalmış əmlakla bağlı məlumat əldə etdikdən sonra, İddiaçı mərhumla birgə münasibətindən doğulmuş qızları Qaytənin vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(007)-216/2018 saylı qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli, 2(103)-12614/2019 saylı qətnaməsi ilə, iddiaçı X9 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-216/2018 saylı 17 aprel 2018-ci il tarixli qətnaməsi qismən, miras qoyan X11 adına "xxxx" ASC-də olan hər birinin nominal dəyəri 2 AZN olmaqla 27670 ədəd öhdəliklərlə yüklənmiş səhmlər üzərində vərəsəlik hüququnun tanınması barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, miras qoyan X11 adına "xxxx" ASC-də olan hər birinin nominal dəyəri 2 AZN olmaqla 27670 ədəd öhdəliklərlə yüklənmiş səhmin yarısının, yəni 13835 ədəd səhmin 1/6 hissəsinə X9 vərəsəlik qaydasında pay hüququnun tanınması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarına əsasən, üçüncü şəxs X9 nümayəndəsi İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsinin X9 pay hüququnun müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bakı şəhəri, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X17 tərəfindən ödənilmiş 34903,32 manat vəsaitin yarısı olan 17451,66 manatın 1/6 hissəsinə X9 vərəsəlik qaydasında pay hüququnun tanınması, qətnamənin digər hissədə (ödənilmiş pulun yarısı olan 17451,66 manata bütünlüklə və ödənilmiş pulun yarısı olan digər 17451,66 manatın 5/6 hissəsinə Cavabdeh1 pay hüququnun tanınması hissəsində) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bununla da, yuxarıda qeyd olunan qətnamələr əsasında X9 miras əmlaka dair pay hüququ tanınmışdır. Bununla yanaşı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən, "xxxx" İstehsalat Birliyindən 706084 (yeddi yüz altı min səksən dörd) manat 30 (otuz) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)- 2427/2014 nömrəli iş üzrə 30 aprel 2014-cü il tarixli qətnaməsi qismən - 31.819.75 manat (otuz bir min səkkiz on doqquz manat yetmiş beş qəpik) məbləğdə borcun cavabdeh "xxxx" İB-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 mart 2015-ci il tarixli 2-2(102)-56/15 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2014cü il tarixli, 2-2(103)-375/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamənin icrası ilə bağlı, 28 aprel 2015-ci il tarixdə icra vərəqəsi verilmişdir. Hazırda iddiaçının qanuni nümayəndəsi yuxarıda qeyd olunan məhkəmə qətnamələrindən, miras əmlakdan onun övladına çatası pul vəsaitindən xəbərinin olmadığını, cavabdeh qismində cəlb etdiyi Cavabdeh1 isə onun qızı Qaytəndən məlumatı olmasına baxmayaraq, Sahib Qasımovun vərəsəsi kimi qızı Qaytənə çatası pul vəsaitini aldığını və onlara çatası hissəni mənimsədiyini, buna görə də vərəsə kimi övladına çatası hissənin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının qanuni nümayəndəsi İddiaçı məhkəməyə təqdim etdiyi 23 noyabr 2021-ci il tarixli dəqiqləşdirmə ərizəsində "xxxx" İstehsalat Birliyi tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş pul vəsaitinin 1/6 hissəsini qeyd olunan MMC-dən deyil, Cavabdeh1 və MMC-nin qanuni təmsilçisi Cavabdeh3 tələb etmişdir, bununla da İddiaçı faktiki olaraq "xxxx" MMC-ni iddia tələbinə münasibətdə cavabdehlər sırasından çıxarmış, ona qarşı tələb irəli sürməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 "xxxx" MMC-nin təsisçilərindən biri, cəmiyyətin iştirakçısı olub, ona görə də onun X2 vərəsəsi qarşısında heç bir öhdəliyi yoxdur, çünki vərəsə cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsindən X11 payına düşən hissəni öz 1/6 hissəsində münasibətdə mübahisələndirə bilər. İddiaçı isə həmin hissədə olan həddə payı deyil, ümumilikdə "xxxx" İstehsalat Birliyindən MMC-nin hesabına köçürülmüş pulun 1/6 hissəsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Yuxarıda qeyd olunanlarla yanaşı, məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 da iddia tələbinə cavab verəcək şəxs deyildir, iddianın ona qarşı irəli sürülməsi əsassızdır, hansı ki, iddia ərizəsindən və məhkəməyə təqdim edilən ödəniş tapşırıqlarından da görünür ki, sözügedən pul vəsaiti məhz "xxxx" MMC-nin hesabına ödənilmişdir. O cümlədən, məhkəmə qeyd edir ki, eynilə cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 baxmayaraq ki, MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktorudur, o, iddia tələbinə cavab verəcək şəxs deyildir, iş materiallarına əsasən sözügedən pul vəsaiti sonuncunun hesabına köçürülməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı halda dəqiqləşdirmə ərizəsi əsasında cəlb edilmiş cavabdehlər iddia tələbinə cavab verəcək şəxs olmadıqlarından iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. Bununla yanaşı, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı göstərdiklərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edilənədək MMCnin nümayəndəsi və vəkili məhkəmə iclaslarında iştirak edərək ərizə, vəsatətlər vermiş, məhkəmə araşdırması zamanı iddia tələbinə münasibətini qeyd etmişdir, lakin iddiaçı tərəfindən hazırkı halda "xxxx" MMC cavabdehlər sırasından çıxarıldığına görə məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı məsələnin müzakirəsinə zərurət yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 və "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh3 hazırkı şəraitdə iddia tələbinə cavab verməli şəxslər olmadıqlarından iddia tələbi təmin edilməməli, bununla yanaşı, iddiaçının Mülki Məcəllənin 90-1.1-ci maddəsinin tələbləri qaydasında məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsindən əldə edilən, payına uyğun hissəni almaq üçün "xxxx" MMC-yə qarşı iddia tələbi ilə müraciət etmək hüququnun olması izah edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı X9 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X9 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinin tələbləri qaydasında məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsindən əldə edilən, payına uyğun hissəni almaq üçün "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3177/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3177/2021
15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver