Məhkəmə qərarları › İş №2(007)-3194/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3194/2025

03.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3194/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1650 (bir min altı yüz əlli) manat məbləğində pulun və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun, cəmi 1687 (bir min altı yüz səksən yeddi) manatın ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2-3 il müddətdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, "Bağçalı evlər" yaşayış kompleksində kirayə yaşayır. Qeyd olunan ünvanda ondan əvvəl Cavabdeh yaşamış, sonuncu ilə qonşu kimi tanışlığı və normal münasibəti yaranmışdır. Söhbət zamanı 2021-ci ilin noyabr ayında Cavabdeh ona ucuz qiymətə ABŞ-da keçirilən hərracdan “Toyota Prius" markalı avtomobilin alınmasını təşkil edəcəyi barədə ona vəd vermişdir. O, Mirramilin vədinə inandığı üçün 2021-ci ilin noyabr ayının əvvəlində hissə-hissə təxminən 3 gün ərzində ümumilikdə 3200 manat pulu sonuncuya vermişdir. Mirramil pulu aldıqdan sonra 1 həftə ərzində avtomobilin gətirilməsini təşkil edəcəyini ona demişdir. Lakin Mirramilin qeyd etdiyi müddət çatdıqda, sonuncu ona avtomobil gətirən şəxslər tərəfindən aldadıldığını, pulu alaraq avtomobili gətirmədiklərini bildirmişdir. Mirramil ondan aldığı pulu hissə-hissə qaytaracağına söz verdi. 2023-cü ilin noyabr ayınadək hissə-hissə olmaqla ümumilikdə 1500 manat pul qaytarmış, qalan 1700 manat pulu isə tez bir zamanda qaytaracağına vəd etsə də, müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. O da Mirramilin onu aldatmasını və dələduzluq etməsini nəzərə alaraq Mirramilin barəsində Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən 02 fevral 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd olunması haqqında” qərar verilmişdir. Təkrarən xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd olunması haqqında” qərarda ona 1650 manatla bağlı iddia qaldırması izah edilmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin qərarında da cavabdehin ona borclu olması öz əksini tapmışdır. Hal-hazıra kimi Cavabdeh ona olan borcunu qaytarmır. Ona görə də o da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, avtomobil ilə bağlı cavabdehə 3200 manat pul vermiş, cavabdeh hissə-hissə 1500 manat ödədikdən sonra borcu 1700 manat qalmışdır. Cavabdeh ödədiyi pulu ona əlbəəl vermişdir. Onun məhkəmə prosesləri 1 il 9 aydır ki, davam edir. Cavabdehin anası da ona zəng etmiş, bundan sonra cavabdeh ona 300 manat ödəmişdir. Cavabdeh 24 sentyabr 2025-ci il tarixindən sonra müəyyən məbləğdə ödəniş etmiş, bundan sonra onun 750 manat borcu qalmışdır. O, borcun hissə-hissə ödənilməsinə də razıdır. Cavabdeh qonşudur, onunla düşmənçiliyi yoxdur, ancaq o, pulunun ödənilməsini istəyir. Cavabdeh polis idarəsində müstəntiq Ramiq müəllimə qeyri-rəsmi şəkildə borcunun olmasını təsdiqləmişdir. Borc ilə bağlı “Whatsapp” tətbiqində olan yazışmaları müəyyən müddət keçəndən sonra silinib. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İş materiallarında olan telefonoqramdan görünür ki, cavabdehin (055)-783-10-00) saylı mobil nömrəsi ilə əlaqə saxlanılmış, ona məhkəmə iclasının tarixi və yeri barədə məlumat verilmiş və cavabdeh məhkəmə iclasında iştirak edəcəyini, iddiaçıya borcunun olduğunu, ödəniş etdiyini və iddiaçının bu ödənişdən məlumatı olmasını bildirmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması AR CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Belə ki, Cavabdeh oduğu yeri müəyyən etmək mümkün olmadığından izahatını almaq mümkün olmamışdır. Cavabdeh izahatı baş vermiş hadisə ilə əlaqədar alınmadan obvektiv araşdırma aparmaq və obyektiv qarar qəbul elmək mümkün deyildir. Belə olan halda araşdırma müddətinin başa çatmasını və Cavabdeh olduğu yerin müəyyən olunaraq izahatı alınmadan əmələ hüquqi qiymət verilməsi mümkün olmadığından materialda hazırda hər-hansı bir cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə material üzrə cinayət işinin başlanması rədd edilməlidir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(012)-51/2024 saylı qərarından görünür ki, İddiaçı vermiş olduğu şikayəti təmin edilmiş, Abşeron rayon Polis idarəsinin istintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi" haqqında 02 fevral 2024-cü il tarixli qərarın ləğv edilməsi, araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər halların da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsinin təmin edilməsi, qərarın icrasının - Abşeron Rayon Polis İdarəsinə, qərarın icrasına nəzarəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror - Abşeron rayon Prokurorluğuna həvalə edilməsi qərara alınmışdır. - cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Cavabdeh oduğu yeri müəyyən etmək mümkün olmadığından izahatını almaq mümkün olmamışdır. Cavabdeh izahatı baş vermiş hadisə ilə əlaqədar alınmadan obvektiv araşdırma aparmaq və obyektiv qarar qəbul elmək mümkün deyildir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Şükürov X1 Xəyal Əfsər oğluna “Toyota Prius" markalı avtomobilin alınmasını təşkil edəcəyi barədə ona vəd vermiş və iddiaçı cavabdehin vədinə inandığı üçün ümumilikdə 3200 manat pulu sonuncuya vermişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin pul vəsaitindən hissə-hissə ödəniş edildiyini bildirərək 1650 manat məbləğində pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh tərəfindən müəyyən miqdarda ödənişlər edilərək hazırda cavabdehin 750 manat məbləğində borcu qaldığını bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasında şifahi qaydada bağlanılmış tapşırıq müqaviləsinə əsasən Cavabdeh İddiaçı avtomobil gətirəcəyinə dair öhdəlik götürmüş, bunun nəticəsində isə iddiaçı cavabdehə 3200 manat ödəniş etmişdir. Daha sonra cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edə bilmədiyi üçün iddiaçıya avtomobili verə bilməmiş, bunun nəticəsində də iddiaçı cavabdehdən ödənişin geri qaytarılmasını tələb etmişdir. Hazırda iddiaçı cavabdehin həmin məbləğdən hissəhissə ödəniş edərək 750 manat vəsait qalmasını bildirmiş, cavabdeh isə iddiaçının tələb etdiyi vəsaitlərin ödənilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh iddiaçıya borcu olmasını və borc məbləği üzrə müəyyən ödənişlər etdiyini təsdiq etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 750 manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 750 manat məbləğində pul və 37 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar